• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fəxrəddin Mürvətov: “AFFA nümayəndəsinin başında kapüşon olduğundan oyunçumuz onu tanımayıb”

Ölkə futbolu / Manşet

8-03-2023, 23:0

Region Liqasının 9-cu turunun "Neftçala" - "Qobustan" oyununda insident baş verib.

Belə ki, meydan sahiblərinin futbolçuları kütləvi halda hakimi, AFFA nümayəndəsini təhqir edib. Oyun bitəndən sonra "Neftçala"nın texniki zonası qonaq komandanın texniki zonasına hücum etməklə kütləvi iğtişaşa da səbəb olub. Bu azmış kimi, "Neftçala"nın baş məşqçisi Mehman İbrahimov hakimlər otağına daxil olaraq onları söyüb, fiziki təzyiqə cəhd göstərib. Biabırçı olayla bağlı “Neftçala”nın baş məşqçisi Fəxrəddin Mürvətovla əlaqə saxladıq:

"İnsidentin əsasını birbaşa rəqib komanda qoydu. Oyunun startından ünvanımıza söyüşlər yağdırmağa başladılar. "Qobustan" rəsmisi Talehin ağzından oyunboyu söyüş əskik olmadı. Hakimlər də buna məhəl qoymadı. Onlar obyektivliyi pozmaqla insidenti daha da qızışdırdılar. 1 metrlik ofsayd vəziyyətindən qapımıza qol vurulur, laysman bayrağı qaldırmır. Rəqib topa əllə oynayır, amma baş hakim Tural İbrahimov bunu də görməzdən gəlir. Ümumiyyətlə, oyunda hakimlikdən söhbət belə gedə bilməz. Fasilə ərəfəsində Taleh hakimə yaxınlaşıb deyir ki, sən bizim lehimizə az cərimə zərbəsi verirsən. Referi də cavabında “bayaqdan elə sizin xeyrinizə qərarlar vermişəm” deyir. Biz də arxadan gələrək bunların hamısını eşidirik. Bəzi media nümayəndələri haqqımıza girərək bizi ara qarışdıran komanda kimi təqdim edir. Belə deyil. Dünən yaradılan klub deyilik. Neftçala hələ SSRİ dönəmindən komandası olan rayondu. Müstəqillik dönəmində də iki dəfə elitaya vəsiqə qazanmış və çıxış etmişik. Tarixi, ənənəsi olan klubuq. Heç vaxt da dava-şava yaradan, rəqiblərimizə, hakimlərə və digər rəsmi şəxslərə hörmətsizlik etməklə ad çıxarmamışıq. Amma 2017-ci ildə yaradılan "Qobustan" ötən il Astara təmsilçisiylə, cari mövsümdə isə "Zəfər 44" ilə oyunda insident yaradıb. Deməli, klub futbol oynamaqdan çox aqressivlik yaratmaqda maraqlıdı. Biz hansı komandalarla bu vaxta kimi davalar etmişik? Heç kim nümunə çəkə bilməz. Futbolçularımız qayda pozuntusu ediblər və buna görə də AFFA İntizam Komitəsi tərəfindən ağır cəzalar almışıq. Hətta baş məşqçimizə də 10 oyunluq cəza verilib. Amma biz rəqib komanda kimi nə oyun başlayandan söyüş söymüşük, nə davanı başlatmışıq, nə də hakimləri və digər şəxsləri döymüşük. Belə hal olmayıb. Sadəcə, matça əlavə olunan dəqiqələrdə hakim növbəti dəfə əleyhimizə qərar verdi və rəqib autdan topu oyuna daxil edərkən futbolçumuzdan biri hakimin üzərinə getdi. Buna görə də “qırmızı” aldı. Bir də futbolçumuzun biri tanımadan AFFA nümayəndəsini itələyərək yıxıb. Həmin vaxt da rəqib futbolçular tərəfindən söyüşlər daha da artmışdı. AFFA nümayəndəsinin başında kapüşon olduğundan oyunçumuz onu tanımayıb və rəqib komandanın nümayəndəsi bilərək yerə yıxıb. Haqqımızda deyilən qalan şeylərin çoxu şişirtmədi".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Liqalar

4-03-2023, 15:0

"Hansı dövrdə yaşayırıq ki, hakimlər, hakim-inspektorlar, AFFA nümayəndələri küçə söyüşləriylə təhqir olunur, döyülür?"

Manşet / Yazarlar

4-03-2023, 10:0

Region Liqasında hadisələr cızığından çıxır - AFFA ciddi addımlar atmasa…

Ölkə futbolu / Manşet

5-03-2023, 13:0

AFFA Region Liqasındakı özbaşınalıqlarla bağlı hansı addımı atacaq?

Ölkə futbolu / Manşet

26-02-2023, 23:0

"Biz onun obyektiv olduğuna necə inanaq?"

Ölkə futbolu

1-04-2022, 15:0

AFFA hakimi söyən futbolçunu cəzalandırdı

Ölkə futbolu / Manşet

19-02-2023, 15:0

“Sədərək” Region Liqasından qovuldu

Aktual
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
Son xəbərlər
  • Bu gün, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Bu gün, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Bu gün, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Bu gün, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Bu gün, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Bu gün, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Bu gün, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Bu gün, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Bu gün, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Bu gün, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Bu gün, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Bu gün, 15:50
    Londondan Liverpula yollandı
  • Bu gün, 15:20
    Haunun xələfi o oldu
  • Bu gün, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Bu gün, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Bu gün, 13:58
    MS-yə yenə gərək olmadı
  • Bu gün, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 12:56
    Milli komandanı tərk edəcək
  • Bu gün, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Bu gün, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə