İdman prinsiplərinə əsasən bölgə təmsilçisi 2023/24 "futbol ili"ndə 1-ci divizionda çıxış etməlidi. Lakin AFFA bu istiqamətdə yekun qərarını açıqlamayıb. Növbəti mövsümdə hansı liqada çıxış edəcəyini bilməyən klub növbəti mövsüm üçün hazırlığa başlamayıb.
Digər tərəfdən, həm rəhbərlik, həm baş məşqçi, həm də komanda ilə bağlı fərqli iddialar səslənir. Bunlardan ən diqqətçəkəni isə baş məşqçi ayrılığının yaşanmasıdı. Deyilənlərə inansaq, Vüqar Əsgərli premyer-liqada qalsa belə, klublla yeni müqavilə bağlamayacaq.
Bunu dəqiqləşdirmək üçün "Şamaxı"nın baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq. Onun "Football-plus.az"a açıqlamasını dinləyək:
"Mətbuatda "Şamaxı" ilə bağlı həqiqətə uyğun olmayan xəbərlərlə tez-tez rastlaşıram. Mövcud durum dezinformasiyaların yayılmasına, fikir ayrılığına səbəb olur. Ümid edirik ki, AFFA İcraiyyə Komitəsinin iclası yaxın günlərdə son sözü deyər. Hazırda növbəti mövsüm üçün heç bir addım atılmayıb. Bunun da günahkarı bizik. Asılı haldayıq.
Vüqar Əsgərli məsələsinə gəlincə, baş məşqçi kimi davam edib-etməməsiylə bağlı nə rəsmi, nə də qeyri-rəsmi danışığımız olub. Deyə bilmərəm, qalacaq, yoxsa gedəcək. Futbolda hər an hər şey ola bilər. Təkcə "Şamaxı"da yox, bütün klublarda belədi".

KƏNAN BAHADIR