• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”nin məşqçisi: “Bizim üçün nəticə yetişdirdiyimiz futbolçulardı” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

2-04-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir. Qısa fasilədən sonra diqqətlərimizi yenidən futbola yönəltmişik. Müsahibimiz “Neftçi”nin U-8 və U-10 komandasında çalışan, uşaqlara futbolun sirlərini öyrədən Xalid Bayramovdu.

- Xalid bəy, futbola gəlişiniz necə oldu? İlk məşqçinizi və komandanızı necə xatırlayırsız?
- Hamı kimi mənim də futbola həvəsim uşaqlıqdan yaranıb. 6-7 yaşımdan topun arxasınca qaçmağa başlamışam. Bu həvəsimi də valideynlərimə bildirdim. Biz gözümüzü açandan “Neftçi” tanımışıq, ona görə də məhz bu komandada futbolla məşğul olmağa qərar verdik. “Neftçi”nin seleksiya məşqlərindən uğurla keçdim. Beləcə futbolda ilk addımlarımı “Neftçi”də atdım. İlk məşqçim də Ramil Həbibov idi. Çox gözəl xatırlayıram. Səbirlə, təmkinlə bizə yanaşırdı, suallarımızı cavablayırdı. Baxmayaraq ki, özü də xeyli gənc idi.

“Neftçi”nin məşqçisi: “Bizim üçün nəticə yetişdirdiyimiz futbolçulardı”


- Futbolçu kimi hansı komandalarda oynamısız? Futbolçuluqdan məşqçiliyə keçid necə alındı?
- Mənim futbolçu karyeram bütünlüklə “Neftçi”ə bağlı olub. Təəssüf ki, zədə səbəbindən cəmi 17 yaşımda karyeramı bitirməli oldum. Belimdə və ayağımda ciddi zədələr meydana gəldi. Bu zədələr məni futbolla vidalaşmağa məcbur etdi. Oynadığım dövrdə öz yaş qruplarımızda mükafatçılar sırasına düşürdük, sabit şəkildə Azərbaycan çempionu adını qazanırdıq. Məşqçiliyə də futbola olan sevgimə görə gəldim. Hərbi xidmətdən sonra AFFA-nın təşkil etdiyi kurslara qatıldım. Lazımi kateqoriyalara yiyələndim. Beləcə də məşqçilik karyeram başladı. Futbolçu kimi futbolda qazana bilmədiyim uğurları məşqçi kimi qazanmağı hədəfləmişəm.

- Bir az da indiki işinizdən danışaq. Hazırda “Neftçi”də çalışırsız. Uşaqların hazırlıq səviyyəsi, marağı sizi qane edirmi?

- Hazırda “Neftçi”nin iki yaş qrupunda çalışıram - U-8 və U-10 komandası. Uşaqların hazırlıq səviyyəsi və marağı haqda onu deyə bilərəm ki, məni qane edir. Səkkiz yaşlı uşaq belə “Neftçi”nin akademiyasına gəlibsə, özünü peşəkar kimi aparır. Futbola məsuliyyətlə yanaşırlar, başa düşürlər ki, gələcəkdə böyük futbolçu olmaq istəyirlərsə, məşqlərə ciddi yanaşmalı, qaydalara əməl etməlidilər. Valideynlər də bu işdə övladlarına dəstək olurlar. Onlarla ortaq maraqlarımız eynidi. Çalışırıq ki, uşaqları əsl futbolçu kimi yetişdirək, “Neftçi”nin əsas komandasına təhvil verək.



- “Neftçi” akademiyasında işlər necə qurulub? Komandanızın nəticələrini necə qiymətləndirirsiz?

- Akademiyamız struktur olaraq çox peşəkar şəkildə idarə olunur. Elşad Əhmədovla Cemal Bülbül bu idarəçiliyə rəhbərlik edirlər. Lazım olan şərait yaradılıb, bütün xırdalıqlar nəzərə alınıb. Rəhbərlik tərəfindən bütün şərait yaradılıb. Topumuz, meydançalarımız, geyim dəstləri - hər şey yerli-yerindədi. O ki qaldı nəticələrə, bizdə nəticələrə hesab, qollar, turnir cədvəli baxımından yanaşılmır. Buna fokuslanmamışıq. Bizdə illik planlar var, hər həftə bunu qeyd edirik. Uşaqlar neçə məşqə çıxıb, nəyin üzərində işləyiblər. Məşqlərin nəticəsində uşaqlardan hansı geridönüş almışıq. Bizim üçün əsas nəticə budu. Təbii ki, hər uşağın öz potensialı var. Biz də bu potensiala uyğun uşaqlara yanaşırıq. Akademiyamızda U-8 komandasından başlayaraq əsas məqsəd uşaqların inkişafıdı. Nə qədər uşaq yetişdirib yuxarı komandalara verə bliriksə, bizim uğurumuz budu. Bu sıraya U-19 komandamızı əlavə etmədim, çünki U-19-un üzvləri artıq peşəkarlaşmağa doğru gedirlər. Ondan sonra əvəzedicilər və əsas komanda gəlir. U-19 üçün Çempionlar Liqasına qatılmaq hədəfi də var.



- Son sualım idman və təhsil ilə bağlıdı. Sizcə, bunların ikisini eyni anda inkişaf etdirmək mümkündümü? Bunun üçün valideynlər, uşaqlar və klublar nə etməlidilər?
- İdmanla təhsil ətlə dırnaq kimidi. Bunu metafora ilə izah edə bilərəm. Bizim akademiyamızın da fəlsəfəsi budu. Biz futbolçudan əlavə cəmiyyət üçün keyfiyyətli insan formalaşdırmalı, onu cəmiyyət üçün yetişdirməliyik. Biz bu işlə məşğuluq. İdmançıdan da əlavə keyfiyyətli insan yetişdirməliyik. Buna görə də idmanla təhsil bir-birindən ayrı düşə bilməz. İclaslarımızda da daim bunu vurğulayırıq. Savadsız futbolçunun əsas komandaya yüksəlməsi qeyri-mümkündü. Müəyyən uşaqlar var ki, görürük meydanda hansısa xüsusiyyətinə görə “axsayır”. Valideynlərlə də söhbət edirik, onların da diqqətini bu məsələyə yönəldirik. Bu uşağın təhsili ilə bağlıdı. Uşağı maarifləndirmək lazımdı. Fərdi söhbətlər edirik, onların idrak səviyyəsini yüksəltməyə çalışırıq. Savadlı futbolçunu daha keyfiyyətlə yetişdirmək mümkündü.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

30-10-2022, 23:0

“Artıq 17 yaşımda “Kəpəz”in əsas heyətinə düşmüşdüm” - LAYİHƏ

Layihə

18-09-2022, 23:0

“Futbola gəlişimin səbəbkarı dayımdı” – LAYİHƏ

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

Layihə

9-10-2022, 23:0

“Futbolçu kimi az oynasam da, ürəyim yaşıl meydanda qalmışdı” – LAYİHƏ

Layihə / Manşet

25-09-2022, 23:0

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 423
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə