• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zirvənin həqiqi sahibi qayıtdı? - KÖŞƏ

Manşet / Yazarlar

29-11-2023, 13:0

Gözlənilən baş verdi: “Qarabağ”, nəhayət, premyer-liqanın vahid liderinə çevrildi. “Köhlən atlar” çətin Norveç səfəri ərəfəsində həm vacib 3 xal qazandı, həm də əla motivasiya.

Etiraf etmək lazımdı ki, hazırkı çempionat “köhlən atlar” üçün o qədər də asan keçmir. Qurban Qurbanov Rəşad Sadıqovlu “Zirə”nin timsalında ciddi rəqiblə qarşılaşıb. “Sabah”la “Neftçi”nin qeyri-sabit çıxışı fonunda “Zirə” hamını təəccübləndirməyi bacarır. Rəşad Sadıqov özü də müsahibərinin birində etiraf etmişdi ki, “Zirə”nin yayda avrokuboklardan kənarda qalması ümumi işin xeyrinə oldu. Qəsəbə təmsilçisi yayda həm heyəti komplektləşdirmək, həm də normal hazırlıq keçmək üçün yaxşı şans qazandı. Bunun üzərinə Sadıqovun da ildən-ilə təcrübə qazanması əlavə olununca ortaya indiki mənzərə çıxdı.
Sözsüz, bu məqamda “Sabah”la “Neftçi”ni bir daha xatırlamalı olacağıq. Görünən odu ki, ötən mövsümün mükafatçılar yeni “futbol ili”ndə heç cür özünə gələ bilmir. “Neftçi”nin problemləri son illər üçün ənənəvidi. “Ağ-qaralar” transfer bazarında naşı davranır, hər “pəncərə” açılanda komandanın düşərgəsinə çoxlu yeni legioner gəlir, bir o qədəri də yola salınır. Amma “Neftçi”nin çulunu sudan çıxaranlar yenə “köhnələr”, xüsusən də yerli futbolçular olur. Bu mövsümdəki transfer siyasəti isə lap bərbaddı. Bunu da daha çox klub rəhbərliyinin bütün ipləri menecer Kamil Məmmədova verməsiylə əlaqələndirirlər. Hərgah Zaur Əzizov da prosesdən tam kənarlaşdırılmayıb, heyətdə onun da gətirdiklərindən var. Di gəl ki, bu məqamın özü də ümumi mənzərəni dəyişmir. Həmin mənzərə də ondan ibarətdi ki, “Neftçi”yə xeyli yararsız legioner gətirilib. Lap elə bu işdə əsas günahkar Kamil Məmmədov olsa da, klub rəhbərliyi yaxasını məsuliyyətdən kənara çəkə bilməz. Çünki “ailənin başçısı”, yəni Məmmədova bu qədər səlahiyyət və futbolçu biznesi imkanı yaradanlar onlardı. Yararsız transfer siyasətinin üzərinə uğursuz məşqçi seçimini də gələndə bu gün xal itkilərinin və “Neftçi”nin tutduğu 6-cı yerin də qanunauyğunluq olduğunu görürük.

“Sabah” baş məşqçisini dəyişməyib. Heyətdən iki aparıcı futbolçunun getməsi sanki bütün mexanizmi dağıtdı. Lakin masazırlıların dərdi təkcə bu deyil. Klub rəhbərliyi ilə baş məşqçi arasında münasibətlərdəki soyuqluq, yerli futbolçulara qarşı amansız repressiv davranışlar, haqq tərəzisinin zaman-zaman pozulması kimi vacib məqamlar “Sabah”ın irəli-geri ləngər vurmasını şərtləndirir. Murad Musayev nə qədər çalışsa da, “Sabah”ı ötənilki vəziyyətinə qaytara bilmir. Ümumilikdə komanda pis oynamır, qollar vurmağı bacarır. İki əsas problem hər şeyin üzərindən xətt çəkir. Birincisi odu ki, komandada sabitlik çatmır. Səfərdə “Neftçi”ni məğlub edən komanda evdə “Kəpəz”, “Araz-Naxçıvan” kimi komandalara asanlıqla xal verir, “Turan Tovuz”dan üç cavabsız top buraxır. “Qarabağ”la rəqabətdən isə heç danışmağa dəyməz. Ötən mövsüm “Qarabağ” üçün əməlli-başlı başağrısına çevrilən “tələbələr” elə bu tur doğma meydanda “Qarabağ”a uduzdu. “Qarabağ”ın adı futbolçuları o qədər həyəcanlandırır ki, penalti zərbəsini belə qola çevirmək mümkün olmur. İkinci məqam qapıçı Yusif İmanovun və müdafiəçi yoldaşlarının əvvəlki kimi etibarlı oynaya bilməməsidi. Yusif, ümumiyyətlə, eniş yaşayır. Nəticədə ötən mövsümün ən az qol buraxan komandalarından olan “Sabah” bu mövsüm az qala hər oyunda qapısında qol və qollar görür.

Yazının əvvəlində qeyd etdiyim kimi, “Sabah”la “Neftçi”nin başı öz dərdinə qarışsa belə, “Qarabağ” rahat nəfəs ala bilmir. “İki cəbhə”də mübarizə aparan Ağdam təmsilçisinin işini çətinləşdirən təkcə “Zirə” deyil. Mübarizə meydanına Şahin Diniyevin həyata qaytardığı “Səbail”, Azər Bağırovun döyüşkən və yenilməyi sevməyən komandaya çevirdiyi “Araz Naxçıvan” kimi rəqiblər çıxıb. Mən hələ qəzəbli və bacarıqlı Samir Abasovu və onun çalışdırdığı “Sumqayıt”ı demirəm. Bütün bunları nəzərə alanda əminliklə demək olar ki, bu mövsüm bizim çempionatda xeyli gərgin mübarizə gedir və bunun sona qədər belə davam edəcəyini gözləmək məntiqlidi. “Qarabağ” üçün əhəmiyyətli məqamlardan biri komandanın avrokuboklardakı çıxışının nə qədər davam edəcəyidi. Qrupdakı hazırkı vəziyyət ondan xəbər verir ki, Qurban Qurbanovun komandası qışdan sonra da yoluna davam edəcək, ən azı Konfrans Liqasında. Deməli, hələ bir müddət “iki cəbhə”də, ölkə kubokunu da nəzərə alsaq, “üç cəbhə”də mübarizə aparmaq lazım gələcək.

Bütün bunlara baxmayaraq, “Qarabağ”ın zirvənin ən layiqli sahibi olduğunu qeyd etməliyik. Ona görə də arxayınlıqla demək olar ki, 14-cü turda zirvəni ələ keçirən “köhlən atları” ordan endirmək heç də asan olmayacaq.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Yazarlar

22-09-2023, 22:0

Rəşad Sadıqov onlara nəzər yetirsə... - KÖŞƏ

Ölkə futbolu / Manşet

19-05-2023, 14:0

“Qarabağ”ın yeganə rəqibi “Sabah” idi - TƏHLİL

Yazarlar

5-05-2022, 19:0

“Qarabağ”ın asan çempionluğunun sirri - KÖŞƏ

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 439
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 190
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə