• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Anar Kələntərov: “Gəncədə akademiyanın açılışı, stadionun təmiri futbolumuzun inkişafı üçün böyük təkan olacaq” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

12-11-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

“Kəpəz” son vaxtlar yaxşı günlərini yaşamasa da, ölkə çempionatının son turunda “Araz Naxçıvan”ı məğlub etməklə azarkeşlərini sevindirməyi bacardı. Hər kəsin qəbul etdiyi həqiqətlərdən biri də odu ki, “Kəpəz” Azərbaycan futbolunun tarixində özünəməxsus yer tutur. O cümlədən də Gəncə futbolu. Qərb bölgəsində yetişən istedadlar uzun müddət ölkə futbolunda söz sahibi olub, aparıcı klubların və millilərimizin şərəfini qoruyub. Belə futbolçulardan biri də Anar Kələntərovdu. Hazırda “Kəpəz”in U-15 komandasının baş məşqçisi olan Anar bəylə söhbətimizi sizə təqdim edirik.

- Anar bəy, ilk sualımızda sizi oxuculara daha yaxından tanıtmaq istərdik. Futbola gəlişiniz necə oldu? İlk məşqçinizi necə xatırlayırsız?
- Əksər gəncəli futbolçular kimi, mən də Kostya dayının yetirməsiyəm. Konstantin Abramenko bir çox gəncəlinin futbolda ilk addımlarını atmasının səbəbkarıdı, onların ilk müəllimi, yolgöstərənidi. Sevinirəm ki, mən də bu siyahıdayam. Rəhmətlik Kostya dayını bu gün də ehtiramla xatırlayırıq. Ondan öyrənməli çox şey var idi. Mənimlə birlikdə bir çox gəncəli uşaq futbolun sirlərini ondan öyrənirdi. O cümlədən də Mahmud Qurbanov Kostya dayının yetirməsidi. Kostya dayı hamımıza futbolu ömürlük sevdirib.

Anar Kələntərov: “Gəncədə akademiyanın açılışı, stadionun təmiri futbolumuzun inkişafı üçün böyük təkan olacaq”


- Görünür, elə bu sevginin nəticəsidi ki, futbolçu karyeranızı bitirəndən sonra məşqçi olmağa, biliklərinizi uşaqlara öyrətməyə qərar verdiz...
- Bəli, karyeramı bitirəndən sonra çox fikirləşmədim. Qərarımı qətiləşdirmişdim ki, elə futbol sahəsində qalım. Məşqçilik karyeram da bizim qərb bölgəsinə bağlıdı. Zaman-zaman Şəmkirdə və Gəncədə məşqçil fəaliyyəti ilə məşğul olmuşam. Bir müddər “Şəmkir”də Faiq Cabbarovla bərabər çalışdıq. İki il “Şəmkir”də Cabbarovla köməkçi-məşqçi kimi çalışmışam. Ondan sonra özüm baş məşqçi oldum. Şəmkirdən ayrılandan sonra doğma Gəncəyə qayıtdım. Müxtəlif vaxtlarda “Kəpəz”də fərqli komandalarda məşqçilik etmişəm. Həm əsas komandada, həm də aşağı yaş qruplarında fəaliyyət göstərmişəm. Hazırda “Kəpəz”in U-15 komandasının baş məşqçisiyəm, çalışırıq ki, həm “Kəpəz”, həm də Azərbaycan futbolu üçün istedadlar kəşf edək, onların inkişafına yardımçı olaq, bilik və bacarığımızı onlarla paylaşaq.



- Hazırda Gəncədə uşaq futbolunun vəziyyətini necə qiymətləndirirsiz? Gəncəli uşaqların futbola, məşqlərə yanaşması sizi qane edirmi?
- Biz uşaq olanda vəziyyət başqa cür idi. Gəncə futbolu deyəndə gözlər önünə əzəmətli “Kəpəz” gələrdi. Siz də yaxşı bilirsiz ki, “Kəpəz”də yetərincə tanınmış futbolçular yetişib, adlarını sadalamaqla bitməz. Mən özüm uzun müddət futbolçu kimi “Kəpəz”də çıxış etmişəm, müstəqil Azərbaycanın ilk olimpiya yığmasında, indiki U-21 millisində oynamışam. Hətta bir müddət “Kəpəz”dən Polşa təmsilçisinə transfer edildim, orda forma geydim. Biz hamımız Gəncə futbolunun yetirməliyik, burda yetişmişik. Deməli, Gəncədə həmişə istedadlı futbolçular olub. Həmin vaxt da şərait elə idi ki, istedadı olan uşaqları tapıb, üzə çıxarmaq mümkün olurdu. Demək istəyirəm ki, futbolda şərait önəmlidi. Akademiyalar yarandıqdan, uşaq futboluna diqqət artırıldıqdan sonra Gəncə futbolu bir qədər kənarda qaldı. Amma istedadlı uşaqlar Gəncədə həmişə olub. Bizim bölgədə futbolun inkişafı üçün “Kəpəz”in Azərbaycan çempionatında çıxış etməsi vacib şərtdi. “Kəpəz”, orda çıxış edən futbolçular gəncəli uşaqlar üçün kumirdi, onları izlədikcə azyaşlılarda futbola maraq yaranır. Onlar istəyirlər ki, futbola yazılsınlar, böyüyəndə futbolçu olsunlar. Bu gün Allaha şükürlər olsun ki, “Kəpəz” premyer-liqada oynayır, AFFA da Gəncədə futbolun inkişafı yolunda yardım göstərir. Şəhər rəhbərliyi də bu işə dəstək verir. Sevindirici haldı ki, Gəncə şəhər stadionunda artıq təmir işləri başlayıb, yaxınlarda akademiyamızın açılışı gözlənilir. Əminəm ki, bütün bunlar özünü tezliklə nəticələrimizdə də göstərəcək. Yeri gəlmişkən, gələcəyinə ümidlə baxdığımız gəncəlilər arasında mənim övladım Fərid Kələntərov da var. Sevinirəm ki, övladım Fərid bu gün “Kəpəz”in əvəzedici komandasının aparıcı üzvlərindəndi, əsas komandanın da məşqlərinə qatılır. Eyni zamanda da Fərid U-16, U-18 millilərində oynayıb, U-19-a qədər böyük bir yol keçib.

- Sözsüz, keçmişlə bağlı xatırlanası, qürur duyulası məqamlar çoxdu. Bəs gələcəyə baxarkən nəyə ümid etmək olar? Açılışı gözlənilən “Kəpəz” akademiyasından gözləntiləriniz nədi?
- Akademiya məsələsi ağrılı yerimiz idi. Bakıda və müxtəlif bölgələrdə akademiyalar var idi. Bizdə istedadlı uşaqlar çox olsa da, şəraitsizliyə görə başqa klublara gedirdilər. Bu gün bir gəncəli mütəxəssis kimi çox sevinirəm ki, Gəncədə futbol akademiyası açılır. AFFA da öz köməyini əsirgəmir. Bir qədər geciksək də, bu akademiyaya qovuşuruq. Həm stadionda təmirin başlaması, həm də akademiyanın açılışı Gəncə futbolu üçün böyük motivasiyadı. İnşallah, elə olacaq ki, burda yetişən uşaqlar kənara getməyəcək, elə “Kəpəz”in uğuru üçün çalışacaqlar. Bizim yetirmələrimiz də elita səviyyəsinə uyğun olacaq. Ümumi işimizə böyük təkan verəcək. Bir vaxtlar bütün aparıcı klublarımızda gəncəli uşaqlar çıxış edirdi. Yenidən həmin günləri yaşayacağıq. Meydançalar, akademiya olanda bu istedadlar da daha çox üzə çıxacaq, futbola axın olacaq. Böyük dəyişikliklər olacaq.



- Son sualım uşaq futbolunun problemləri ilə bağlıdı. Siz bu sahədə hansı problemlər görürsüz, onları necə aradan qaldırmaq olar?
- Yenə də şərait məsələsinə qayıdardım. Ondan sonra da mütəxəssislər uşaqları düzgün istiqamətləndirməlidi. Uşaqlar müəyyən yaşa qədər yetişir, sonra inkişaf dayanır. Bu mənada mütəxəssislərin də üzərinə böyük iş düşür. Qabaqcıl futbol ölkələrində uşaq futbolu ilə bağlı proqramlar bir ili əhatə etmir, uzun dövrə hesablanır. Bizdə də belə olmalıdı. Avropanın tanınmış uşaq futbolu mütəxəssislərini də bu işə cəlb etməli, onların proqramları Azərbaycana uyğunlaşdırılıb tətbiq edilməlidi.

- Biz uşaq məşqçiləri ilə tez-tez həmsöhbət oluruq. Onların şikayətləndiyi mövzulardan biri də valideyn müdaxiləsidi. Gəncədə bu sahədə vəziyyət necədi? Valideynlər məşqçilərin işinə müdaxilə edirmi?
- Bu məsələ mentallıqla bağlıdı. Bildik-bilmədik, hər şeyə qarışmağı sevirik. Futbol akademiyalarında valideynlər məşqlərə buraxılmır. Burda uşaq akademiyada qalır, orda oxuyur, orda qidalanır. Belədə valideyn də işə müdaxilə edə bilmir. Bəli, biz də valideynlər müdaxilə etməyi sevir. Deyirlər ki, övladım orda oynasın, belə etsin, elə etsin. Akademiyaya seçilmiş, istedadlı uşaqlar götürülür. Qalan şeylər artıq məşqçidən asılı olur. Belə sistem tətbiq etməliyik. Seçimlər olmalıdı, ordan seçilənlərin inkişafı üçün çalışılmalıdı.

- Sonda sizə təhsillə bağlı sual ünvanlamaq istəyirəm. Özünüz də bu sahədə böyük bir yol keçmisiz. Futbolçu üçün təhsil nə qədər önəmlidi?
- Həyatda təhsildən önəmli heç nə yoxdu. Futbolun özündə də təhsil, savad lazımdı. Təhsil həm də mədəniyyətdi. İdmançı yad ölkələrə gedir. Onun savadı olmalıdı ki, ölkəmizi, onun mentallığını yüksək səviyyədə nümayiş etdirsin. Təhsil insanı formalaşdırır, həyat tərzində özünü göstərir. Ona görə də heç şübhə etmirəm ki, yaxşı futbolçu olmaq istəyən mütləq şəkildə təhsil də almalıdı.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

1-10-2023, 23:0

Turan Əliyev: “Kəpəz”in elitada oynaması gəncəli uşaqlar üçün böyük stimuldu” - LAYİHƏ

Layihə / Manşet

30-10-2022, 23:0

“Artıq 17 yaşımda “Kəpəz”in əsas heyətinə düşmüşdüm” - LAYİHƏ

İdman / Layihə / Manşet

8-10-2023, 23:0

Əməkdar məşqçi Rizvan Səfərov: “Çətinliyi göz önünə alır, ona qalib gəlmək üçün çalışıram” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

22-10-2023, 23:0

Bəxtiyar Musayev: “Futbola gec getməyimin səbəbi valideynlərimin narazılığı idi” – LAYİHƏ

Aktual
“Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Son xəbərlər
  • Bu gün, 20:56
    “İkinci hissəyə əsasən demək olar ki, 2 xal itirdik” – Kaxaber Sxadadze
  • Bu gün, 20:45
    “Komandanı mən qurmamışam” - Andrey Demçenko
  • Bu gün, 20:42
    5 aylıq həsrəti sona çatdı
  • Bu gün, 20:20
    "Sumqayıt" qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
  • Bu gün, 19:59
    Qvardiola da biletlərin qiymətinə etiraz etdi
  • Bu gün, 19:28
    Cinsiyyətini dəyişdiyi deyilən futbolçu nəhayət, ortaya çıxdı!
  • Bu gün, 18:57
    “Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
  • Bu gün, 18:04
    “Sabah” “Gəncə”ni məğlub etdi
  • Bu gün, 17:57
    "Qəbələ" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ
  • Bu gün, 17:24
    "Qarabağ" və "Neftçi" birgə bəyanat yaydı
  • Bu gün, 16:33
    Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
  • Bu gün, 16:01
    Yeni mövsümdən İspaniyada işləyə bilər
  • Bu gün, 15:30
    "İmişli" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Bu gün, 15:01
    ''Barsa'' və ''Siti''nin sabiq ulduzu ''Qalatasaray''ı ziyarət etdi
  • Bu gün, 14:18
    “Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
  • Bu gün, 14:06
    “...elə komanda olacaq ki, bütün ölkə onunla fəxr edəcək” – Ruy Jorje
  • Bu gün, 13:43
    "Neftçi" - "Qarabağ" matçına nə qədər bilet satılıb?
  • Bu gün, 13:26
    PSJ-yə kömək edə bilməyəcək
  • Bu gün, 12:55
    “Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
  • Bu gün, 12:14
    “Final görüşünün Azərbaycanda keçirilməsini istəyirik” - Sərxan Hacıyev qarşıdakı dünya çempionatı haqda
  • Bu gün, 11:54
    Ulduz futbolçu klubu ilə anlaşdı
  • Bu gün, 11:23
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 11:13
    Azərbaycan derbisi Rəhim Həsənovun ifşa etdiyi referiyə tapşırılacaq?
  • Bu gün, 10:52
    ''Trabzonspor''un zədəli müdafiəçisi geri dönmək əvəzinə əməliyyat olunacaq
  • Bu gün, 10:31
    Klubu ona qiymət qoydu
  • Bu gün, 10:00
    ''Sivasspor'' və ''Beşiktaş''da oynamış sabiq nigeriyalı futbolçu dünyasını dəyişdi
  • Bu gün, 00:07
    Arda Gülər dünya çempionatında iştirak edə biləcəkmi?
  • Dünən, 23:26
    Milli komandada yeni təyinat
  • Dünən, 22:55
    Uğur qazandı, ən yaxşı məşqçi seçildi
  • Dünən, 22:24
    Haci yenidən yığmanın başına keçdi
  • Dünən, 21:53
    Çoxları gedəcək, amma Rüdiger qalacaq
  • Dünən, 21:24
    Jalə Əliyeva bürünc medal qazandı
  • Dünən, 21:22
    Ronaldodan növbəti qol
  • Dünən, 20:50
    Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
  • Dünən, 20:37
    “Real Sosyedad” 39 il sonra yenə “Atletiko”nu finalda məğlub etdi - İCMAL
Daha çox
Oxunub: 647
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 238
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 182
Arzuolunmaz kürəkən... – REPLİKA
Oxunub: 175
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Oxunub: 174
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə