• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Artıq 17 yaşımda “Kəpəz”in əsas heyətinə düşmüşdüm” - LAYİHƏ

Layihə / Manşet

30-10-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Layihəmizin növbəti qonağı Xəyal Zeynalovdu. Gənc yaşlarından “Kəpəz”in heyətində çıxış etməyə başlayan həmsöhbətimiz hazırda “Sabah” Futbol Akademiyasında öz bilik və təcrübəsini azyaşlılar ilə paylaşır, onlara yaxşı qapıçı olmağın sirlərini öyrədir. Onunla söhbət əsasında hazırladığımız müsahibəni təqdim edirik.

- Xəyal, bəy futbola gəlişiniz necə oldu? İlk məşqçinizi necə xatırlayırsız? Sizin istedadınızı kimsə görüb sizi məşqlərə apardı, ya öz istəyinizlə futbol məşqlərinə yollandız?
- Məni futbola gətirən bu oyuna olan sevgimdi. Uşaqlıqdan futbola böyük marağım var idi, tez-tez futbol oynayırdım, tanınmışların adlarını əzbərləyir, çıxışlarını izləyirdim. Özümü onlara bənzətməyə çalışırdım. Gəncədə böyümüşəm və özümü Gəncə futbolunun yetirməsi sayıram. Elə məşqlərə də doğma şəhərdə başladım. İlk məşqçim Fuad İsmayılov idi. Bizim məşq etdiyimiz uşaq komandaları “Kəpəz”in nəzdində idi. Elə mən də “Kəpəz”in müxtəlif uşaq komandalarının heyətində çıxış etmişəm. Ondan sonra əvəzedici komandaya cəlb olundum. Bir müddət də orda çıxış etdim. Artıq 17 yaşımda “Kəpəz”in əsas komandasına dəvət aldım. Futbolçu karyeramın ən unudulmaz günləri idi. Mənim üçün hər şey elə “Kəpəz”in əsas komandasında çıxış etməkdən başladı. Karyeramın əsas hissəsi də elə Gəncə futbolu və “Kəpəz” ilə bağlıdı. Müəyyən vaxtlarda “Qəbələ”də və AZAL-da oynamışam.

- Bəs məhz qapıçı olmağa necə qərar verdiz?
- Yox, birdən-birə qapıçı olmağa qərar vermədim. Əvvəlcə meydan oyunçusu idim. Meydanın müxtəlif nöqtələrində oynadım, məşqçilər məni fərqli yerlərdə sınadı. Heç də pis alınmırdı. Sonra da gəlib qapıya çatdım və orda da qaldım. Qapıçı kimi özümü inkişaf etdirdim. Deyim ki, qapıçı olmaqdan çox xoşum gəlirdi və işimi sevirdim. Elə inkişaf etməyim də də bu sevginin rolu oldu.

“Artıq 17 yaşımda “Kəpəz”in əsas heyətinə düşmüşdüm”


- Yaxşı qapıçı olmaq istəyən şəxsdə hansı keyfiyyətlər olmalıdı?
- Ən əvvəl onu deyim ki, yaxşı qapıçı olmaq istəyən şəxs cəsarətli olmalıdı, mübarizədən çəkinməməlidi. Qorxaqlar qapıçı ola bilməzdlər. Bundan sonra başqa komponentlər gəlir. Qapıçının boyu uzun olmalıdı, eləcə də qolları. Çevik olmaq da əsas şərtlərdən biridi. Çünki çevik reaksiya göstərib, topun sürətinə çatmalı, zərbəni qarşılamalısan. Qapıçılar dözümlü olmalıdı. Çünki qapıçıların üzərində böyük təzyiq olur, bu təzyiqə qalib gəlmək lazımdı. Təzyiqlərə yenilən, sərt mübarizələrdən çəkinən, topa çevik reaksiya göstərə bilməyənlərdən yaxşı qapıçı ola bilməz.

- Məşqçiliyə keçidiniz necə alındı? Hazırda fəaliyyətinizi hansı klubda davam etdirirsiz?
- Karyeramı bitirdikdən sonra da futbolda qalmaq istədim, çünki futbolu çox sevirdim və burdan uzaqlaşa bilməzdim. Ona görə də AFFA tərəfindən keçirilən məşqçi kurslarına qatıldım. Bu kurslarda məşqçiliyin incəliklərini öyrənməyə başladım. Gəncədə gənc qapıçılar üçün “Qapıçılar klubu” yaratdıq. Bu klubu gənc həmkarım Tarıyel Hüseynovla birlikdə yaratmışdıq. Təəssüf ki, müəyyən səbəblərə görə bu məktəbi uzun müddət yaşada bilmədik. Amma yetirmələrimiz arasında müxtəlif klublara üz tutanlar oldu. Bir yetirməmiz Mehdi Həsənov “Sabah”ın akademiyasında U-15 komandasında çıxış edir. Fəalliyyətimiz qısa olsa da, müəyyən nəticələr qazandıq. Sonra Gəncədə fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzində idman müəllimi kimi çalışdım. Ardınca isə Bakıya köçməyə qərar verdim. Bakıda ilk iş yerim “Vətən” futbol məktəbi oldu. Burda məşqçi-müəllim kimi işə qəbul edildim. İndi də orda fəaliyyət göstərirəm. Artıq mənim üçün yeni bir səhifə açılıb. Ardıcıl çempionluqlar qazandıq, yaxşı qapıçılar yetişdirdik. Bu gün də öyrənirəm, kurslara qatılıram. Çalışıram ki, savadımı artırım.

- “Sabah” Futbol Akademiyasında işlər necə təşkil olunub?
- Bildiyiniz kimi, “Sabah” Futbol Akademiyası ilə “Vətən” Futbol Məktəbi arasında anlaşma var. Biz də hər iki yerdə çalışırıq. Əsas odu ki, burda işlər düzgün qurulub, şəffaf iş aparılıb. Biz öz bilik və bacarığımızı uşaqlara öyrədirik, gördüyümüz işin də nəticəsi var. Yeni layihələr icra edirik ki, əhatə dairəmiz genişlənsin, heç bir istedadlı uşaq diqqətimizdən kənarda qalmasın. Regionlarda qərb və cənub zonaları üzrə seleksiyaçı-müəllimlərimiz var. Müntəzəm seçimlər aparırıq, bu seçimlərdən uğurla çıxan uşaqlar Bakıdakı məşqlərimizə cəlb olunur. “Sabah” yeni yaranmış klub olsa da, bir çox uğurlu layihəyə imza atıb. Biz də çalışırıq ki, bu layihələrə töhfə verək, Azərbaycan futboluna faydamız dəysin.

- Hazırda futbolla məşğul olan yeniyetmələrin səviyyəsi, onların futbola marağı, məşqlərə yanaşması sizi razı salırmı?
- Hər dövrün tələbləri, o tələblərə uyğun da yetişən nəsil olur. Bizim dövr başqa idi, o zaman başqa tələblər var idi. Bu gün hər şey dəyişib, müasirləşib. Təəssüf ki, bizim zamanımızda olan uşaqlarla indikilər arasında böyük fərq var - təhsildən tutmuş idmana yanaşmaya qədər. Bizim dövrün uşaqlarında olan xarakteri indiki uşaqlarda formalaşdırmaq çətindi. Uşaqlığımızı çöllərdə futbol oynamaqla keçirmişik, indiki uşaqlar belə etmir. Sanki hər şey asanlaşıb, adiləşib. Ümid edirəm ki, onlara da futbolu sevdirməyi bacaracağıq. O zaman biz məşqçilər üçün də asan olacaq. Qoy qarşıdan gələn nəsillər indikilərdən yaxşı mənada fərqlənsin.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

25-09-2022, 23:0

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

Layihə

18-09-2022, 23:0

“Futbola gəlişimin səbəbkarı dayımdı” – LAYİHƏ

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

Layihə

9-10-2022, 23:0

“Futbolçu kimi az oynasam da, ürəyim yaşıl meydanda qalmışdı” – LAYİHƏ

Ölkə futbolu / Layihə

10-04-2022, 23:0

Nuqzar Kvirtiya: “Gürcü uşaqlar futbola Avropada oynamaq arzusuyla gəlirlər” - LAYİHƏ

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Dünən, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Dünən, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Dünən, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Dünən, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Dünən, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Dünən, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Dünən, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Dünən, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Dünən, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • 21-04-2026, 23:0
    Almeyda xəyanətlə üzləşib
  • 21-04-2026, 23:0
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • 21-04-2026, 23:0
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • 21-04-2026, 22:0
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • 21-04-2026, 22:0
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • 21-04-2026, 21:0
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
Daha çox
Oxunub: 597
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 267
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə