• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Polad Həsənov: “Azərbaycanda basketbola maraq hazırda yüksək səviyyədədi” - LAYİHƏ

İdman / Layihə / Manşet

16-07-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Son illər Azərbaycan basketbolunda dirçəliş hiss olunur. Başa çatan mövsümdə ölkə çempionatı yüksək rəqabət şəraitində keçdi, əcnəbilərlə yanaşı, yerli idmançılar da özlərini yaxşı tərəfdən göstərə bildilər. Deməli, gələcəyə ümidlə baxmaq üçün əsaslar var. Biz də bu mövzuda gənc mütəxəssis Polad Həsənovla söhbətləşdik.

Polad Həsənov: “Azərbaycanda basketbola maraq hazırda yüksək səviyyədədi”


- Polad bəy, istərdim ki, sizi oxucularımıza daha yaxından tanıdaq. Basketbolda ilk addımlarınızı necə atdız, ilk məşqçinizi necə xatırlayırsız? Sizə bu idman növünü sevdirən nə oldu?
- Əvvəlcə sizə minnətdarlıq edirəm ki, basketbola diqqət ayırırsız, bu idman növünü işıqlandırırsız. Əminəm ki, belə təbliğat basketbolun Azərbaycanda daha çox sevilməsinə, inkişafına təkan verəcək. Mənim basketbola gəlişim bir qədər təsadüfi alındı. Buna qədər karate ilə məşğul idim, bu döyüş növünə həvəsim var idi. Sonra elə oldu ki, karate məşqlərini keçdiyimiz yerdə bu məşqlər dayandırıldı. Dostum mənə dedi ki, məktəbimizdə basketbol məşqləri başlayır, biz də gedək, o məşqlərə baxaq. Elə ilk baxışdan bizdə maraq yarandı, qərar verdik ki, məşqlərə qatılaq. İlk məşqçimiz də Elxan Ağayeviç oldu, ondan bu idman növünün sirlərini, atışları öyrənməyə başladıq. Bizə böyük dəstək oldu, indiyə kimi dəstək olur, məsləhətlərini verir. Bu oyunda məni ən çox cəlb edən, basketbolu sevdirən komanda oyunu, kollektivin birgə hərəkət etməsi və birgə mübarizə aparmasıdı. Basketbol intellektual oyundu. Basketbolla məşğul olan adamda mübarizə əzmi yüksəlir, həm də sürət və cəldlik artır. Eyni zamanda ağılla hərəkət etməlisən, düşünüb qərar verməlisən. Bu xüsusiyyətlərə görə basketbol məni özünə cəlb etdi.



- Bəs məşqçiliyə başlamağa necə qərar verdiz?
- Çox təəssüf ki, zədə səbəbindən karyeramı erkən bitirdim. Buna səbəb də milli komandanın düşərgəsində olarkən aldığım zədə oldu. Dizimdən ağır zədə aldım. Belədə peşəkar basketbolçu həyatına son qoymalı oldum. Amma basketbola olan sevgim, bu oyunla nəfəs almağım məni idman zalınddan uzaqlaşmağa qoymadı. Qərar verdim ki, məşqçiliyə başlayım. İlk addımlarımı məşqçiliyə belə atdım. Yavaş-yavaş öyrənməyə, bilik və bacarığımı artırmağa davam edirəm.

- Bir qədər də indiki gənc basketbolçulardan danışaq. Bizim gənc basketbolçuların səviyyəsi, potensialı hansı səviyyədədi?
- Əminliklə deyirəm ki, yetərincə istedadlı, səviyyəli gənc basketbolçularımız var. Onlar məşqlərə həvəslə qatılır, bu oyunu sevirlər, səylə çalışırlar. Hazırda U-16, U-18 yaş qrupları üzrə komandalarımız var, idmançılarımız orda məşq edirlərlər. Bu komandalarımız C divizionunda yarışlara qatılacaqlar. U-20 komandamız isə Avropa səviyyəli yarışlara B divizionundan qatılacaq. U-18 və U-20 yığmasında oynayan basketbolçular kişilərdən ibarət komandaların heyətində Azərbaycan Superliqasında çıxış edirlər. U-16 komandasının üzvlərinə isə gələcək kimi baxırıq. Onlar iki ildən sonra Superliqa komandalarında oynayacaqlar.



- Ümumiyyətlə, bizdə basketbola maraq hansı səviyyədədi? Yeniyetmə və gənclərin basketbola və məşqlərə olan marağı sizi qane edirmi?
- Həqiqətən də maraq səviyyəsində böyük irəliləyiş var. Əvvəllər gənclərimizin 20-30 faizi basketbolla maraqlanırdısa, indi bu maraq dərəcəsi 60-70 faizlə ölçülə bilər. Bu temp də artan xətlə davam edir. Bunun səbəbi də federasiya rəhbərliyində olan dəyişiklikdi. Superliqa oyunları yüksək səviyyədə keçirilir, televiziya ilə yayınlanır. Bu da gənclərin marağının artmasına səbəb olur. Gənclərin hazırkı marağının səviyyəsi və səviyyənin zamanla daha yüksəlməsi məni qane edir. Ümumiyyətlə, hazırda bizim basketbolda böyük canlanma yaşanır. Uşaqlar belə superliqa, yaxşı hazırlaşan milli komanda görəndə onlar da basketbolla yaxından maraqlanmağa, basketbolçu olmağa can atır. Onlar da çalışırlar ki, gələcəkdə peşəkar basketbolçuya çevrilsinlər, milli komandalarda və peşəkar klublarda oynasınlar. Bu tendensiya da gələcəyə ümidlə baxmağa əsas verir.



- Son sualım idman və təhsillə bağlıdı. Bu iki amil bir-birinə mane olurmu? Təhsil idmançıların həyatında nə dərəcədə önəmlidi?
- Şəxsən mən düşünürəm ki, idmanla təhsil bir-birinə mane olmur. Əksinə, mən düşünürəm ki, hər bir idmançı təhsilinə davam etməli, savad almalıdı. Çünki oxuyan, təhsilli olan idmançının İQ səviyyəsi də yüksək olur. Belədə onun komandada iştirakı, düzgün qərar vermək bacarığı da xeyli asanlaşır. Çünki həmin idmançı yaxşı düşünə bilir, meydandaki vəziyyəti qiymətləndirir, taktiki və texniki tapşırıqları düzgün yerinə yetirir. Düşünürəm ki, zamanla şərait daha da yaxşılaşacaq, idmanla təhsil bir-biri ilə daha asan uzlaşacaq. Belədə idmançının həm məşq etmək, həm də təhsil almaq imkanları artacaq.

İLKİN SULTANLI




Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman / Layihə / Manşet

1-01-2023, 23:0

Tahir Baxşıyev: “Builki çempionat indiyə qədər keçirilənlər arasında ən güclüsüdü” - LAYİHƏ

Layihə / Manşet

9-07-2023, 23:0

“Gəncədə hər üç evdən birində güləşlə məşğul olan var” - LAYİHƏ

İdman / Layihə / Manşet

19-03-2023, 23:0

Gənc basketbolçunun atası: “Muradın ən böyük arzusu MBA-da oynamaqdı” - LAYİHƏ

İdman / Layihə / Manşet

21-05-2023, 23:0

Şəhriyar Əsgərov: “Ən böyük problem Azərbaycanda basketbolun lazımlı idman növü kimi təbliğ olunmamasıdı” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

4-06-2023, 23:0

Kəmalə İbadullayeva: “İndi valideynlər özləri qızlarını futbola yazdırırlar” - LAYİHƏ

İdman / Layihə / Manşet

15-01-2023, 23:0

Amil Həmzəyev: “İdmanla təhsil bir araya sığmır” fikri bizə sovetdən miras qalıb” – LAYİHƏ

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 18:45
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 294
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 176
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə