• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Araz-Naxçıvan” Azərbaycan futbolundakı mifləri dağıtdı - TƏHLİL

Manşet / Yazarlar

9-10-2023, 15:0

Misli premyer-liqasının 2023/24 mövsümü maraqlı məcrada keçir. Mövsüm başlamamış çoxları güman edirdi ki, “Qarabağ”, “Sabah” və “Neftçi” arasında çempionluq, “Araz-Naxçıvan”la “Kəpəz” arasında isə elitada qalmaq uğrunda mübarizə gedəcək. Lakin ilk 8 turdan sonra fərqli mənzərə yaranıb.

Ən çox təəccübləndirən “Sabah”la “Araz-Naxçıvan”ın nəticələridi. “Bayquşlar”ın çıxışı o qədər də ürəkaçan deyil. Bununla bağlı dəfələrlə təhlillər yazmışıq. Bu dəfə isə yazı mövzusu “Araz-Naxçıvan”dı. “Qırmızı-ağlar” çempionata çox yaxşı başlayıb. Azər Bağırovun komandası 8 oyuna 13 xal yığmaqla 4-cü sırada qərarlaşıb.

Yay “transfer pəncərəsi” açılanda Muxtar Respublika təmsilçisində işlər qaydasında getmirdi. Baş məşqçi cəmi 6-7 futbolçu ilə məşq edirdi. Sonradan Azər Bağırov klubsuz qalan oyunçuları düşərgəyə dəvət edərək onları hər şeyin yaxşı olacağına inandırdı. Klub rəhbərliyindəki dəyişikliklər işlərin müsbətə doğru dəyişməsinə səbəb oldu. “Qırmızı ağlar”ın İdarə Heyətinin, Müşahidə Şurasının tərkibi formalaşdı. Ramin Axundov prezident seçildi. AZAL, “Neftçi”, “Keşlə”, “Şamaxı” kimi klublarda çalışmış Eldəniz Yusubov isə icraçı direktor təyin olundu. “Samaya” şirkəti “Araz-Naxçıvan”ın sponsoru oldu. Klubun büdcəsi formalaşdırıldı. Muxtar Respublika təmsilçisi 11 legioner transfer etdi. Azər Bağırov premyer-liqa təcrübəsi olan gənc və istedadlı futbolçuları öz ətrafına topladı. Bununla da “Araz-Naxçıvan” premyer-liqaya hazır oldu.

Yenə də çatışmayan məqamlar var idi. Azər Bağırov komandanı gec qurmuşdu, normal təlim-məşq toplanışı keçə bilməmişdi. Yeni transferlərin necə təsir bağışlayacağını yalnız rəsmi oyunlarda görmək mümkün olacaqdı.

Amma həm rəhbərlik, həm də baş məşqçi komandaya güvənirdi. Hətta Eldəniz Yusubovun “avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparacağıq”, - deyə açıqlama verməsini ictiamiyyət birmənalı qarşılamamışdı. Çünki azarkeşsiz, 12-14 gün ərzində qurulmuş kollektivin ilk “4-lük”də yer alacağını düşünmək mümkün deyildi. Lakin zaman keçdikcə “Araz-Naxçıvan” dövranın dəyişdiyini sübut etməyə başladı. Düzdü, komanda ilk oyunda “Turan Tovuz” önündə darmadağın oldu. Baxmayaraq ki, naxçıvanlılar yetərincə yaxşı oyun sərgiləmişdi. Həm debüt həyəcanı, həm də Semir Bukveçin fərdi səhvləri “qırmızı-ağlar”a baha başa gəlmişdi.

Sonrakı 7 turda isə komandanın əsl gücü ortaya çıxdı. “Araz-Naxçıvan” bu qarşılaşmaların 4-də qələbə qazandı, 1-də heç-heçə etdi, 2-də isə məğlub oldu. Naxçıvanlılar bu nəticələrlə bir çox klubların rəhbərlərinin, məşqçilərinin bəhanələrinin üstündən xətt çəkdi. Təlim-məşq toplanışı keçməyən, 12-14 gün ərzində qurulan kollektiv büdcəsi onlardan daha çox olan rəqiblərə toy tutur. Bu necə olur? Təbii ki, burda icraçı direktor Eldəniz Yusubovun xidmətləri danılmazdı. O, Azər Bağırovla məsləhətləşərək Kristian Avram, İqor Ribeyro, Numan Kurdiç, İsmail Azzaui, Məhəmməd Kadiri, Miço Kuzmanoviç, Melo Vanderson, Nuno Rodriges, Elviş Maşike kimi oyunçuları Azərbaycan premyer-liqasına gətirməyə razı saldı. Azər Bağırov isə əlində olan yerli futbolçularla əcnəbilərin vəhdətindən əla kollektiv formalaşdırdı.

Bir sözlə, “Araz-Naxçıvan” Azərbaycan futboldakı bir çox mifi dağıtdı. Naxçıvanlılar sübut edir ki, xaricdə təlim-məşq toplanışı keçmədən də normal komanda formalaşdırmaq olar. Üstəlik “premyer-liqamıza səviyyəli legioner gəlmir” fikri də yalandı.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

1-07-2023, 20:0

"Araz Naxçıvan" ilk transferlərini gerçəkləşdirdi

1-ci liqa

17-06-2022, 23:0

“Araz-Naxçıvan”nın qarşısına qoyduğu məqsəd böyükdü" - Azər Bağırov

Ölkə futbolu

17-07-2023, 15:0

"Araz-Naxçıvan" baş məşqçisi ilə müqaviləni uzatdı

Ölkə futbolu

20-07-2023, 11:0

"Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə

Premyer-liqa / Manşet

12-08-2023, 13:0

“Səbail”dən “Araz-Naxçıvan”a yollandı

Aktual / Ölkə futbolu

28-06-2023, 13:0

"Araz Naxçıvan"a problem yaradan səbəb - ÖZƏL

Aktual
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
Son xəbərlər
  • Bu gün, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Bu gün, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Bu gün, 12:26
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Bu gün, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
Daha çox
Oxunub: 268
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 256
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 204
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə