• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Xəzər Lənkəran”ın sabiq rəsmisi: “Ölkənin ən böyük tribunası futbolsuz qalıbsa...” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

17-12-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bölgə futbolunun inkişafının, kütləviliyin artmasının ümumilikdə Azərbaycan futbolu üçün nə qədər əhəmiyyətli olduğu dəfələrlə vurğulanıb. Xüsusilə də tez-tez eşidirik ki, ölkədə futbolun inkişafı üçün Gəncə, Qusar, Tovuz, Lənkəran kimi bölgələrdə futbolun olması, bu zonalara diqqət yetirilməsi zəruridi. Biz də yazılarımızda vaxtaşarı bölgələrdəki duruma diqqət yetiririk, ordakı mütəxəssislərlə söhbətləşirik. Elə budəfəki yazımız da bölgə futboluna həsr olunub. Həmsöhbətimiz bir vaxtlar “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri olmuş, tanınmış həmkarımız Hüseyn Cəbrayıloğludu.

- Hüseyn bəy, təkcə “Xəzər Lənkəran” cameəsi yox, Azərbaycan futbolu ilə maraqlanan hər kəs sizi yaxşı tanıyır. Başlayaq o sualdan ki, “Xəzər Lənkəran”a gəlişiniz necə oldu?
- “Xəzər Lənkəran”da çalışmağa başlamazdan əvvəl də idman mətbuatında imzamla tanınmışdım. Mən 2008-ci ildən başlayaraq “Futbol+” qəzetinin bölgə müxbiri idim, tez-tez Lənkəran futbolu, o cümlədən də cənub bölgəsinin fəxri olan “Xəzər Lənkəran” haqda müxtəlif yazıları oxuculara təqdim edirdim. 2010-cu ildən başlayaraq isə klub rəhbərliyi məni xaricdəki təlim-məşq toplanışlarına dəvət etməyə başladı. Komanda ilə birlikdə xaricə yollanırdım, “Xəzər Lənkəran”ın xaricdəki toplanışlarından, keçirdiyi yoxlama oyunlarından müntəzəm reportajlar hazırlayırdım. Münasibətlərimiz yaranmışdı, bəzi klub rəsmiləri ilə tez-tez söhbətimiz olurdu. 2013-cü ildə klubun vitse-prezidenti Tuyqun Nadirov mənə zəng etdi, “Xəzər Lənkəran”ın mətbuat katibi vəzifəsinə namizəd axtardıqlarını dedi. Xahiş etdi ki, mən də bu işdə onlara yardımçı olum. Öz növbəmdə bildirdim ki, yaxın günlərdə məsləhət bildiyim şəxslərin adlarını ona deyəcəyəm. Səmimiyyətimə inanın, öz adımı çəkmədim və buna işarə vurmadım. Elə bu zaman Nadirov gülümsədi, məni bu vəzifədə görmək istədiklərini dedi. Sözün düzü, mənim üçün də gözlənilməz oldu. Bir qədər düşünmək üçün vaxt istədim, çox keçmədən bu təyinat reallaşdı.

“Xəzər Lənkəran”ın sabiq rəsmisi: “Ölkənin ən böyük tribunası futbolsuz qalıbsa...”


- “Xəzər Lənkəran”ın varlığı cənub bölgəsində uşaq futboluna, uşaqların futbola marağına necə təsir göstərmişdi?
- Bölgənin insanlarında futbola marağın olması üçün ilk növbədə həmin bölgədə böyük futbol olmalıdı. Həvəskar və ya yarımhəvəskar komandadan söhbət getmir. “Xəzər Lənkəran”ın nəhəng və baxımlı avtobusunun Bakı-Astara şossesində şütüməsi belə futbola, bu komandaya marağın yaranmasına səbəb idi. Üstəlik nə qədər qonşu rayonlardan gənclər var ki, indi də məni görəndə xatirələrini danışır. Deyirlər ki, uşaq vaxtı atamla Lənkərana futbola gələrdik və o atmosferi hələ də unuda bilmirəm. Nəzərə alaq ki, klub da daim çempionluğa oynayırdı və belədə “Xəzər Lənkəran”ın ardıcıl diqqət mərkəzində qalması uşaqdan böyüyə hər kəsin marağına səbəb olurdu.

- Elə mövzunun davamı kimi soruşum, klubun akademiyasında uşaq futbolu üçün hansı imkanlar yaradılmışdı?
- Təəssüf ki, müvafiq qurumlar “Xəzər Lənkəran”ın bölgə üçün nə demək olduğunu dərk edə bilmir. Bəlkə də dərk edirlər, amma başqa maneələr var. Klubun olması bütün cənub bölgəsində futbolun yaşaması, inkişafı demək idi. Təsəvvür edin, Biləsuvardan Astaraya kimi bacarığı olan uşaqlar müntəzəm futbolla məğul olurdu, onlar izlənilirdi, məşqlərə cəlb olunurdu. İstedadlı uşaqlar isə akademiyada qalırdı, Lənkəranda məktəbə gedir, qidalanır, aşağı yaş qruplarında oynayırdı. İndi isə bunun heç biri yoxdu. Təəssüf ki, müvafiq qurumlar " Xəzər Lənkəran"ın bölgə üçün nə demək olduğunu dərk edə bilmir. Bəlkə də dərk edirlər, amma başqa maneələr var. Klubun olması bütün cənub bölgəsində futbolun yaşaması, inkişafı demək idi. Hər rayonda klub məşqçiləri bu işə cəlb etmişdi və onlar aylıq maaş alırdı. Rayonlarda müntəzəm məşqlər keçirilir, onlar lazımi şəkildə təhciz olunurdu. Bu uşaqlar hamısı dünyaca məşhur “Puma” şirkətinin tam şəkildə geyim dəstini geyinirdi, həftədə üç dəfə ayrılan avtobuslarla rayonlardan uşaqlar Lənkərana məşqə gəlir, yenidən evlərinə yola salınırdı. Hardasa belə təchizat varmı? Cəlilabaddan Yusif İmanov, Orxan Sadıqlı kimi qapıçılar əsas komandaya qədər yüksəlmişdi. Bu gün həmin futbolçularla yanaşı Toral Bayramov, Nəriman Axundzadə “Qarabağ”ın əsas heyətində çıxış edir. Hamıya məlumdu ki, onlar “Xəzər Lənkəran”ın uşaq akademiyasından çıxıblar.

- “Xəzər Lənkəran”ın yoxluğunda Lənkəranda uşaq futbolunun vəziyyəti necədi? Ümumiyyətlə, uşaqların futbolla məşğul olması üçün hansısa şərait varmı?
- Vəziyyət hamımıza bəllidi. Nə deyim? İndi vəziyyət heç də ürəkaçan deyil, hətta heç ürəyə yaxın da deyil. Özünüz deyin, əsas komanda yoxdusa, uşaqlar hansı motivasiya ilə futbola getsinlər? Bəlli bir yaşdan sonra onlar hara gedəcək, harda futbol oynayacaqlar? Məşqlər var, uşaqlar məşqə gedir. Amma reallığa baxsaq, “Xəzər Lənkəran” dağılandan sonra ortaya kim çıxıb? Həm də dediyim kimi, davamlılıq və böyük futbol yoxdusa bu, sadəcə, baş aldatmaqdı. Bir müddət sonra valideynlər də reallığı çək-çevir edir, perspektiv görmürlər. Ondan sonra da hər kəs uşağını repetitor yanına göndərir ki, get, ali məktəbə hazırlaş.



- Son sualımı verim. “Fırtınalar meydanı”nın yenidən aşıb-daşacağına, tribunaların coşacağına inanırsızmı?
- Mən, ümumiyyətlə, həyatda nikbin, pozitiv düşünən insanam. Hər bir sahədə insanda inam olmasa, yaşamaq olmaz, ruhdan düşərsən. Baxmayaraq ki, hazırda “Xəzər Lənkəran” yoxdu, biz yenə də o hissləri ürəyimizdə yaşadırıq. Bu gün kimsə deyirsə ki, o adam Azərbaycan futbol üçün səmimi qəlbdən çalışır, futbolun inkişafı üçün ürəklə əmək sərf edir, həmin adam yalan danışır. Kobud səslənir, amma lap dərinə gedəndə belədi. Ölkənin ən böyük tribunası futbolsuz qalıbsa, nədən danışırıq, hansı futboldan bəhs edirik? Hamı Lənkərana böyük futbolun qayıtması üçün çalışmalı, yazmalı, etiraz etməli və qayıdışın təməlini qoymaq üçün təşəbbüs göstərməlidi. Lənkəran futbola, futbol isə Lənkərana yaraşır.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər
Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Bu gün, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Bu gün, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Bu gün, 21:44
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Bu gün, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Bu gün, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Bu gün, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Bu gün, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 210
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 102
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə