• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İlqar Hüseynov: “Mingəçevirli futbolçu “Zenit”də Azərbaycanı uğurla təmsil edir” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

18-06-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Qadın futboluna diqqət ayırmağa davam edirik. Ötən ay AFFA-nın təşkil etdiyi AFFA U-12 Qızlar Liqasının 2022/2023-cü illər mövsümünə yekun vuruldu. Mövsümün final qarşılaşmasında “Xırdalan Siti” və “Mingəçevir” komandaları üz-üzə gəldi. Oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələndi. Belədə penaltilər seriyasını daha dəqiq yerinə yetirən “Mingəçevir” komandası rəqibini 3:2 hesabı ilə məğlub edərək 2022/2023-cü illər AFFA U-12 Qızlar Liqasının qalibi oldu. Bu dəfəki müsahibimiz də “Mingəçevir” komandasının baş məşqçisi İlqar Hüseynovdu.

- İlqar müəllim, əvvəlcə sizi oxucularımıza yaxından tanıdaq. Məşqçilik fəaliyyətinə necə başladız? Mingəçevirdə qadın futbol komandası necə yarandı?
- Mən qürurla deyə bilərəm ki, Azərbaycanda ilk qadın futbol klubunun yaradıcısıyam. 1985-ci ildə respublikamızda ilk qadın futbol klubunu yaratmışam. Həmin vaxt SSRİ məkanında cəmi beş qadın komandası var idi, onlardan da biri Mingəçevirin “Kür” komandası idi. Bir müddət Mingəçevirdə bu sahədə durğunluq yaşandı. 2010-cu ildə qadın futbolunda canlanma yaşandı. Biz də həmin vaxt ənənələri bərpa etdik. Bu dəfə “Mingəçevir” adıyla yeni klubumuzu yaratdıq. Həmin komandanın baş məşqçisi mən idim. 2012-ci ildə Azərbaycanda qadınlar arasında dünya çempionatı keçirilirdi. Bizim komandanın qapıçısı yığma komandamızın heyətində oynayacaqdı. Təəssüflər olsun ki, bəzi problemlər yarandı, qapıçımız hazırlıqlarda sonadək iştirak edə bilmədi, dünya çempionatına hazır olmadı. İlk uğurumuz Azərbaycan çempionatında 4-cü yer tutmağımız oldu. İndiyə qədər də biz komandamızı yaşadırıq, çalışırıq ki, mingəçevirli qızlar futbolla məşğul olmaq imkanından məhrum olmasınlar.

İlqar Hüseynov: “Mingəçevirli futbolçu “Zenit”də Azərbaycanı uğurla təmsil edir”


- Az əvvəl milli məsələsinə toxunduz. İndi necə, milli komandalarda Mingəçevir futbolunun təmsilçisi olan qızlar yer alıbmı?
- Əlbəttə ki, olub. Nigar Mirzəliyeva, Nərgiz və Çoşqunə Əliyeva bacılarıdı. Heç də təsadüfi deyil ki, bizim yetirməmiz Nigar əvvəllər “Kazan” klubunda oynayırdı, ötən ildən Sankt-Peterburqun “Zenit” klubunun üzvüdü. Əliyeva bacıları isə Türkiyədə çıxış edirlər. U-17 millisinə namizəd sayılan Bəsti Rəhimova da bizim yetirməmizdi. Mehriban Şahməmmədova hal-hazırda U-19 millimizin üzvüdü. Biz bu mövsüm “Bahar” turnirində yaxşı nəticələr qazandı. O cümlədən də Azərbaycan çempionatında yaxşı mübarizə aparırıq.



- Yeri gəlmişkən, sizi U-12 Qızlar Liqasında qazandığınız çempionluq münasibətiylə təbrik edirəm. Çempionat necə keçdi? Rəqabətdən razı qaldızmı?
- Dəfələrlə 3-cü, 4-cü yerləri tutmuşduq. Fəaliyyətimizin, görülən işlərin nəticəsi uğur gətirməliydi. “Bahar” turnirinin qalibi olduq. Ondan sonra da U-12 liqasında Azərbaycan çempionu olduq. Həmin liqada oynayan komandamızın üzvlərindən 6 nəfər milliyə namizəd sayılır. Onların böyük gələcəyinə inanıram, qızlarımızla fəxr edirəm. Həmişə çalışıram ki, onlara futbolun sirlərini düzgün öyrədim. Çempionat yüksək səviyyədə keçdi, biz zonamızda qalib olduq və 1\8 finala yüksəldik. Bu mərhələdə İsmayıllı komandasına səfərdə 1:0, evdə isə 3:1 hesabıyla qalib gəldik. Növbəti rəqibimiz Xaçmaz təmsilçisi oldu. Səfərdə yenə minimal hesabla qələbəyə sevindi, evdə isə 3:1 hesablı qələbəyə sevindik. Çox yüksək səviyyədə oynadıq, qızlarımdan çox razı qaldım. Finallda “Xırdalan Siti” ilə qarşılaşdıq. Əsas vaxt 1:1 hesabıyla yekunlaşdı, penaltilərdə daha dəqiq olduq.



- Əyalətdə qadın futbol komandası yaradarkən hansı çətinliklərlə qarşılaşdız? Valideynlərin münasibəti necə oldu?
- Həddindən artıq çətinliklərlə qarşılaşmışıq. Menatilitet amili çox böyük rol oynayır. Bəzi insanlar deyir ki, qız nədi, futbol nədi, bizim mentalitetə uyğun deyil. Mən hesab edirəm ki, biz xarici ölkələrdən geri qalmamalıyıq, bizim qızlarımız da futbolla məşğul olmalıdı. Onları yetişdirməliyik ki, xaricdə bizim bayrağımızı yüksəklərə qaldırsınlar. Ümumiyyətlə götürəndə əyalətdə daha çətindi. Qızları futbola çox çətin buraxırlar. Mən axtarışlarımı davam etdirirəm, çalışıram ki, bacarıqlı qızları futbola cəlb edim, onları üzə çıxarım. Çox istəyirəm ki, mingəçevirli qızlar millimizdə çıxış etsin, xarici klublara yollansınlar və bu yolla öz parlaq gələcəklərini qursunlar. Bunun üçün əlimdən gələni edirəm. Çalışıram ki, mentalitet əngəllərini də aşım, bizim qızlarımız futbol oynasınlar, ölkəmizi uğurla təmsil etsinlər. İndi valideynlərin də baxışı dəyişib, onlar özləri qızlarını futbola gətirirlər. Bizim komandada 2016-cı il təvəllüdlü qızlar var. Onlar futbolu həddindən artıq çox sevirlər. Bu cür çətinliklər həmişə var, amma vacib olan bu çətinlikləri aşmaqdı. Biz də buna çalışırıq.



- Ümumilikdə Azərbaycanda qadın futbolunun vəziyyətini necə qiymətləndirirsiz?
- Düşünürəm ki, bizim qızlarımız daha çox xarici klublarda oynamalıdılar. Bununla da öz təcrübələrini artırmalıdılar, onlardan öyrənməlidilər. Belədə millinin tərkibində də bu səviyyə yüksəlişi özünü göstərəcək. Çox istəyirəm ki, qadın futbolu Azərbaycanda indikindən də yüksək səviyyədə olsun, yetirmələrimiz futbolun sirlərini daha yaxşı öyrənsin. Biz nə biliriksə, onlara öyrədirik. Amma xarici klublarda çıxış etmək onların oyun səviyyəsini, təcrübəsini artırır. Bu təcrübə əvəzsiz təcrübədi. Əminliklə deyirəm ki, qadın futbolu Azərbaycanda inkişaf dövrünü yaşayır. Bizim qızlarım istedadlarına görə xarici həmyaşıdlarından geri qalmır. Millinin üzvləri xarici klublarda çıxış edir, görürük ki, orda özlərini yaxşı tərəfdən göstərirlər. Mən də həmişə bunu arzulamışam. Bir daha deyirəm, məşqçinin işi futbolçunu hazırlamaqdı, amma oyun səviyyəsinin artması təkcə məşqçidən asılı deyil. Milli üzvlərinin xarici klublarda oynaması çox uğurlu layihədi. Əcnəbilər də görür ki, Azərbaycanda yetərincə istedadlar. Nigar Mirzəliyeva az əvvəl adını çəkdiyim bizim yetirməmizdi. Nigar “Mançester Yunayted” klubu ilə AFFA-nın birlikdə keçirdiyi festivalın qalibi olmuşdu, İngiltərəyə səyahət etmişdi. Hazırda “Zenit”də çıxış edir. Bununla mən fəxr edirəm. Nigardan başqa neçə-neçə mingəçevirli qız üzə çıxıb, bunda bizim əməyimiz var. Bundan sonra da bu istiqamətdə çalışmağa davam edəcəm. Azyaşlı futbolçulara futbolun sirlərini öyrətmək böyük məsuliyyətdi. Biz də bu məsuliyyətin öhdəsindən gəlməyə, Azərbaycan futboluna fayda verməyə çalışırıq.

İLKİN SULTANLI




Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

30-05-2022, 13:0

U-17 Qızlar Liqasının qalibi bəlli oldu

Ölkə futbolu

25-05-2023, 14:0

“Sumqayıt” klubuna medallar təqdim edilib

Ölkə futbolu

2-05-2022, 12:0

Yüksək Qızlar Liqasının qalibi bəlli oldu

Ölkə futbolu / Layihə / Manşet

4-06-2023, 23:0

Kəmalə İbadullayeva: “İndi valideynlər özləri qızlarını futbola yazdırırlar” - LAYİHƏ

Ölkə futbolu

20-05-2022, 12:0

AFFA “Bahar turniri” keçirəcək

Ölkə futbolu

28-12-2022, 15:0

AFFA 5 komandaya texniki məğlubiyyət verdi

Aktual
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Son xəbərlər
  • Bu gün, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Bu gün, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Bu gün, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Bu gün, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Bu gün, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Bu gün, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Bu gün, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 217
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 195
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə