“Sabah”ın yeni üzvü: Eyden Makkarti!

10.06.2026 10:31 29
Ölkə futbolu
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, cənubi afrikalı müdafiəçi Eyden Makkarti ilə "3+1" illik müqavilə bağlanıb. Gənc futbolçu Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubundan transfer edilib.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu “Kayzer Çifs”in yetirməsidi. 22 yaşlı oyunçu CAR-ın U-23 millisinin də üzvüdü.