• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cavid Hüseynov: “İşimizin nəticəsi onda olacaq ki, milliyə futbolçu verək” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

16-04-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bu dəfə diqqətlərimizi “Şamaxı”ya yönəltmişik. “Şamaxı” Misli premyer-liqasında heyətində legioner olmayan yeganə komandadı. Buna baxmayaraq, “şirlər” bir çox iddialılarla başabaş mübarizə aparmağa çalışır, elitadakı yerini qorumaqda iddialı görünür. Sözsüz, bu uğurda gənc mütəxəssis Cavid Hüseynovun da böyük rolu var. Onunla söhbətdə həm “Şamaxı”nın heyətindəki gənclərin çıxışına toxunduq, həm də Azərbaycan futbolunun bugünündən və sabahından danışdıq.

- Cavid bəy, əvvəlcə sizi salamlayır, mövsümün qalan oyunlarında uğurlar arzulayıram. “Şamaxı” premyer-liqada yeganə klubdu ki, bütünlüklə yerlilərə güvənir. Rəhbərlik bu qərarı verəndə legionersiz oynamaqdan çəkinmədiz?

- Mən də sizi salamlayır, diqqətinizə görə təşəkkür edirəm. Bəli, düzgün vurğuladız, bizim komanda elitanın yeganə təmsilçisidi ki, heyəti bütünlüklə yerli futbolçulardan ibarətdi. Bu barədə hələ “Şamaxı”da işləmək təklifi alanda rəhbərliklə danışıb, müzakirələr aparmışdıq. Komandanın strategiyası, istiqaməti məhz bu yöndədi. “Şamaxı”da işə başlayarkən əsas işimizin nə olacağını bilirdim. Rəhbərlik bildirmişdi ki, bizdən nəticə tələb olunmayacaq. Milli komandalarımız üçün futbolçu yetişdirməyi hədəfləmişik. Bu istiqamətdə rəhbərliklə baxışlarımız üst-üstə düşür. Legionersiz oynamaq bizim üçün müəyyən çətinliklər yaradır. Hər bir məşqçi istəyər ki, komandasında yaxşı legionerlər olsun. Bir çox mövqelər var ki, orda təcrübəli legionerlərə ehtiyac duyuruq. Amma hər bir çətinliyə sinə gərmişik. Şükürlər olsun ki, oyunumuzda əməlli-başlı inkişaf var. Bu yüksəlişi nəticəyə çevirə biləcəyimizə, turnir cədvəlində də irəliləyəcəyimizə inanıram.

Cavid Hüseynov: “İşimizin nəticəsi onda olacaq ki, milliyə futbolçu verək”


- Komandanın hazırkı çıxışı, nəticələr sizi qane edirmi? Xüsusən də yerli gənclərin oyunu sizi qane edirmi?
- Hazırkı çıxışımıza, durumumuza iki istiqamətdən yanaşardım. Biz komandanı formalaşdıranda müxtəlif fikirlər var idi. Düşünürdülər ki, böyük hesablı məğlubiyyətlərə uğrayacıq. Müəyyən mənada həmin düşüncə sahibləri də haqlı idi. Belə fikirlər var idi ki, yerli futbolçulardan ibarət komanda formalaşdırmaq asan deyil, inkişafa nail ola bilməyəcik, nəticə olmayacaq. İstər mətbuatda, istərsə də futbol ictimaiyyətinin nümayəndələri ilə söhbətlərimizdə belə fikirlər eşidirdik. Həqiqətən də biz çox əziyyət çəkmişik. Bu gün göstərdiyimiz oyun göz qabağındadı. Əlbəttə, müəyyən vacib məqamlarda fərdi keyfiyyətlər ön plana çıxır. Tətbiq etmək istədiyimiz oyun sistemində fərdi keyfiyyətlər həlledici rol oynayır. Etiraf edirəm ki, bu yöndə axsayırıq. Bu istiqamətdə çalışırıq, istəyirik ki, gənc futbolçuların fərdi keyfiyyətləri də yüksəlsin. O ki qaldı turnir cədvəlindəki yerimizə, bundan heç də razı deyilik. Oynadığımız çox yaxşı oyunlar var ki, orda qələbə qazanmalıydıq, amma xal itirmişik. Gənclərimiz əlindən gələni ən yaxşı formada etməyə çalışırlar. Zamanla daha yüksək yerlər uğrunda mübarizə aparacağımıza inanıram.



- Heç olub ki, komandada legionerin olmasını arzulamısız, düşünmüsüz hansısa oyunda bir-iki legioner olsaydı, qələbə qazana bilərdik...

- Əlbəttə, belə oyunlar olub. Deyim sizə necə hallarda bunu düşünmüşəm. Təbii, yerli futbolçularla oynamaq çox xoşdu. Mən ilk məşqçiyəm ki, peşakar karyerama yerli futbolçularla çıxmışam. Hər söhbətimdə bunun qürurverici olduğunu vurğulamışam. Amma bəzən oyun zamanı ürəyimdən hansısa epizodik hiss keçir ki, bu anda heyətimizdə iki sürətli, oyunu üzərinə götürə bilən legioner olsaydı, bəlkə də biz bu gün beşinci və ya altıncı yerdə rahatlıqla qərarlaşa bilərdik. Amma az öncə qeyd etdiyim kimi, bizim öz yolumuz var, bu yolla irəliləməkdə israrlıyıq.

- İstərdiz ki, başqaları da “Şamaxı”dan nümunə götürsün və elitada yerlilərin sayı artsın? Ümumiyyətlə, yaxşı yerli futbolçuların sayını yetərli sayırsızmı?
- Bu məsələyə fərqli yanaşmalar var. İndiki vəziyyətdə 10 komandamızın hamısı yerli futbolçularla oynasa, inkişaf əldə edəcəyimizi düşünmək yanlış olar. Amma komanda sayı daha çox olsa, 2-3 komanda yerlilərlə oynayar, bu da futbolumuzun inkişafını, yerlilərin daha çox şans qazanmasını düşünən insanları sevindirər. Yalnız yerli futbolçularla oynamaqla inkişaf etmək olmaz. Legionerlər də olmalıdı. Büdcəsi, iddiaları imkan verən klublarımız avrokuboklara qatılmaq, orda ölkəmizi layiqincə təmsil etmək üçün oynayır. Beş klubumuz premyer-liqada yerini qorumaq üçün mübarizə aparır. Hər klubun özünün strategiyası var, bu da əvvəlcədən müəyyənləşir. Ondan sonra da buna uyğun heyət formalaşır. Etiraf etməliyik ki, səviyyəli yerli futbolçuların sayı yetərincə deyil. Bu günün reallığı belədi.

- Son sualım “Şamaxı”nın aşağı yaş komandaların durumu ilə bağlıdı. Ordakı uşaqlara baxanda gələcək haqda nə düşünürsüz? Layiqli əvəzedicilər yetişirmi?
- Uşaq komandalarında yaxşı futbolçu yetişdirə bilmək üçün əvvəlcə məşqçilərimiz yetişməlidi. Elitada niyə əziyyət çəkirik? Çünki futbolçular intellektual səviyyədə geri qalır, qərarlar gec verirlər. Gənclərimiz bir çox cəhətdən geri qalır. Bu gün futbolçuya tapşırıq verməliyik ki, o da onu yerinə getirsin. Amma məcbur oluruq ki, hər şeyə əlifbadan başlayaq. Bunu təkcə “Şamaxı”ya aid etmək olmaz, ümumi vəziyyətimiz belədi. Uşaqların futbola böyük həvəsi var. Məni də sevindirən odu ki, bizim uşaqlar beynəlxalq turnirlərə yollanır, orda təcrübə qazanırlar. Təkcə “Şamaxı”da yox, bütün klublarımızda uşaq futbolu ilə bağlı problemlər var. Təəssüf ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Milli komandanın səviyyəsinə yüksələn futbolçularımızın olması bizim işimizin nəticəsi də olacaq. Qarşımızdakı hədəf budu və bu istiqamətdə çalışırıq.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

7-07-2022, 13:0

“Şamaxı” rəhbərliyi, nəhayət, onunla razılığa gəldi - AÇIQLAMA

Premyer-liqa / Manşet

24-06-2022, 13:0

Cavid Hüseynov "Zirə"dən ayrılan məşqçini "Şamaxı"ya apardı

Premyer-liqa / Manşet

5-07-2022, 20:0

Rauf Əliyev “Şamaxı”da oynayacaq

Premyer-liqa

2-07-2022, 14:0

“Şamaxı” Şamaxıda hazırlığa başladı

Layihə

18-09-2022, 23:0

“Futbola gəlişimin səbəbkarı dayımdı” – LAYİHƏ

Premyer-liqa / Manşet

25-06-2022, 16:0

Cavid Hüseynov üçün lisenziya əngəli

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 423
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə