Görəsən, mütəxəssis bu istiqamətlərə hazırlığa başlayıb? Heyətdən gedənlər, qalanlar, yeni transferlər haqda gözləntilər nədən ibarətdi? Yeri gəlmişkən, necə oldu ki, məşqçilər korpusundan qopmalar olsa da, baş məşqçi "sükan"ı buraxmadı?
Suallarımızı mütəxəssisə ünvanladıq. Vüqar Əsgərli "Football-plus.az"a bunları dedi:
"Kubla müqaviləmin müddəti hələ bitməyib. Üstəlik, “Şamaxı”nın özünəməxsus strategiyası var. Klubun maraqları fikirlərimlə üst-üstə düşdüyündən işimə burda davam etməyə qərar verdim. Başqa klublardan da təkliflər var idi, amma adlarını çəkmək doğru olmaz.
Yeni mövsüm hazırlıqlarına gəlincə, klubun gələcəyi və strategiyası haqda fikir mübadiləsi aparılıb. Məqsədimiz yenidən premyer-liqaya qayıtmaqdı. Heyəti gücləndirmək üçün siyahı hazırlanıb. Yaxın günlərdə danışıqlara başlayacağıq. Müqaviləsi davam edən futbolçularımızı saxlamağa çalışacağıq.
Məşqçilər heyətinə bir neçə namizəd var. Danışıqlar gedir. Ən dəqiq məlumat klub tərəfindən tezliklə açıqlanacaq"

KƏNAN BAHADIR