Gənc futbolçu 2 yoxlama matçında iştirak etməsinə baxmayaraq, hələ də onunla rəsmi müqavilə bağlanmayıb. "Football-plus.az" saytı olaraq bunun səbəbini öyrənmək üçün Nəbiyevin meneceri Vaqif Heydərli ilə danışdıq:
"Fərid "Kəpəz"də özünü yaxşı tərəfdən göstərib. Onun Gəncə klubunda qalacağı yüz faizdi. Sadəcə, Çexiyadan bəzi sənədləri hələ də gəlməyib. Bu səbəbdən rəsmi prosedur ləngiyir. Ümid edirik ki, ən geci bu ayın sonuna kimi bütün problemlər aradan qalxacaq".
ABDULLA İSMAYILOĞLU


