• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fərid Kələntərov: “Biz də çalışırıq ki, göstərilən etimadı doğruldaq, “Kəpəz”in formasını daha çox tərlədək” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

24-12-2023, 23:0

Bu yaxınlarda gəncəli futbol veteranı Anar Kələntərovla həmsöhbət olmuş, müsahibəni oxucularımıza təqdim etmişdik.

Söhbət əsnasında məlum olmuşdu ki, Anar bəyin övladı Fərid “Kəpəz”də forma geyir. Bu məqam diqqətimizi cəlb etmişdi, elə həmin vaxtdan qərar vermişdik ki, növbəti yazıların birində Fərid Kələntərovla söhbətləşək, onu oxucularımıza daha yaxından tanıdaq. Artıq həmin niyyətimiz baş tutub, “Kəpəz”in gələcək ulduzu ilə söhbətimizi sizə təqdim edirik.

Fərid Kələntərov: “Biz də çalışırıq ki, göstərilən etimadı doğruldaq, “Kəpəz”in formasını daha çox tərlədək”


- Fərid, ilk sualımızda səni oxuculara daha yaxından tanıtmaq istərdik. Futbola gəlişin necə oldu? Atan Anar bəyin futbola gəlişində hansı rolu oldu?
- Siz də qeyd etdiz ki, mən futbolçu ailəsində böyümüşəm. Belədə futbola marağımın olmaması mümkünsüzdü. Artıq 7-8 yaşlarımda bu marağım özünü daha aşkar şəkildə büruzə verməyə, atam da bunu hiss etməyə başladı. Futbola olan marağımı görən atam məni İlham müəllimin yanına apardı, mən də orda məşqlərə başladım. 12 yaşıma qədər İlham müəllimin yanında məşq etdim. Çox arzulayırdım ki, “Qəbələ” Futbol Akademiyasına yollanım, futbolla orda məşğul olum. Düşünürdüm ki, orda daha yaxşı məşq edib, futbolin sirlərinə daha dərindən yiyələnə bilərəm. Düzdü, Qəbələyə yollanmaqla ailəmdən bir qədər uzaq düşəcəkdim. Buna görə də ailəm razılıq verməyə çətinlik çəkirdi. Valideynlərim fikirləşirdilər ki, mən uşağam, ailədən uzaq qalmaq mənim üçün çətin olar. Amma atam bu arzumu gördü və düzgün qərar qəbul etdi. İnandı ki, mən daha yaxşı şəraitdə, güclü məşqçilərin nəzarəti altında inkişaf edə bilərəm. Bundan sonra atam razılıq verdi və mən “Qəbələ” Futbola Akademiyasına yollandım, uzun müddət orda çıxış etdim. “Qəbələ”də U-19 komandasına qədər oynadım, hətta əvəzedici komandaya cəlb olundum. Daha sonra isə mənim üçün doğma olan “Kəpəz”ə qayıtdım.

- “Kəpəz”də işlərin necə gedir? Meydana çıxdığın oyunlardakı çıxışını, nəticələri necə qiymətləndirirsən?
- Şükürlər olsun, “Kəpəz”də işlərim qaydasındadı, hər şey öz axarı ilə gedir. Doğma şəhərimin komandasında özümü yaxşı hiss edirəm, mənim üçün hər baxımdan rahatdı. Çalışıram ki, hər oyundan sonra səhvlərimi təhlil edim, oyunumdakı mənfi və müsbət tərəfləri görüm. Bununla da müəyyənləşdirirəm ki, nəyin üzərində daha çox çalışmalıyam. Bilirəm ki, indi oyundan-oyuna “artırmağım” vacibdi. Öz üzərimdə işləyirəm ki, hər şeyi daha yaxşı edə bilim. Siz də bilirsiz ki, “Kəpəz”də məşqçi dəyişikliyi olub, artıq komandanı Adil Şükürov çalışdırır. Adil müəllim gələndən sonra bizə motivasiya verdi, gənclərə inandığını dedi. Biz də çalışırıq ki, göstərilən etimadı doğruldaq, “Kəpəz”in formasını daha çox tərlədək.

- Hər bir gənc futbolçunun uşaqlıqda kumiri olur. Sən hansı futbolçunun oyununu bəyənirsən, özünü ona bənzətməyə çalışırsan? Ümumiyyətlə, meydanın hansı hissəsində oynamaq sənin üçün rahatdı?
- Əlbəttə, bu məqamı çox doğru qeyd etdiz. Hər futbolçunun belə bir kumiri olur. Xüsusən də gənc yaşlarda ilk addımlarını atan futbolçular çalışırlar ki, həmin o kumirlərinə bənzəsinlər. Mənim üçün belə futbolçu Zinəddin Zidandı. Düzdü, yaşım üzündən onun oyunlarını çox da canlı izləməmişəm. Oyununu daha çox izləmək imkanım olan futbolçulardan isə İnyestanı bəyənmişəm. Belə deyim, Zidan və İnyesta mənim kumirimdi. Fikrimcə, hər biri əfsanəvi futbolçudu. Özüm isə meydanın mərkəzində çıxış etməyi sevirəm, mənim üçün orda oynamaq rahatdı. Fərqi yoxdu, hücumameyilli, yoxsa müdafiəyə yaxın. Topla daha çox oynaya bildiyim yerdə özümü rahat hiss edirəm. Hətta sağda, yaxud da solda olmağın da mənim üçün fərqi yoxdu. Önəmli olan orta mövqedə və topla daha çox oynamaq imkanı qazanmağımdı.

- Gəncədə futbol akademiyasının açılışı gözlənilir. Səncə, bu, Gəncə futboluna, “Kəpəz”ə nə verəcək? Daha yaxşı şəraitdə daha çox istedadın üzə çıxmasını gözləmək olarmı?
- Əlbəttə, belə bir akademiyanın açılması Gəncə futbolunun xeyrinə olacaq. Klubumuzun rəhbəri İlqar Nadirli də bu istiqamətdə çox çalışdı, AFFA-nın da yaxından dəstəyi ilə futbolçular üçün belə şərait yaratdılar. Hər ikisinə “çox sağ ol” düşür. Məlum məsələdi ki, şəraitin yaxşı olması istedadlı futbolçuların da üzə çıxmasını sürətləndirir və asanlaşdırır. Şərait olmayanda həmin o istedadlar da öz istedadlarını açmaqda, futbolçu kimi püxtələşməkdə, “artırmaqda” çətinlik çəkirlər. Şəraitdən çox şey asılıdı. Siz də bilirsiz ki, Gəncədə istedadlı uşaq çoxdu. Ona görə də akademiyanın açılması bizim şəhərin futboluna çox böyük dəstək verəcək. Bir az şərait və stadion baxımından əziyyət çəkirdik. Bundan sonra təminatın yüksəlməsi gözlənilir. Akademiya şəraiti yaradılsa, məşq üçün meydançaların şəraiti artsa, əminəm ki, qısa müddətdə təkcə Gəncə futbolu yox, ümumi Azərbaycan futbolu bunun faydasını görəcək.



- Son sualım futbol və təhsil ilə bağlıdı. Futbolla məşğul olmaq dərs oxumağa mane olurmu? Şəxsən sənin təhsillə bağlı planların necədi, ali təhsil almaq arzun varmı, ya özünü bütünlüklə futbola həsr etmisən?
- Bəli, futbolun ali təhsil almağa müəyyən maneçiliyi var. Müəyyən məqamlarda futbolçular seçim etməyə məcbur olurlar. Çünki ən azı vaxt baxımından çətinlik olur. Beynini bu cür suallar məşğul edir ki, daha çox diqqətini hansı sahəyə yönəldəsən? Seçim qarşısında qalırsan ki, hansının arxasınca gedib, hansı istiqamətə daha çox vaxt sərf edəsən? Amma məlum məsələdi ki, idmanla yanaşı, təhsil də insan həyatında çox vacibdi. İdmançılar ən azı çalışmalıdılar ki, elə idmanla bağlı ali təhsil alsınlar, diplomları olsun. Mən də bunun üçün çalışıram, məqsədim belədi.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Layihə / Manşet

12-11-2023, 23:0

Anar Kələntərov: “Gəncədə akademiyanın açılışı, stadionun təmiri futbolumuzun inkişafı üçün böyük təkan olacaq” - LAYİHƏ

Premyer-liqa / Manşet

9-08-2022, 15:0

Fərid Nəbiyevin “Kəpəz”də debütünə “Viktoriya” mane olur - AÇIQLAMA

Premyer-liqa

23-07-2022, 16:0

Fərid Nəbiyev "Kəpəz"də

Ölkə futbolu / Manşet

21-07-2022, 19:0

Fərid Nəbiyevin “Kəpəz”ə keçidinə nə mane olur? – AÇIQLAMA

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Dünən, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 394
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 195
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 187
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə