• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sözün düzü, futbola gəlişim atamın istəyi ilə olub” - LAYİHƏ

Premyer-liqa / Layihə / Manşet

26-11-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Budəfəki müsahibimiz Nihad Qurbanlıdı. “Neftçi”nin yetirməsi olan Nihad “Səbail”in heyətində premyer-liqa həyəcanı yaşayıb, hazırda “Araz-Naxçıvan”ın formasını geyir.

- Nihad, ilk sualım futbola gəlişinizlə bağlıdı. Futbol oynamağa necə başladız? Futbol məşqlərinə yollanmağınızda istedadınızı görən kiminsə rolu oldu, yoxsa qərarı özünüz verdiz?
- Mən 2001-ci ilin aprelində Bakıda doğulmuşam. Sözün düzü, futbola gəlişim atamın istəyi ilə olub. Onunla məsləhətləşdik və belə qərar verdik. Atamın futbola böyük həvəsi vardı, gənc yaşlarında özü də futbolla məşğul olub. Ümumiyyətlə, atam və babam futbol azarkeşi olublar. Görünür, bu sevgi də onlardan mənə keçib. 6 yaşımda atam məni və qardaşım Murad Qurbanlını “Neftçi”nin məşqlərinə apardı, orda futbola yazıldıq. İlk məşqçim də hamının yaxşı tanıdığı, böyük hörmət bəslədiyi Vaqif Paşayev oldu. Mənim məşqlərə yanaşmam, xarakterim məşqçilərim tərəfindən bəyənildi. Qardaşımla birlikdə məşq etməyə başladıq. Ondan sonra Rüfət Quliyevin rəhbərliyi altında məşqlərə davam etdik. Növbəti məşqçimiz Eldəniz Məmmədov oldu. Bu mütəxəssislərlə yanaşı, Araz Qulamov da uşaq futbolunda bizim məşqçimiz olub. Eldəniz müəllimlə Araz müəllim təkcə bir məşqçi kimi yox, güclü psixoloq kimi də hər kəsə fərdi yanaşırdı, hər uşaqla ayrıca maraqlanırdı. Onlar mənim yaddaşımda belə qalıb.

- Həm aşağı yaş qrupları üzrə yığmalarda, həm də “Neftçi”, “Səbail” kimi klublarda inkişaf yolu keçmisiz. İstərdik ki, sizinlə birlikdə keçmişə boylanaq, karyeranızı vərəqləyək. Hansı yaddaqalan məqamları, uğurları və oyunları bizimlə bölüşmək istərdiz?
- “Neftçi”də gözəl günlərimiz olub. Uşaq vaxtında “Neftçi” mənə doğma olub, orda özümü evdəki kimi hiss etmişəm. Amma futbolçu həyatı belədi ki, hansı komandada oynayırsansa, onun uğurları üçün çalışmalısan. Unudulmaz oyunlarımızla bağlı xeyli xatirəm var. 12-13 yaşlarımıda Eldəniz müəllimin rəhbərlik etdiyi komandada kapitan sarığısını daşımışam. Kapitan olarkən özümü daha inamlı, məsuliyyətli hiss edirdim. Mahmud Qurbanovun rəhbərlik etdiyi əvəzedici komandaya dəvət aldım. Bir müddət orda çıxış etdim. “Neftçi”nin əvəzedici komandasının heyətində çox yaxşı çıxış etdik, gözəl nəticələr qazandım. Buna görə məni əsas komandanın məşqlərinə dəvət edirdilər, əsas komandada da tanınmış futbolçularla birlikdə məşqlər edirdim. Əsas komandayla birlikdə dəfələrlə təlim-məşq toplanışlarına yollanmışam. Təəssüf ki, əsas komandada debüt etmək mənə qismət olmadı. Sonradan Mahmud Qurbanov “Səbail”ə yollandı və məni də ora dəvət etdi. Beləliklə, “Səbail”ə transfer olundum. Fürsətdən istifadə edib Mahmud müəllimə minnətdarlığımı bildirirəm. Mənə etimad göstərdi, premyer-liqada debüt etdim. Onun inamı mənə əlavə güc verdi. Özümü xeyli inamlı hiss edirdim, oyunum da yaxşı alınırdı. Premyer-liqada və Azərbaycan kubokunda 16 oyunda meydana çıxdım. Premyer-liqada keçirdiyim hər oyun mənim üçün yaddaqalan idi. Xüsusən də ilk oyunum. Həmin görüşdə “Qəbələ”yə qarşı oynamışdım. Kubokda isə “Sabah”a qarşı keçirdiyimiz oyunlar möhtəşəm alındı. Sizin də yadınızda olar. Gərgin keçən qarşılaşmalarda “Sabah”ı məğlub etdik, növbəti mərhələyə yüksəldik. Bu qarşılaşmalar mənim üçün unudulmazdı. Eyni zamanda “Neftçi”nin əvəzedici komandasının heyətində “Kəpəz”i məğlub edib, çempion olduğumuz oyunu həmişə gözəl hisslərlə xatırlayıram. U-23 millimizin heyətində çıxışımı da qeyd etməliyəm. Gözəl kollektivimiz var idi. Konyada keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmışdıq. Bundan başqa, U-19 və U-21 millilərində də bir çox uğurlu oyunlarımız olub. 2022-ci il dekabrın 24-də “Qarabağ”a qarşı oyun keçirdik, bir gün sonra isə mənim toyum olacaqdı. Çox məsuliyyətli və gərgin oyun keçirdik. Oyundan sonra məşqçilər bildirdi ki, yaxşı çıxış etmişəm.

- Hazırda “Araz-Naxçıvan”ın üzvüsən. Bu komandaya gəlişin necə baş tutdu? Komandanın çıxışını necə qiymətləndirirsən?
- Bəli, hazırda “Araz Naxçıvan”ın uğurları üçün çalışıram. İzləyənlər də görür ki, çox yaxşı komandamız var. Elitanın debütantı olsaq da, mübarizəsiz təslim olmuruq. Azər Bağırovun rəhbərliyi altında çox mehriban və döyüşkən kollektiv formalaşıb. Yüksək hədəflər uğrunda yarışırıq, inanıram ki, bu mübarizənin yekununda avrokuboklarda Azərbaycanı təmsil etməyə vəsiqə verən yerlərin birini tuta biləcəyik. Hazırda “Araz Naxçıvan”ın bütün futbolçuları bir ailə kimi çalışır, həm məşqlərdə, həm də meydanda baş məşqçinin verdiyi tapşırıqları yerinə yetiririk.

“Sözün düzü, futbola gəlişim atamın istəyi ilə olub”


- Uşaq yaşlarından müəyyənləşdirdiyin hədəf varmı? Hansısa klubda oynamaq və ya hansısa mükafatı qazanmaq kimi bir arzun olubmu?
- Sözsüz, qarşımda belə hədəflər olub. Hədəflər müəyyənləşdirmişik və o hədəflərə çatmaq üçün çalışırıq. “Qalatasaray” uşaqlıq sevgimdi. “Sarı-qırmızılar”ın oyunlarını izləməkdən heç vaxt yorulmuram. Həmişə arzulamışam ki, “Qalatasaray”ın meydanında futbol oynayım, azarkeşlərin qarşısına çıxım. Bu komandanın heyətində oynamaq uşaqlıq arzumdu. Mən deyərdim ki, “Qalatasaray”la nəfəs alıram, bu klubla bağlı hər xəbəri izləyirəm. Bundan başqa, “Barselona”nın heyətində çıxış edən Puyol həmişə mənim kumirim olub. Onun oyun üslubunu bəyənmişəm, özümə yaxın hesab etmişəm. Mən Puyolun oyununa baxıb stopper mövqeyini seçmişəm. Bir növ çalışmışam ki, Puyol kimi oynayım, uzaqda olsa da, ondan dərs alım. O ki qaldı mükafat məsələsinə, hər idmançı qarşısına mükafat qazanmaq məqsədi qoyur. Mükafatlara layiq oyun sərgiləmək, çıxış etdiyim kluba və Azərbaycan futboluna faydalı olmaq həmişə əsas məqsədim olub. Avropanın tanınmış klublarında forma geymək, Azərbaycan futbolunu yüksək səviyyədə təmsil etmək arzumdu.

- Futbol və təhsil mövzusuna toxunmaq istərdim. Səncə, təhsil futbolçu həyatında nə dərəcədə önəmlidi? Ümumiyyətlə, futbolla məşğul olmaq təhsil almağa mane olurmu?
- Təhsil həyatın hər sahəsində önəmlidi. O cümlədən də futbolda. Etiraf etməliyik ki, bu ikisini bir yerdə yürütmək çox çətin olur. Müəyyən mərhələdə artıq seçim qarşısında qalırsan. Mənim üçün futbol daha üstün oldu, çünki futbolçu olmağı arzulayırdım. İbtidai sinifdə dərslərimi çox yaxşı oxuyurdum. Hətta musiqiyə də marağım var idi, vaxt da ayırırdım. Sonradan futbol məni özünə çəkdi. Amma mən ali təhsil alıram. Hazırda Gürcüstanda ali məktəbin menecment və turizm fakültəsinin 5-ci kurs tələbəsiyəm. Təhsilimi müəyyən səbəblərdən qiyabi davam etdirirəm.

- Futbolla məşğul olarkən futbolçular və onların valideynləri hansı çətinliklərlə üzləşir, futbol nələrə mane olur?
- Valideynlərim də həm idman həyatında, həm də təhsildə mənə dəstək olub, məni hər bir arzuya çatmaqda həvəsləndiriblər. Onların üzərimdə böyük əməyi var. Qar-boran bilməmişik, həmişə də məşqlərimə getmişəm. Atam da bizimlə birlikdə bu əziyyəti çəkib. Elə olurdu ki, məşqlərimiz, oyunlarımız Mərdəkanda olurdu. Atam da bizimlə Mərdəkana gedirdi. Çox əziyyət çəkmişik. Bu yerlərə gələnə qədər böyük əziyyətlərdən, keşməkeşli yollardan keçmişik. Futbolda uğur qazanmaq üçün müəyyən şeyləri qurban verirsən. Bəzən məşqlər, oyunlar ailəvi tədbirlərlə, hansısa xüsusi günlərlə üst-üstə düşür. Sən isə ondan kənarda qalırsan. Mən də həmişə seçimimi futboldan yana etmişəm.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Layihə / Manşet

20-11-2022, 23:0

“Atamın “İstiqlal”dakı oyunlarını izlədikcə futbola marağım artırdı” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

19-11-2023, 23:0

“Mən futbola uşaqlığımı qurban vermişəm” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

8-01-2023, 23:0

Azər Salahlı: “İndiyə kimi yadımdadı, məşqdən əvvəlki gecə səhərə qədər yata bilməmişdim” - LAYİHƏ

Layihə

18-09-2022, 23:0

“Futbola gəlişimin səbəbkarı dayımdı” – LAYİHƏ

Layihə / Manşet

30-10-2022, 23:0

“Artıq 17 yaşımda “Kəpəz”in əsas heyətinə düşmüşdüm” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

25-06-2023, 23:0

Vüqar Əsgərli: “Azərbaycanlı futbolçularının əsas problemi...” - LAYİHƏ

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 422
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə