Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək

10.06.2026 14:40 24
İdman
İyunun 13-14-də Sumqayıtda U-14 və U-17 yeniyetmələr arasında cüdo üzrə Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq yarışda ümumilikdə 406 cüdoçu mübarizə aparacaq. Turnirlərin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdi.

U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.