Pol Poqba yeni mövsüm ərəfəsində ciddi zədə alıb.
"Football-plus.az" xəbər verir ki, “Monako”nun yarımmüdafiəçisi İngiltərədə keçirilən mövsümə hazırlıq zamanı məşqlərin birində zədələnərək meydanı tərk edib. Poqbanın ağrıdan yerə yıxıldığı və sol bud nahiyəsinə sarğı tətbiq edildiyi bildirilib.
Yeri gəlmişkən, 33 yaşlı dünya çempionu ötən yay dopinqə görə cəzasını başa vurduqdan sonra “Monako”ya keçib. O, ötən mövsüm Fransa klubunun heyətində 6 oyunda meydana çıxıb və məhsuldar fəaliyyətlə yadda qalmayıb.