• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

Layihə / Manşet

19-06-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bir müddət əvvəl gənc mütəxəssislər Mehdi İbrahimov və Elvin Həmidov ilə söhbətimizdə qadın futbolunun problemlərindən, eləcə də inkişaf perspektivlərindən danışmışdıq. Budəfəki müsahibimiz isə futbolçudu. Azərbaycanın qadınlardan ibarət yığmasının üzvü Milana Rəhimovayla söhbətdə bir çox maraqlı məqama toxunduq.

- Milana, əvvəlcə özünüz haqda məlumat verərdiz. Futbolda ilk addımlarınızı necə atdız? İlk məşqçiniz və klubunuz hansı olub?

- Yeddi ildi futbolla məşğul oluram. Hazırda “Təhsil” komandasının və Azərbaycan millisinin üzvüyəm. 2015-ci ildə ilk məşqlərimə “Vətən” klubunda başlamışam. Elə ik peşəkar addımlarımı da “Vətən”də atmışam. Hələ uşaqlıqdan futbola böyük marağım olub. Futbol mənim üçün uşaqlıq sevgisi olub. Həmyaşıdlarım oyuncaqlarla oynayanda mən məhlədə oğlanlarla futbol oynayırdım. Bunu evdəkilər də bilirdi. Ailəm futbolla məşğul olmağıma razı deyidi. Xüsusən də anam narazı idi. Mən isə heç nəyə fikir vermədim, məşqlərimə davam etdim. “Vətən” futbol məktəbi də evimizə yaxın yerləşirdi. Orda futbol oynayan oğlanları, qızları görüb daha da həvəslənirdim. Beləcə orda məşqlərə başladım.

- Özünüz də bilirsiz ki, futbolla məşğul olmaq istəyən xanımların qarşısında müəyyən əngəllər olur. Bəs siz hansı çətinliklərlə qarşılaşdız? Onları necə adladız?

- Yaşım az olsa da, futbolda çox çətinlik çəkmişəm. Ağır məşqlərdən sonra yorulmuşam, stress keçirmişəm. Bunlar hamısı bir sınaqdı. Heç də hamı bu sınaqlara dözməyi bacarmır. Ən çətin günlərim isə zədələnədə oldu. Dizimdən ağır zədə almışdım. Psixoloji baxımdan da mənə təsir göstərmişdi. Bunlara dözmək üçün həm xarakterə, həm də zamana ehtiyacım oldu. Bir müddət futboldan da uzaq düşmüşdüm. Şükürlər olsun ki, sonradan futbola qayıda bildim. İndiyə qədər ən çətin günlərim də məhz həmin zədəli vaxtlarım idi. Futbolçu üçün yorğunluqdan, stressdən və həyəcandan da daha çətini zədədi. İnsan zədəli olanda onun xaraktercə möhkəm olması, güc toplaması da çox çətin başa gəlir.

- Heç şübhəsiz, indi də futbolla məşğul olmağı arzulayan, amma buna imkanı olmayan qızlar var. Onlara nə məsləhət görərdiz?

- Futbol və ya başqa bir idman növü ilə məşğul olmaq istəyən xanımlara deyərdim ki, arzuların arxasınca germək lazımdı. İnsan arzularıyla nəfəs almalı, onlarla ucalmalıdı. Kimsə əziyyət çəkəndə onun zəhməti yerdə qalmır, bəhrəsini mütləq görürsən. Özü də təkcə futbolda belə deyil. Başqa sahələrdə də xanımlar üçün əngəllər olur. Amma bu çətinliklər bizi daha da möhkəm edir, xarakterimizi gücləndirir. İstənilən çətinliyin öhdəsindən gəlmək mümkündü. Əsas odu ki, bir şeyi çox istəyəsən. Bizim qızlarımız hər şeyi bacararlar. Qızlarımız özlərinə inanmalıdılar. “Qız hara, futbol hara” tipli qınaqlarla üzləşəndə belə onu deyənlərə qulaq asmamaq lazımdı. İnsan inanmalıdı ki, hər şeyin ən yaxşısını etməyə qadirdi. İnsan öz hədəfinə doğru getməlidi. Əsas odu ki, qızlarımız özlərinə mane olmasınlar. Həvəsdən düşməmək, kənarda deyilənlərlə fikir verməmək lazımdı. Bizə dəstək olanlarla bizi həvəsdən salanlara da rast gəlirik. Bəzi insanlar qızların futbolla məşğul olmasına yaxşı baxmırlar. Amma bu, yanlış düşüncədi. İnanıram ki, zamanla bu düşüncələri də dəyişə biləcəyik.

- Azərbaycan mentallığının sərt tələbləri var. Bu tələblər də xanımları müəyyən yaşdan sonra idmandan ayırıb, evə doğru çəkir. Siz necə, karyeranızı davam etdirmək üçün fədakarlığa hazırsızmı?

- Doğru vurğuladız. Həqiqətən də bizim mentallığın tələbləri xeyli sərtdi. Mən başqalarını qınaya bilmərəm. Çünki hər kəsin öz fikri var. Və buna uyğun da insanlar qərar verir, seçimlərini edirlər. Özümə gəlincə, hələ ki kayeramı davam etdirməyi düşünürəm. Məqsədim budu. Fədakarlıq etmək tələb olunursa, bunu da gözə almışam və fədakarlıq etməyə hazıram. Hətta gələcəkdə karyeramı bitirəsi olsam belə, futboldan uzaq qalacağımı düşünmürəm. Futbolun içində olacağıma əminəm. Həyatımı bu sahəyə bağlamışam.

- Futbolumuzda hansı problemlərlə qarşılaşdıqda daha çox narahat olursuz və onların həlli yollarını necə görürsüz?

- Bir futbolçu kimi məni ən çox narahat edən zədə problemidi. Çünki zədələnəndə komandadan ayrı düşürsən, yoldaşlarına kömək edə bilmirsən. Məni həmişə narahat edən əsas problem budu. İstərdim ki, meydançalar yaxşı vəziyyətdə olsun, futbolçular da sərt oyuna yol verməsinlər. Belədə zədələrdən də uzaq qaçmaq alar, heç kim sevimli futboldan və komandasından uzaq düşməz.

İLKİN SULTANLI

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Layihə / Manşet

3-04-2022, 23:0

“Məşq etmək, futbol oynamaq üçün stadiona kilometrlərlə yolu piyada gedirdim” – LAYİHƏ

Layihə

8-05-2022, 23:0

Çempion komandanın baş məşqçisi: “Bizim komandaların Çempionlar Liqasında çıxışı bu səbəbdən mümkün deyil” - LAYİHƏ

Ölkə futbolu / Layihə

10-04-2022, 23:0

Nuqzar Kvirtiya: “Gürcü uşaqlar futbola Avropada oynamaq arzusuyla gəlirlər” - LAYİHƏ

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • 27-07-2026, 21:0
    İngiltərə futbolunda böyük itki
  • 27-07-2026, 20:0
    "İmişli" anqolalı oyunçu transfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 110
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 108
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə