Fərid Nəbiyev "Kəpəz"də

23.07.2022 16:15 798
Premyer-liqa
Yeni mövsüm premyer-liqada mübarizə aparacaq "Kəpəz" növbəti transferini həyata keçirib.

Football-plus.az
xəbər verir ki, Gəncə təmsilçisi Fərid Nəbiyevi heyətində cəlb edib. Bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçmiş üzvü olan Fərid Nəbiyev 2020-2022-ci illərdə Çexiyanın "Viktoriya" (Jijkov) klubunda çıxış edib.