• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vüqar Əsgərli: “Azərbaycanlı futbolçularının əsas problemi...” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

25-06-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Əyalət təmsilçisi “Şamaxı” mövsümün sonunda 10-cu yeri tutub, premyer-liqanı tərk etsə də, daim diqqəti çəkməyi bacardı. Klub rəhbərliyi cəsarətli qərar qəbul edərək heyəti bütünlüklə yerli futbolçulardan qurdu. Bununla da başqalarına bir nümunə göstərmiş oldu. Zaman-zaman sürpriz nəticələrə imza atan, yüksək əzmkarlıq göstərən bölgə təmsilçisi bir çox yerli futbolçunun yeni səviyyəyə yüksəlməsinə, özünü göstərməsinə yardımçı oldu. Budəfəki müsahibimiz də “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərlidi.

- Vüqar müəllim, futbol sahəsində yetərincə tanınmış mütəxəssislərdənsiz. Amma layihəmizin ənənələrinə uyğun olaraq, sizi bir daha oxucularımıza tanıtdırmaq istərdik. Futbola gəlişiniz necə oldu, ilk addımları atdığınız komandanı və ordakı məşqçiləri necə xatırlayırsız?
- Bu sualınız məni keçmişə qaytardı, istər-istəməz o günləri xatırladım. Hər bir uşaq kimi mənim də futbola böyük marağım var idi, həyətdə dostlarımla tez-tez futbol oynayırdım. Elə bu sevgi də məni “Neftçi”nin uşaq komandalarına apardı. Mənə futbolun ilk sirlərini “Neftçi”nin aşağı yaş qruplarında çalışan, hamıya da yaxşı tanış olan İslam Kərimov öyrədib. Onun rəhbərliyi altında futbolun sehrinə düşmüşəm, bu oyunu daha dərindən öyrənməyə başlamışam. Kifayət qədər yaxşı komandamız var idi. Elə İslam müəllim də məşqçi kimi çox tələbkar idi, bizə bütün incəlikləri öyrətməyə çalışırdı. Bugünkü gün də İslam müəllimlə tez-tez əlaqə saxlayıram, ilk məşqçimlə hal-əhval tuturam.

- Növbəti sualımız məşqçilik karyeranızla bağlıdı. Məşqçiliyə necə başladız? Bu peşə sizin üçün əvvəlcədən cəlbedici idi, yoxsa daha sonra məşqçi olmağa qərar verdiz?
- MOİK-də çıxış edərkən baş məşqçimiz Namiq Adilov idi. İlk dəfə onun təşəbbüsü oldu. Mənə təklif etdi ki, oynayan məşqçi funksiyasını yerinə yetirim. Bu təklif mənim üçün də maraqlı oldu, çünki yeni çağırış idi. Bu cür davam etdikcə gördüm ki, marağım daha da artır. Çünki hər gün yeni nəsə öyrənirdim və belədə məşqçi işi mənə daha da maraqlı gəlirdi. Sonradan artıq təhsilimi artırıb məşqçiliklə daha ciddi məşğul olmağa qərar verdim. Bu qərarımdan da peşman deyiləm. Məşqçilikdə özümü tapmışam, sevdiyim işlə məşğul oluram.

- Necə düşünürsüz, məşqçi olmaq istəyən şəxsdə hansı keyfiyyətlər cəmləşməlidi? Hər yaxşı futbol oynayan yaxşı məşqçi ola bilərmi?
- Məşqçi olmaq üçün ilk növbədə daim öyrənməyə meyilli olmalısan. Çünki futbol dinamik oyundu, gündən-günə inkişaf edir, bir yerdə dayanmır. Bu çağırışlara səs vermək üçün sən də “artırmalısan”. Sözsüz, bacarıq da lazımdı, futbolun incəliklərini bilməlisən, bu oyunu hiss etməlisən. Amma nə vaxtsa “artıq mən hər şeyi bilirəm” deyən adamdan yaxşı məşqçi ola bilməz. Keçmişdə yaxşı futbolçu olmaq hələ yaxşı məşqçi olacağına zəmanət sayılmamalıdı. Təbii ki, futbol bilikləri vacibdi, amma bununla yanaşı məşqçi üçün şərait, infrastruktur yaradılmalıdı. Həmin mütəxəssis qarşındakı futbolçulara informasiyanı necə çatdıra bilmək üçün müəyyən metodikanı bilməlidi.

- Başa çatan mövsümü “Şamaxı”da keçirdiz və bütünlüklə yerli futbolçulardan qurulmuş heyətlə işlədiz. Bunun müsbət və mənfi tərəfləri hansılardı? Bütünlüklə yerlilərdən qurulmuş komandanı çalışdırmağın hansı çətinlikləri oldu?
- Qeyd etdiyiniz kimi, ötən mövsümü tam yerli futbolçularla keçirdik. Bunu yeni bir layihə də saymaq olar. Bu işin müsbət tərəfləri odu ki, Azərbaycan futboluna yeni adlar bəxş edə bildik və məqsəd də əsasən bu idi. Mənfi tərəfləri düşünürəm ki, premyer-liqada yerimizi qoruya bilməməyimiz oldu. Yəqin ki, sual verərkən siz də bunu nəzərdə tutursuz. Amma mən düşünürəm ki, ötən mövsüm bir az daha tez yığışa bilsəydik, daha yaxşı hazırlaşa bilərdik. Müəyyən mənada vaxt azlığı işimizə mane oldu, tam hazırlaşmaq üçün vaxtımız az oldu. Düşünürəm ki, müəyyən şərtlərə əməl olunsa, tam yerlilərdən qurulmuş heyətlə də uğur qazanmaq mümkündü.

- Son sualım yerli futbolçuların özəllikləri ilə bağlıdı. Azərbaycanlı futbolçular daha çox nəyin üzərində çalışmalıdı, onların əsas nöqsanı nədi?
- Buna nöqsan demək bir qədər haqsızlıq olar. Fikrimcə, azərbaycanlı futbolçularının əsas problemi istəksizlikdi. Sözsüz, bunu bütün yerli futbolçulara aid etmək olmaz, amma bizim əksər futbolçular öz üzərində işləməyə çox da həvəs göstərmirlər, üzərlərində az işləyirlər. Bu məqam da onların inkişafının qarşısını alır, müəyyən məsələlərdə ləngiməyə səbəb olur. Futbolçularımız anlamalıdı ki, onlar nə qədər çox çalışsalar, o qədər də inkişaf edəcəklər, daha yaxşı görünəcəklər. Misal göstərə də bilərəm. “Şamaxı”da Cəlal Hüseynov, Rəhman Daşdəmirov, Rəşad Əzizli kimi futbolçular səhər tezdən oyanır, əlavə məşqlərini edirdilər. Axşam isə komandanın məşqlərinə qoşulurdular. Mövsüm bitəndən sonra həmin futbolçular daha iddialı klublardan dəvət alırlar ki, o da onların öz əziyyətlərinin bəhrəsini gormələri anlamına gəlir.

İLKİN SULTANLI

Vüqar Əsgərli: “Azərbaycanlı futbolçularının əsas problemi...”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Aktual / 1-ci liqa

17-06-2023, 23:0

Vüqar Əsgərli yeni heyət formalaşdırır - AÇIQLAMA

Ölkə futbolu / Manşet

11-06-2023, 11:0

Vüqar Əsgərli "Şamaxı"dan ayrılıb? - AÇIQLAMA

Layihə / Manşet

30-10-2022, 23:0

“Artıq 17 yaşımda “Kəpəz”in əsas heyətinə düşmüşdüm” - LAYİHƏ

Premyer-liqa / Manşet

9-03-2023, 14:0

Vüqar Əsgərli: “ Çempionat başlamamış verilən informasiya belə idi ki...”

Premyer-liqa / Manşet

31-01-2023, 18:0

Vüqar Əsgərli: "Planlaşdırdığımızdan daha yaxşı yerdəyik"

Ölkə futbolu / Layihə / Manşet

16-04-2023, 23:0

Cavid Hüseynov: “İşimizin nəticəsi onda olacaq ki, milliyə futbolçu verək” - LAYİHƏ

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 419
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə