“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir

9.06.2026 21:40 164
Ölkə futbolu / Aktual
Son günlər “Səbail”lə bağlı diqqətçəkən iddiaların sayı artıb. Bayıl təmsilçisinin gah satıldığı, gah bölgələrdən birinə köçürüləcəyi, gah da, ümumiyyətlə, fəaliyyətini dayandıracağı haqda xəbərlər var. Rəhbər şəxslərin istefa verəcəyiylə bağlı bilgilər də mövcuddu.

Bəs, belə durumda baş məşqçi Adil Şükürovun taleyi necə olacaq? O, karyerasını harda davam etdirəcək?

Bu suallarla Adil bəyə müraciət etdik. Mütəxəssisin “Football-plus.az”a cavabı:

“Hələ dəqiq nəsə yoxdu. Gözləyirik. Bu yaxınlarda klubdaxili iclas olacaq. Orda önəmli qərarlar veriləcək. Bundan sonra karyeramla bağlı addımlar atacam. Heyətlə bağlı dəyişikliklər də yoxdu. Komandada saxlamaq istədiyimiz futbolçular var. İclasdan sonra hər şey dəqiqləşəcək”.

Xatırladaq ki, “Səbail” 1-ci liqada son mövsümü 3-cü sırada tamamlayıb.

KƏNAN BAHADIR