• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”nin baş məşqçisi: “Klublar uşaq məşqçilərinə daha çox dəstək olmalıdılar” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

3-12-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Budəfəki müsahibimiz “Neftçi”nin U-11 komandasının baş məşqçisi Mahmud Əhmədovdu.

- Mahmud bəy, sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik. Futbolda ilk addımlarınızı necə atdız, futbola gəlişiniz necə oldu?
- Mən Zaqatala rayonunun Əliabad qəsəbəsində dünyaya göz açmışam. Elə kiçik yaşlarımdan futbola böyük maraq göstərirdim. O vaxtdan da futbol oynamağa başlamışam. Zaqatalada “Simurq”un uşaq komandalarında futbolla məşğul olurdum, top oyunun sirlərini orda öyrənmişəm. Demək olar ki, elə ancaq “Simurq”da oynamışam. Bu minvalla 16 yaşıma qədər futbolla məşğul oldum. Ondan sonra ailəm futbol oynamağıma qarşı çıxdı. Təhsil almağımı istədilər. Məni də seçim qarşısında qoydular ki, futbol oynamağı yox, ali təhsil almağı seçim. Belədə onların şərtini qəbul etməli oldum. Düşünürəm ki, futbola davam etsəydim, uğur qazana bilərdim. Çünki məndə o potensial var idi. Doğma rayonumun komandasında forma geydim və 16 yaşımda da elə orda karyeramı başa vurdum.

“Neftçi”nin baş məşqçisi: “Klublar uşaq məşqçilərinə daha çox dəstək olmalıdılar”


- Bəs məşqçi olmağa necə qərar verdiz? Məşqçi kimi fəaliyyətinizə nəzər salanda hansı məqamları bizimlə bölüşmək istərdiz?
- Ali məktəbə daxil oldum və universtitetdə oxudum. Oranı yaxşı qiymətlərlə bitirib ali təhsil aldım. Buna baxmayaraq, içimdəki futbol sevgisi davam edirdi. Yenidən futbola qayıtmaq istəyirdim. Təəssüf ki, bir qədər gec idi. 21 yaşımı tamamlamışdım, mənim üçün ən önəmli vaxtlar geridə qalmışdı. Futbolçu kimi geri dönməyim mümkünsüz idi. Ona görə də məşqçi kimi meydanlara qayıtdım. Ali təhsili bitirib, aldığım ixtisas üzrə yox, məşqçilikdə özümü inkişaf etdirməyə başladım. Doğma rayonum Zaqatalanın “Daşqın” komandasında 2013-cü ildən 2017-ci ilə qədər məşqçi kimi çalışdım. Növbəti il isə “Zaqatala” Futbol Klubunda fəaliyyət göstərdim. Daha sonra Bakıya üz tutdum. Qeyd etmək istədiyim ən önəmli məqam odu ki, mən məşqçiliyə başlayanda bu sahədə nə qədər pul qazana biləcəyimi heç düşünmədim. Mənim üçün əsas olan futbol sevgisi idi. İçimdəki o coşqunu, istəyi üzə çıxarmaq arzusundaydım. İçimdə daim futbola sevgi olub. Sizə bir söz deyim. İlk 3-4 ilimdə çox cüzi maaş alırdım. Amma istəyim o olub ki, özümü təkmilləşdirim, bu sahədə uğurlu olum. Həmişə düşünmüşəm ki, məşqçi kimi uğur qazanandan sonra pul özü gəlib məni tapacaq. 2017-ci ildə ailəvi səbəblərdən Bakıya köçəsi olduq. Elə həmin il “Leon” komandasında işə düzəldim, bir il “Leon”da çalışdım. Ondan sonra “Səbail”dən təklif aldım və 2018-ci ildə ora yollandım. 2021-ci ilə qədər “Səbail”də çalışdım, ondan sonrakı dayanacağım “Neftçi” oldu. Həmin vaxtdan bəri “Neftçi”dəyəm.



- Bir az da “Neftçi”dəki işinizdən danışaq...
- Bəli, qeyd etdiyim kimi, “Neftçi”nin U-11 komandasının baş məşqçisiyam. Uşaqlarla işləmək mənim üçün çox maraqlıdı. Uğurlara gəlincə, buna yanaşmam bir qədər fərqlidi. Biz uşaq məşqçiləri üçün uğur komandanın qazandığı nəticələr və ya mükafatlar deyil. Çalışırıq ki, yuxarı yaş qrupları üzrə komandalar üçün yaxşı futbolçular yetişsin, ən sonda da A komandasında oynamağa layiq olsunlar. Həmin futbolçuların A komandasına yüksəlməsi bizim üçün uğur sayıla bilər. “Zaqatala”da işləyərkən sıfırdan yetişdirməyə başladığım uşaqlar var. Onların sosial həyatından tutmuş futbolçu kimi yetişməsinə qədər hər şey mənim öhdəmə düşür. Həmin uşaqlardan üç-dördü milli komandalara dəvət alırlar, A komandaya namizəd sayılırlar. Sırf meydanda qazanılan nəticələrə baxdıqda isə mən “Neftçi”nin U-13 komandası ilə ötən mövsüm gümüş medal qazanmışam. Finalda “Sabah”a 0:2 hesabıyla məğlub olmuşuq. Amma yenə də qeyd edim ki, mənim üçün uşaq futbolunda uğur uşaqları təməldən düzgün yetişdirməkdi. Amalım həmişə bu olub.

- Mahmud bəy, uşaq futbolu ən ağrılı yerlərimizdən biridi. Özünüz də bu yolları keçmisiz. Keçmişlə indiki dövrü müqayisə edəndə hansı fərqləri görürsüz, nələr dəyişib?
- Təbii ki, keçmişlə indiki zamanı müqayisə edəndə bir çox müsbət məqam görürük. Ən əsası da infrastruktur baxımından. İndi pis-yaxşı meydançalar var. Ən azı hər bir klubun özünün infrastrukturu, məşq meydançası, bazası var. Bunları nəzərə alanda mən düşünürəm ki, biz futbolçu yetişdirə bilərik. Məncə, klublar bu işdə daha məsuliyyətli olmalıdılar, uşaq futboluna daha böyük önəm verməlidilər. Klublar uşaq məşqçilərinə daha çox dəstək olmalı, onların maariflənməsinə, daha çox təcrübə qazanmasına yardım etməlidilər. Məşqçilər müxtəlif kurslar keçməli, xaricidəki mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq imkanı qazanmalıdılar. Bir məqamı da vurğulamalıyam ki, ölkəmizdə AFFA-nın UEFA tərəfindən verilən təlimatlarla keçirdiyi məşqçi kursları da yetərincə faydalıdı. Mən özüm B və C kateqoriyalarına yiyələnmək üçün kurslara qatılmışam, yetərincə maariflənmişəm. Yenə də çox şey məşqçilərin və klubların üzərində qalır. Vicdanla işləyən məşqçilər nə qədər çox olsa, o qədər də bizim uşaq futbolu inkişaf edəcək, yeni istedadların üzə çıxarılması sürətlənəcək. Mən də istəyirəm ki, bu sahədə qalmaqla və çalışmaqla uşaq futbolunun inkişafına töhfə verim. Uşaq futbol akademiyaları futbolun inkişafı üçün vacib şərtdi. Hazırda Qəbələdə də vəziyyət yaxşı deyil. Halbuki bu rayondakı uşaq akademiyası Azərbaycanda bəlkə də yeganə idi. Belə akademiyaların sayı çox olmlıdı ki, bizim də uşaq futbolumuz inkişaf etsin. Bilirsiz ki, akademiya böyük anlayışdı. Bunu təmin etmək lazımdı.



- Bu sahədə dəyişməyən problemlərdən biri məşqçilərin tez-tez gileyləndiyi valideynlərlə münasibətdi. Valideynlər öz uşaqlarını daha güclü, istedadlı sayır, övladlarının daim oynamasını, bir növ “irəli çəkilməsini” arzulayır. Siz necə, valideynlərin məşqlərə müdaxiləsiylə qarşılaşmısızmı? Qarşılaşmısızsa, onlarla münasibətləri necə qurursuz?
- Bəli, çox ciddi problemə toxunduz. Valideyn-məşqçi problemi hər klubda var. Hər valideyn öz uşağını ən güclü sayır, başlayır məşqlərə və oyunlara müdaxilə etməyə. Bununla da valideynlər uşaqları geri salırlar. Çünki uşaq da təzyiq altında olur. Valideynlər də uşaqlar kimi futboldan həzz almalıdı, uşağın futbolla məşğul olmasına əyləncə kimi yanaşmalıdı. Mən “Neftçi” akademiyasında məşq və oyunlar zamanı valideyn müdaxiləsinə, valideynin uşaqla təmas qurmasına icazə vermirəm. Bununla bağlı da hansısa problem yaşamırıq.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

19-11-2023, 23:0

“Mən futbola uşaqlığımı qurban vermişəm” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

2-04-2023, 23:0

“Neftçi”nin məşqçisi: “Bizim üçün nəticə yetişdirdiyimiz futbolçulardı” - LAYİHƏ

İdman / Layihə / Manşet

16-07-2023, 23:0

Polad Həsənov: “Azərbaycanda basketbola maraq hazırda yüksək səviyyədədi” - LAYİHƏ

Premyer-liqa / Layihə / Manşet

26-11-2023, 23:0

“Sözün düzü, futbola gəlişim atamın istəyi ilə olub” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

25-06-2023, 23:0

Vüqar Əsgərli: “Azərbaycanlı futbolçularının əsas problemi...” - LAYİHƏ

Aktual
“Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Son xəbərlər
  • Bu gün, 20:56
    “İkinci hissəyə əsasən demək olar ki, 2 xal itirdik” – Kaxaber Sxadadze
  • Bu gün, 20:45
    “Komandanı mən qurmamışam” - Andrey Demçenko
  • Bu gün, 20:42
    5 aylıq həsrəti sona çatdı
  • Bu gün, 20:20
    "Sumqayıt" qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
  • Bu gün, 19:59
    Qvardiola da biletlərin qiymətinə etiraz etdi
  • Bu gün, 19:28
    Cinsiyyətini dəyişdiyi deyilən futbolçu nəhayət, ortaya çıxdı!
  • Bu gün, 18:57
    “Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
  • Bu gün, 18:04
    “Sabah” “Gəncə”ni məğlub etdi
  • Bu gün, 17:57
    "Qəbələ" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ
  • Bu gün, 17:24
    "Qarabağ" və "Neftçi" birgə bəyanat yaydı
  • Bu gün, 16:33
    Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
  • Bu gün, 16:01
    Yeni mövsümdən İspaniyada işləyə bilər
  • Bu gün, 15:30
    "İmişli" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Bu gün, 15:01
    ''Barsa'' və ''Siti''nin sabiq ulduzu ''Qalatasaray''ı ziyarət etdi
  • Bu gün, 14:18
    “Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
  • Bu gün, 14:06
    “...elə komanda olacaq ki, bütün ölkə onunla fəxr edəcək” – Ruy Jorje
  • Bu gün, 13:43
    "Neftçi" - "Qarabağ" matçına nə qədər bilet satılıb?
  • Bu gün, 13:26
    PSJ-yə kömək edə bilməyəcək
  • Bu gün, 12:55
    “Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
  • Bu gün, 12:14
    “Final görüşünün Azərbaycanda keçirilməsini istəyirik” - Sərxan Hacıyev qarşıdakı dünya çempionatı haqda
  • Bu gün, 11:54
    Ulduz futbolçu klubu ilə anlaşdı
  • Bu gün, 11:23
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 11:13
    Azərbaycan derbisi Rəhim Həsənovun ifşa etdiyi referiyə tapşırılacaq?
  • Bu gün, 10:52
    ''Trabzonspor''un zədəli müdafiəçisi geri dönmək əvəzinə əməliyyat olunacaq
  • Bu gün, 10:31
    Klubu ona qiymət qoydu
  • Bu gün, 10:00
    ''Sivasspor'' və ''Beşiktaş''da oynamış sabiq nigeriyalı futbolçu dünyasını dəyişdi
  • Bu gün, 00:07
    Arda Gülər dünya çempionatında iştirak edə biləcəkmi?
  • Dünən, 23:26
    Milli komandada yeni təyinat
  • Dünən, 22:55
    Uğur qazandı, ən yaxşı məşqçi seçildi
  • Dünən, 22:24
    Haci yenidən yığmanın başına keçdi
  • Dünən, 21:53
    Çoxları gedəcək, amma Rüdiger qalacaq
  • Dünən, 21:24
    Jalə Əliyeva bürünc medal qazandı
  • Dünən, 21:22
    Ronaldodan növbəti qol
  • Dünən, 20:50
    Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
  • Dünən, 20:37
    “Real Sosyedad” 39 il sonra yenə “Atletiko”nu finalda məğlub etdi - İCMAL
Daha çox
Oxunub: 648
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 238
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 182
Arzuolunmaz kürəkən... – REPLİKA
Oxunub: 175
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Oxunub: 174
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə