• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Sabah" insidentlə bağlı bəyanat yaydı

Ölkə futbolu

Bu gün, 20:14

"Sabah" ötən gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Orhus"la cavab matçından (4:0) öncə azarkeşlər arasında baş vermiş insidentə aydınlıq gətirib.

"Football-plus.az" xəbər verir ki, klubun bəyantında deyilir:

"Ötən gün klubumuzun tarixində böyük qələbə və Azərbaycan futbolu üçün mühüm hadisə yaşandı. Komandamızın əldə etdiyi nəticə ilə qürur duyur, bu tarixi gündə bizimlə birlikdə olan və komandamızı dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirik.

Bu böyük futbol bayramının fonunda oyundan öncə azarkeşlərin iştirakı ilə baş vermiş insident barədə yayılan məlumatlar təəssüf hissi doğurur. “Sabah” Futbol Klubu bu məsələ ilə bağlı öz mövqeyini bildirməyi vacib hesab edir.

Klubumuz hər zaman "fair play" prinsiplərinə, qarşılıqlı hörmətə və sivil davranış qaydalarına böyük önəm verib. Xüsusilə “Sabah”ın oyunlarını izləyən azarkeşlərin əhəmiyyətli hissəsini ailələr və uşaqların təşkil etməsi ilə fəxr edirik. Ev oyunlarımızda formalaşmış ailəvi, təhlükəsiz və mehriban atmosfer klubumuz üçün xüsusi dəyər daşıyır. Eyni zamanda, oyunlarımız zamanı təhlükəsizliyin və ictimai asayişin yüksək səviyyədə təmin edilməsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin peşəkarlığını yüksək qiymətləndiririk.

Beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən klub olaraq ölkəmizin qonaqpərvərlik ənənələrinə xüsusi önəm veririk. Bakıya gələn bütün rəqib komandaların nümayəndələrinə və onların azarkeşlərinə milliyyətindən və hansı klubu təmsil etməsindən asılı olmayaraq hörmətlə yanaşırıq və bundan sonra da yanaşacağıq.

Bununla yanaşı, dünən baş vermiş hadisənin tam kontekstinin düzgün təqdim olunmasını vacib hesab edirik. Klubun hazırda malik olduğu məlumat və materiallara əsasən, insidentdən əvvəl qonaq azarkeşlər tərəfindən yerli azarkeşlərə qarşı şifahi aqressiya nümayiş etdirilib, o cümlədən Azərbaycan mədəni kontekstində təhqiramiz hesab edilən müəyyən ifadələrdən istifadə olunub. Bununla belə, klubumuzun mövqeyi birmənalıdı: hadisədən əvvəl hansı şəraitin və ya təxribatın olmasından asılı olmayaraq, biz heç bir halda fiziki aqressiyanı və zorakılığı dəstəkləmir və ona haqq qazandırmırıq. İstənilən mübahisə və anlaşılmazlıq sivil və qanuni yollarla həll edilməlidi və heç bir halda fiziki qarşıdurmaya çevrilməməlidi.

Klub baş vermiş hadisə ilə bağlı UEFA və aidiyyəti qurumlarla tam əməkdaşlığa hazırdı. Hadisənin bütün hallarının obyektiv şəkildə araşdırılması üçün klubun sərəncamında olan məlumat və materiallar, o cümlədən müvafiq müşahidə kameralarının görüntüləri aidiyyəti qurumlara təqdim olunur və zərurət yarandığı halda bundan sonra da təqdim ediləcək.

Biz hüquq-mühafizə orqanlarının peşəkarlığına tam hörmət və etimadla yanaşır, baş vermiş hadisənin bütün detallarının obyektiv və qanun çərçivəsində araşdırılacağına inanırıq.

Eyni zamanda, həm öz azarkeşlərimizi, həm də ölkəmizə gələn xarici azarkeşləri qarşılıqlı hörmətə, futbol mədəniyyətinə riayət etməyə, bir-birinin və səfər etdikləri ölkənin mədəniyyətinə, ənənələrinə və dəyərlərinə hörmətlə yanaşmağa çağırırıq. Futbol insanları milliyyətindən, dilindən və mədəniyyətindən asılı olmayaraq birləşdirən böyük oyundu və ayrı-ayrı insidentlər bu dəyərlərə kölgə salmamalıdı.

“Sabah” Futbol Klubu bundan sonra da Azərbaycanı və Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil etmək üçün əlindən gələni edəcək".

Paylaş:
Digər xəbərlər

Avrokuboklar / Manşet

Bu gün, 09:59

Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!

Premyer-liqa / Manşet

23-08-2023, 19:0

"Sabah" bəyanat yaydı

Ölkə futbolu / Aktual

16-07-2025, 11:0

“Sabah” azarkeşlər üçün bilet təşkil edəcək? - klubdan açıqlama

Ölkə futbolu / Manşet

22-04-2026, 13:0

"Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı

Aktual / Ölkə futbolu

10-04-2025, 00:0

"Camalov futbolçumuzla iki dəfə əlaqə saxlayaraq "Neftçi"yə keçməyi təklif edib" - "Sabah" bəyanat yaydı

Aktual / Avrokuboklar

4-08-2026, 17:0

“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir

Aktual
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
Son xəbərlər
  • Bu gün, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Bu gün, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Bu gün, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Bu gün, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Bu gün, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Bu gün, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Bu gün, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Bu gün, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Bu gün, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Bu gün, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
Daha çox
Oxunub: 298
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə