AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə

10.06.2026 11:23 511
Ölkə futbolu / Aktual
Məlum olduğu kimi, “Turan Tovuz”un Konfrans Liqasına qatılıb-qatılmayacağı yönündə müəmma hələ davam edir. Nə dəqiq məlumat verən var, nə də hadisələrin axarının nə ilə nəticələnəcəyini deyən. Belədə ölkənin aparıcı futbol qurumlarına bu sualla müraciət etməli olduq: Azərbaycanı avrokuboklarda təmsil edecək klubların siyahısı bilinirmi?

PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev bu sualın onlara aid olmadığını bildirdi. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəbbəri Murad Axundov isə yekun siyahının CAS-ın məsələylə bağlı qərarından sonra bəlli olacağını dedi.

Xatırladaq ki, UEFA mövsümü 3-cü sırada bitirməklə Konfrans Liqasına vəsiqə qazanan “Turan Tovuz”u avrokuboklardan kənarlaşdırıb. Buna “bozqurd”un 7 futbolçusunun 2019-cu ildə oyun alğı-satqısında iştirak etməsi səbəb olub. O vaxt AFFA İntizam Komitəsi həmin oyunçuları futboldan ömürlük uzaqlaşdırıb.

KƏNAN BAHADIR