Saşa İliç "Partizan"ın baş məşqçisi oldu

10.06.2026 00:04 14
Dünya futbolu
"Sumqayıt"dan ayrılan Saşa İliçin yeni iş yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, serbiyalı mütəxəssis ölkəsində işləyəcək. O, "Partizan"ın baş məşqçisi təyin edilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İliç futbolçu karyerasının böyük hissəsini - 1996-2005-ci və 2010-19-cu illəri "Partizan"da keçirib. İliç futbolçu kimi "Partizan"ın heyətində 604 matçda meydana çıxıb, 160 qol vurub və 11 dəfə Serbiya çempionu olub.

İliç ötən ilin yayından "Sumqayıt"ı çalışdırırdı. Komanda 2025/26 mövsümünü onun rəhbərliyi altında 41 xalla 7-ci pillədə başa vurub.