Ancaq çox təəccüblüdü ki, Gülalı fevralın 11-də keçirilən “Difai” – “İrəvan” matçında meydana çıxıb. İntizam Komitəsi kollektivə texniki məğlubiyyət versə də, Apellyasiya Arbitraj Tribunalı futbolçunun cəzasını qüvvədə saxlasa da, komandaya texniki məğlubiyyət verilməsinə qarşı çıxıb.
Məsələ ilə bağlı qurumla əlaqə saxlamağa cəhd göstərsək də, istəyimiz baş tutmadı. Lakin İntizam Komitəsinin sədri Erkin Hüseynovu tapa bildik. Qurum rəsmisi Apellyasiya Arbitraj Tribunalının qərarının onun üçün də təəccüblü olduğunu dedi:
“Məsələdən xəbərdarıq. İntizam Komitəsi olaraq “Difai”yə texniki məğlubiyyət vermişdik. Lakin sonradan Apellyasiya Arbitraj Tribunalı bu qərarı ləğv etdi, futbolçunun cəzasını isə qüvvədə saxladı. Bu qərarın nə üçün verildiyini biz də bilmirik. Maraqlı və olduqca təəccüblü məqamdı”.
İLKİN SULTANLI




