“Feyenoord” rəhbərliyi bir qədər gözlənilməz addım atıb.
"Football-plus.az" xəbər verir ki, Niderlandın klubu baş məşqçi Robin van Persi ilə yolları ayırıb. Komanda ölkə çempionatında 2-ci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazansa da, Rotterdam klubunun rəhbərliyi baş məşqçini dəyişmək qərarına gəlib.
Van Persi “Feyenoord”un əsas komandasına 2025-ci ilin fevral ayında təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 58 matçda 30 qələbə qazanıb, 9 dəfə heç-heçə edib və 19 dəfə məğlub olub.