AFFA Region Liqasındakı özbaşınalıqlarla bağlı hansı addımı atacaq?

5.03.2023 13:30 902
Ölkə futbolu / Manşet
Region Liqasının son turunda baş tutan "Neftçala" - "Qobustan" qarşılaşmasında meydan sahibləri ixtişaş törədib. Daha doğrusu, həm hakimlər, həm AFFA nümayəndəsi, həm də qonaq komandanın üzvləri təhqir olunub, üstəlik, fiziki güc tətbiq edilib.

Görəsən, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqasının İşçi qrupunun üzvü Yusif Vəliyev bu haqda nə düşünür? Qurum hansı tədbirləri görəcək? "Football-plus.az" saytı olaraq bu suallara aydınlıq gətirmək üçün Yusif bəylə əlaqə saxladıq:

"Əlbəttə, "Neftçala" klubunun etdiyi xoşagəlməz haldı. Məsələ ilə bağlı AFFA İntizam Komitəsi ciddi tədbirlər görüb. Qanunu pozan və qeyri-etik hərəkətlərə yol verən futbolçular və klub rəsmləri sərt şəkildə cəzalandırılıb. Biz tərəfdən də profilaktik söhbət aparılıb. Düşünürəm ki, bir də belə hallar baş verməyəcək".

ABDULLA İSMAYILOĞLU