• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mən futbola uşaqlığımı qurban vermişəm” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

19-11-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Budəfəki müsahibimiz də “Şamaxı”nın gənc üzvlərindəndi. Maraqlıdı ki, ötən yazılarımızın birinin qəhrəmanı olmuş Abbas Ağazadə kimi, o da Tovuz futbolunun yetirməsidi. Hazırda “Şamaxı”nın şərəfini qoruyan Elşad Tağıyev 1-ci liqanın ən məhsuldar futbolçusudu. Bu mövsüm keçirilən 8 tur ərzində rəqiblərin qapı torunu səkkiz dəfə silkələməyi bacaran Elşad “Şamaxı”nın uğurlarında böyük pay sahibidi.

- Elşad, hər kəsin futbola gəlişinin öz tarixçəsi var. Kimisi uşaq vaxtında bu oyunun sehrinə düşür, başqa birinin futbola gəlişində ailənin ənənələri rol oynayır. Bəs sənin futbola gəlişin necə oldu? İlk müəllimini və klubunu necə xatırlayırsan?
- Mən futbola 8 yaşında Tovuzda başlamışam. “Turan”ın uşaq komandaları mənim üçün ilk məktəb olub. Şübhəsiz, bir çox tovuzlu futbolçu üçün tarixçə belə başlayıb. İlk müəllimim də Vəkil müəllim olub. Əlbəttə, futbol, ilk məşqlər ilə bağlı çox yaxşı xatirələrim var. Futbola çox böyük həvəsim var idi, səkkiz yaşımdan ilk addımları atmağa başladım. Bu işdə mənə həmişə ailəm dəstək verib. Vəkil məllim də ilk günlərdən bizə futbolun sirlərini öyrədir, böyük dəstək verirdi. Orda öyrəndiklərim məni bura kimi gəlməyimdə çox böyük pay sahibi olub. Hər bir futbolçu kimi mən də böyük komandalarda və sözsüz, əsas millidə oynamaq istəmişəm. Bu arzularla yaşayıram, çalışıram. Addım-addım da məqsədimə doğru gedirəm. Bundan sonra da məqsədimə nail olmaq üçün əlimdən gələni edəcəm.

- Tovuzda futbol yolunda ilk addımlarını atdığını dedin. Karyeranın sonrakı axarı necə oldu? “Şamaxı”ya gəlişin necə alındı?
- Mən ötən mövsüm “Neftçi”nin ikinci komandasında oynayırdım. Bilirsiz ki, “Neftçi” Azərbaycanın ən qocaman klubudu, onun formasını geymək böyük şərəfdi. Eyni zamanda da orda şans qazanmaq, heyətə düşmək bir qədər çətin olur. Bütün bu reallıqları mən də nəzərə alıram. Mənim məqsədim daha çox şans qazanmaq, oyun təcrübəmi artırmaqdı. Ona görə də bir müddət “Neftçi”də oynayandan sonra bu komanda ilə yollarımız ayrıldı. Amma indi də “Neftçi” mənim üçün doğma klubdu, bu klubla bağlı çox yaxşı xatirələr yaddaşımda qalıb. “Neftçi”dən ayrılandan sonra bir çox yerdən təklif aldım. Lakin bu təkliflər arasında 1-ci liqada çempionluğa iddialı “Şamaxı”nı seçdim və bura keçmək qərarına gəldim. Seçimimə görə peşman deyiləm. “Şamaxı”da hər cür şərait var. Əla məşqçilər korpusuna, yaxşı baş məşqçiyə, səviyyəli heyətə sahibik. Ümumiyyətlə, “Şamaxı” çox keyfiyyətli komandadı. Burda olmaq mənə çox xoşdu. İnanıram ki, “Şamaxı” ilə çempion olub, premyer-liqaya yüksəlməyi bacaracağıq.

“Mən futbola uşaqlığımı qurban vermişəm”


- “Şamaxı” 1-ci liqada çıxış edir. Liqanın səviyyəsi səni qane edirmi? Komandanın qarşısında hansı hədəflər dayanır?
- Əlbəttə, bizim məqsədimiz premyer-liqaya yüksəlməkdi. Bunun üçün hamılıqla var gücümüzlə çalışırıq. İstəyirik ki, premyer-liqaya yüksələk, orda özümüzü sübut edək. Amma bütün bunlar gələcəyin işidi. Düzdü, hələlik istədiyimiz mövqedə deyilik. Lakin qarşıya qoyulmuş məqsdə çatmaq üçün hamılıqla çalışırıq. Məşqlərdə çox həvəslə məşq edirik, oyunlarda meydanda can qoyuruq. Futbolçular və məşqçilər korpusu inanır ki, qarşıya qoyulan məqsədə, hədəflərə çatacaq.

- Bəs sən özünü premyer-liqada oynamağa hazır sayırsanmı? Ümumiyyətlə, necə düşünürsən, elita ilə 1-ci liqa arasında səviyyə fərqi böyükdümü?
- Bəli, mən özümü premyer-liqada oynamağa hazır sayıram. Hətta elita təcrübəm də var. İlk dəfə “Səbail”in heyətində “Qəbələ”yə qarşı oyunda debüt eləmişəm. “Neftçi”yə böyük ümidlərlə getmişdim, amma təəssüf ki, orda premyer-liqada oynamaq üçün şans qazana bilmədim. Ordan ayrılandan sonra belə şansım olmayıb. Belə deyim, hələ də layiq olduğumu ala bilməmişəm. Ruhdan düşmürəm, bunun uçun əlimdən gələni edirəm, məşqlərdə səylə çalışıram. Bu iki çempionat arasında fərq var, onu danmaq olmaz. Səviyyə fərqi olsa da, mən orda oynamağı özüm üçün çətin hesab etmirəm.

- Hələ gənc olsan da, müəyyən bir yol keçmisən. Bu yolda çətinliklərlə də qarşılaşmısan. Onlardan hansıları bizimlə bölüşərdin? Olubmu ki, futbol üçün nələrdənsə imtina etmisən?
- Təbii ki, olub. 12 yaşımdan ailədən uzaq düşmüşəm, bu mənə çox çətinlik yaradıb. Bu məsələdə psixoloji çətinliklər də var. Təsəvvür edin, 12 yaşın var və birdən-birə ailədən ayrılırsan, tanımadığın adamlarla bir yerdə yaşamağa başlayırsan. Onlara bir yerdə yatırsan, bir yerdə yemək yeyirsən. Bütün bunlara uyğunlaşmaq üçün çox çətinlik çəkdim. Belə deyim, futbola uşaqlığımı qurban vermişəm. Mən “Qəbələ” Futbol Akademyasında böyümüşəm desəm, düzgün olar. 12 yaşımdan 16 yaşına kimi orda oyandım, çox çempionluqlar yaşadım. Bir çox ölkələr gəzdim, “Qəbələ”nin mənim üzərimdə çox əməyi var.

- Bəli, heç şübhəsiz, peşəkar idman insanı bir çox çətinliklərlə üz-üzə qoyur. Son sualım təhsillə bağlıdı. Necə düşünürsən, futbol təhsil almağa mane olurmu?
- Xeyr, futbol təhsil almağa mane olmur. Düzdü, mən özüm 9-cu sinifdən çıxmışam, amma bu mənim özümlə bağlı olan məsələdi. Mənim dərsə həvəsim olmadı. Mənim tanıdıqlarım arasında həm futbolla məşğul olan, həm də ali təhsil alanlar yetərincədi. Bir reallıq var ki, futbolla ali təhsili bir yerdə yürütmək çətindi.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

5-11-2023, 23:0

Abbas Ağazadə: “Futbol məni ailədən uzaq salıb” - LAYİHƏ

Aktual / Ölkə futbolu

6-07-2023, 13:0

Vüqar Əsgərli “Şamaxı”nı gücləndirir - AÇIQLAMA

Premyer-liqa / Layihə / Manşet

20-11-2022, 23:0

“Atamın “İstiqlal”dakı oyunlarını izlədikcə futbola marağım artırdı” – LAYİHƏ

Layihə

18-09-2022, 23:0

“Futbola gəlişimin səbəbkarı dayımdı” – LAYİHƏ

Layihə

2-10-2022, 23:0

Vurğun Hüseynov: “Tovuz əsl futbol bölgəsidi” - LAYİHƏ

Layihə / Manşet

25-09-2022, 23:0

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

Aktual
“Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Son xəbərlər
  • Bu gün, 18:57
    “Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
  • Bu gün, 18:04
    “Sabah” “Gəncə”ni məğlub etdi
  • Bu gün, 18:02
    "Sumqayıt" qalib gəldi, "Qəbələ" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR
  • Bu gün, 17:57
    "Qəbələ" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ
  • Bu gün, 17:24
    "Qarabağ" və "Neftçi" birgə bəyanat yaydı
  • Bu gün, 16:33
    Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
  • Bu gün, 16:01
    Yeni mövsümdən İspaniyada işləyə bilər
  • Bu gün, 15:30
    "İmişli" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Bu gün, 15:01
    ''Barsa'' və ''Siti''nin sabiq ulduzu ''Qalatasaray''ı ziyarət etdi
  • Bu gün, 14:18
    “Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
  • Bu gün, 14:06
    “...elə komanda olacaq ki, bütün ölkə onunla fəxr edəcək” – Ruy Jorje
  • Bu gün, 13:43
    "Neftçi" - "Qarabağ" matçına nə qədər bilet satılıb?
  • Bu gün, 13:26
    PSJ-yə kömək edə bilməyəcək
  • Bu gün, 12:55
    “Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
  • Bu gün, 12:14
    “Final görüşünün Azərbaycanda keçirilməsini istəyirik” - Sərxan Hacıyev qarşıdakı dünya çempionatı haqda
  • Bu gün, 11:54
    Ulduz futbolçu klubu ilə anlaşdı
  • Bu gün, 11:23
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 11:13
    Azərbaycan derbisi Rəhim Həsənovun ifşa etdiyi referiyə tapşırılacaq?
  • Bu gün, 10:52
    ''Trabzonspor''un zədəli müdafiəçisi geri dönmək əvəzinə əməliyyat olunacaq
  • Bu gün, 10:31
    Klubu ona qiymət qoydu
  • Bu gün, 10:00
    ''Sivasspor'' və ''Beşiktaş''da oynamış sabiq nigeriyalı futbolçu dünyasını dəyişdi
  • Bu gün, 00:07
    Arda Gülər dünya çempionatında iştirak edə biləcəkmi?
  • Dünən, 23:26
    Milli komandada yeni təyinat
  • Dünən, 22:55
    Uğur qazandı, ən yaxşı məşqçi seçildi
  • Dünən, 22:24
    Haci yenidən yığmanın başına keçdi
  • Dünən, 21:53
    Çoxları gedəcək, amma Rüdiger qalacaq
  • Dünən, 21:24
    Jalə Əliyeva bürünc medal qazandı
  • Dünən, 21:22
    Ronaldodan növbəti qol
  • Dünən, 20:50
    Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
  • Dünən, 20:37
    “Real Sosyedad” 39 il sonra yenə “Atletiko”nu finalda məğlub etdi - İCMAL
  • Dünən, 20:04
    Güləşçimiz finalda!
  • Dünən, 19:50
    İlk təklifi geri çevirdi
  • Dünən, 19:39
    “Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
  • Dünən, 19:08
    AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
  • Dünən, 18:56
    “Koventri” 25 ildən və 9099 gündən sonra elitada! - ŞƏRH
Daha çox
Oxunub: 643
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 237
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 182
Arzuolunmaz kürəkən... – REPLİKA
Oxunub: 175
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Oxunub: 167
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə