• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azər müəllim, müdafiəni unutma! - KÖŞƏ

Manşet / Yazarlar

6-12-2023, 17:0

"O kəslər ki, savaşa əvvəlcədən hazırdı və ölkənin müdafiəsində öz yerini bilir, müharibə təhlükəsi onlar üçün qorxulu deyil"

Marşal Georgi Jukov

4 dəfə Sovet İttifaqı Qəhrəmanı, adını dünyanın hərb tarixinə yazdıran sərkərdənin dediyi sözlər yalnız döyüş meydanında, müharibə teatrında yox, digər qarşıdurmalarda, o cümlədən idman və futbol yarışlarında da aktuallığını qoruyur. Amma görünür, bizim futbol camiəmizdə bir çox baş məşqçi bu aforizmdəki hikməti görməyib və ya görmək istəmir.

“Araz-Naxçıvan” 11-ci turda “Qarabağ”ı mübariz oyunla məğlub edəndən sonra çoxları düşündü ki, daha Muxtar Respublika təmsilçisinə zaval yoxdu. Bu komanda bütün rəqiblərini rahatlıqla sıradan çıxarmaqla çempionluğa da oynaya bilər. “Naxçıvanlılar premyer-liqanın qalibi olmasalar belə, ən pis halda ilk “3-lük”də yer almaqla avrokuboklara vəsiqəni təmin edəcəklər” kimi yanaşmalar da gözə dəyməyə başladı. Azər Bağırovun yetirmələrinin iştahının daha da artacağını gözləsək də, onlar son çempionu məğlub edəndən sonra eniş yaşayırlar.

Artıq 4 turdu naxçıvanlılar qələbəyə həsrətdi. Onlar “Sumqayıt”la səfər, “Kəpəz”lə ev oyununda yalnız 3 xala həsrət qalmadı, həm də bərbad oyunla yadda qaldı. Təbii ki, Bağırov bu qarşılaşmalardan dərs çıxardı. “Neftçi”ylə səfər matçında komanda hesabda geridə olmasına rəğmən, xarakter göstərməklə 90+3-cü dəqiqədə məğlubiyyətdən qaçdı. Hiss olunurdu ki, “Araz-Naxçıvan”ın alışdığımız kreativ oyunu geri qayıtmaqdadı.

Son turda “Səbail”i qəbul edən debütant hakimin start fitindən başlayaraq “1 nömrə” kimi çıxış etməyə başladı. Bunun məntiqli nəticəsi kimi erkən qol vurdular. Hesabda öndə olan nominal meydan sahibləri hücumda fəallıqdan əl çəkmədi. Amma “sən saydığını say, gör fələk nə sayır” deyimi işə düşdü. 90+3-cü dəqiqədə “dənizçilər” hücuma keçərkən Kurdiç topu asanlıqla uzaqlaşdırmaq əvəzinə qüvvətlə zərbə ilə avtoqol müəllifi oldu və komandasını vacib qələbədən məhrum etdi. Çoxları “qüvvətli zərbə” ifadəsi ilə razılaşmayacaq, deyəcək ki, gərək Kurdiç səliqəsiz oynadı yazardız. Amma mən altını bir daha cızıram: qüvvətli zərbə!

Təbii ki, bununla heç də kapitanı bilərəkdən öz qapısına qol vurmaqda ittiham etmirəm. Məsələ burasındadı ki, “Araz-Naxçıvan” camiəsində müdafiə olunmaq fəlsəfəsini bütün arxa xətt oyunçuları və məşqçilər korpusu yadırğayıb. Son oyunu mənə Cek Londonun “Oyun” povestini xatırlatdı. Əsərdə daim hücum edərək qələbənin astanasında olan boksçu son raundun bitməsinə saniyələr qalmış müdafiə olunmamağın faciəsini yaşayır. Əks-hücuma keçən rəqib ani zərbəylə qələbəyə iddialını yerə sərir və o, ölür. “Araz-Naxçıvan” “Səbail” ilə oyundan məğlubiyyətə bərabər heç-heçə ilə ayrıldı. Daha dəqiq desək, qarşıdurmada öldü.

Halbuki “qırmızı-ağlar” qələbə qazansaydılar, turnir cədvəlində 5-ci pilləni 3-ə dəyişəcəkdilər. Ümumiyyətlə, naxçıvanlılar xoşbəxtliyi rəqib qapısı önünə axtarır, bəzən hücuma hədsiz aludə olur. Onlar Adolf Hitlerin “ən yaxşı müdafiə hücumdu” sitatını deviz kimi qəbul edərək 4-11-ci turlar aralığında 5 qələbə, 2 heç-heçə, 1 yenilgili ilə yadda qaldılar. Yəni komanda cəsarətli futbolla belə göstəriciyə nail oldu. Amma fürerin aforizmi daim kəsərli və məğlubiyyətsiz olacaqsan demək deyil. Mustafa Kamal paşanın bu məqamdakı deyimi yada düşür: “Yarılmayacaq cəbhə, məğlub edilməyəcək düşmək yoxdu”. Son 4 oyunda Osmanlı paşasının daha haqlı olduğunu gördük. Yəni naxçıvanlılar fürer prinsipinə çox bağlanmaqla onun faciəsini yaşadı, sadəcə, qansız-qadasız. Debütantların iştirak ərizəsinə nəzər salanda görürük ki, mövqelər üzrə ən az oyunçu məhz müdafiə xəttindədi. 25 futbolçudan yalnız 7-si müdafiəçidi. Bunlar Abdulla Rzayev, Turan Manafov, Nihad Qurbanlı, İqor Ribeyro, Numan Kurdiç, Mirəli Əhmədov və Zamiq Əliyevdi. İlk iki oyunçu cinah müdafiəçiləri olsalar da, daha çox vinger kimi gözə dəyirlər. Yəni onları müdafiəçi adlandırmaq günah olardı. Abdulla ilə Turan “Araz-Naxçıvan”ın sürətli hücumlarının qurulmasında, cərimə meydançasına asmalarda, duran nöqtələrdən zərbələrdə, driblinqlərdə daha faydalıdı. Hətta deyərdim ki, bu ikili üzərində bir qədər də işləsə, Toral Bayramovla Elvin Cəfərquliyevə alternativdi.

Mərkəz müdafiəçiləri iflic vəziyyətdədi. İstər Ribeyro, isrər Kurdiç, istərsə də Zamiq olsun – bunların etibarlılığından söhbət gedə bilməz. Səbəblərdən biri onların da hücuma tez-tez qoşulmalarıdı. Necə deyərlər, nədənsə, kimdənsə öz təyinatına uyğun istifadə etmirsənsə, o kütləşir. Odu ki, başda müdafiənin mərkəzi olmaqla, bütün arxa xətt “Araz-Naxçıvan”da kütləşib, korroziyaya uğrayıb. Komandaya məhz bu mövqelərə yeni nəfəs lazımdı. Klub heyətinə ən azı iki təcrübəli mərkəz müdafiəçi əlavə etməlidi. Hələ bir dayaq yarımmüdafiçini də sıralarına qatsa, yaxşı olar.

Hazırda Azər Bağırovun qarşısında duran hədəf qış fasiləsinə kimi maksimum xal toplamaqdı. Buna sözümüz yoxdu. Amma gənc mütəxəssis indidən dediyim mövqelərə futbolçu axtarışına başlasa, yaxşı olar. Onsuz da qış “transfer pəncərəsi”ndə keyfiyyətli oyunçu tapmaq çətin olur. Seleksiya işlərini ləngitmək vəziyyəti bir qədər də çətinləşdirə bilər. Premyer-liqanın 2-ci yarısı daha çətin, ağır keçəcək. “Kəpəz”lə “Qəbələ” elitada qalmaq üçün güclənəcək, “Sabah” mükafatçılar sırasına düşmək naminə heyətinə əl gəzdirəcək,

“Neftçi” 1-ci yerdə gedən komandayla intervalın böyüməməsi üçün bütün gücünü ortaya qoycaq. Hələ başqalarını demirəm. Odu ki, Azər hoca köməkçilərini də masa arxasına yığıb, müdafiədəki boşluqları qapamalıdı. Əks halda bu dəliklər “Araz-Naxçıvan” donanmasını batıracaq.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

11-10-2023, 18:0

“Hazırda "Araz-Naxçıvan"la çalışmasam da, azarkeş kimi onun yanındayam”

Premyer-liqa / Manşet

31-10-2023, 19:0

"Qarabağ"ın ötən mövsümlə müqayisədə zəiflədiyi hiss olunur” – tanınmış menecer dedi

Manşet / Yazarlar

9-10-2023, 15:0

“Araz-Naxçıvan” Azərbaycan futbolundakı mifləri dağıtdı - TƏHLİL

Ölkə futbolu

17-07-2023, 15:0

"Araz-Naxçıvan" baş məşqçisi ilə müqaviləni uzatdı

Premyer-liqa / Manşet

12-08-2023, 13:0

“Səbail”dən “Araz-Naxçıvan”a yollandı

Manşet / Yazarlar

20-09-2023, 13:0

“Araz-Naxçıvan”ın uğurunun sirri nədədi? – TƏHLİL

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə