Almaniyada iş yerini dəyişdi

27.08.2026 18:30 8
Dünya futbolu
Cenan Peyçinoviç Almaniyada iş yerini dəyişib.

"Football-plus.az" xəbər verir ki, “Ştutqart” “Volfsburq”un hücumçusunu transfer edib. Bundesliqa təmsilçisinin mətbuat xidmətinin xəbərinə görə, 21 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Peyçinoviç 2025/26 mövsümündə keçirdiyi 34 matçda 12 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı Almaniyanın gənclərdən ibarət yığmasının futbolçusunun dəyərini 15 milyon avro qiymətləndirir.