• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban bəy, kimdi günahkar? - YAZI

Manşet / Yazarlar

25-02-2023, 15:0

Dünən səhər yüzminlərlə azərbaycanlı işə gecikdi. Şəhərin nəqliyyat sistemini iflic edən daşımaçılıq şirkətlərinin başına daş düşsün, onların günahı öz yerində. Amma bu gecikmə yalnız nəqliyyatın işi ilə bağlı deyildi. “Qarabağ” bərbad oyunla hər kəsin yuxusunu ərşə çəkmiş, yatağına qor doldurmuşdu...

Avqustda Çempionlar Liqasının qrupunun kandarından qayıdan komanda cari avrokubok mövsümündə qarşılaşdığı ən zəif rəqiblə oyunda salxım-salxım töküldü, parçaları sona qədər ortada qaldı, futbolçular çətin vəziyyətdə bir ola, azarkeşlərə və Azərbaycana sevinc bəxş edə bilmədi. Oyundan sonra istər-istəməz “Qarabağ”ın son avrokubok yolunu göz önünə gətirməyə, “Gent”i “Lex”, “Sürix”, “Ferentsvaroş”, “Viktoriya” bir yana, heç olmasa, Avroliqanın qrupundakı “Nant”, “Frayburq” və “Olimpiakos” ilə müqayisə etməyə çalışırdım. Alınmadı, heç nə alınmadı, müqayisə olunası rəqiblər deyil.

Təbii, Qurban Qurbanovun məğlubiyyətə necə izah verəcəyi də mənim üçün maraqlı idi. Oxudum və bildim ki, baş məşqçi nə özündən narazıdı, nə də yetirmələrindən, irəli baxmaq və yeni komanda qurmaq fikrindədi. Gentdəki oyunun 2-ci hissəsindəki biabırçı oyun isə heç də “Qarabağ”ın qorxub-çəkinməsi ilə bağlı olmayıb, sadəcə, rəqib ağdamlıları müdafiə olunmağa məcbur edib.

Klassik “kimdi günahkar” sualı ilə növbəti dəfə üz-üzəyik. Bu dəfə sualı aktual edən, ona həyəcan qatan əsas məqamlar isə bunlardı: “Gent” “Qarabağ”dan aşkar zəif komandadı, ağdamlılar bu rəqibi keçməyə və ən azı Konfrans Liqasının 1/8 finalında oynamağa borclu idi.

Bəli, borclu idi, ancaq baş məşqçi və yetirmələri bu məsuliyyəti anlamadı. Qurban bəy futbolçuları oyuna lazımınca hazırlaya bilmədisə, futbolçular da meydanda istədiyimiz oyunu göstərmədi. “Qarabağ”ın hətta belə bərbad oyun fonunda belə, ölkə çempionatında ən yaxın izləyicisindən 8 xal uzaqlaşması, növbəti çempionluğa doğru getməsi şəxsən məndə futbolumuzun səviyyəsi ilə bağlı ciddi narahatlıq yaradıb ki, zaman-zaman bu məqama da toxunacam.

Hə, gerçəkçi olmaq lazımdısa, şəxsən mən ilk oyundan sonra böyük ölçüdə “Qarabağ”dan əlimi üzmüşdüm, redaksiyadaxili iclaslarda kimsə “Gent”ə “məhlə komandası” deyəndə də tələsməməyi məsləhət görürdüm. Təəssüf ki, bütün bəd proqnozlar doğruldu. İndi isə Qurban bəyə bəzi suallarım olacaq və güman edirəm ki, bunların üzərində düşünməyə dəyər:

1. Cəmi beş ay ərzində İbrahima Vaci, Kadi Borges və Kvabena Obusu kimi üç aparıcı oyunçunun satılmasını zəruri edən hansı şərtlər mövcud idi, bunlardan ən azı birini təxirə salmaq olmazdımı?

2. Hədəfləri yüksək olan klub 8 milyardlıq planetdə yuxarıda adı çəkilənləri əvəz edəsi bircə futbolçu tapa bilmədimi? “Qarabağ”ın imkanları o qədər zəif, əlaqələri o qədər məhduddu ki, son 6-9 ayda ciddi səviyyədə futbol oynamayan Adama Diakabinin, Yassin Benzyanın ümidinə qalır?

3. Yeni futbolçuların komandaya uyğunlaşması prosesi niyə bu qədər ləng gedir? Ümumiyyətlə, sizə elə gəlmir ki, Konfrans Liqasının oyunları həmin yeniləri komandaya uyğunlaşdırmaq baxımından heç də uyğun “meydança” deyil?

4. Yetirmələriniz 2-ci hissənin əvvəlindən bəri meydanda ayaqlarını sürüdüyü, bütün oyun epizodlarında və təkbətək mübarizələrdə rəqibə uduzduğu halda, niyə əvəzetmələri bu qədər gec reallaşdırdız? Niyə oyunun axarına vaxtında müdaxilə edə bilmədiz?

5. Sol cinahda Zubirin sayəsində az-çox fəallıq sezilsə də, Kadinin gedişindən sonra yaranan sağ cinah probleminin belə uzun müddət davam etməsinin səbəbi nədi? Doğrudanmı, heyətdə fərqli mövqe dəyişikliklərinə əl atmaqla sağ cinahı da sol cinah səviyyəsinə yaxınlaşdırmaq mümkün deyil?

6. Peşəkar Futbol Liqasının yerli-yersiz oyunlarınızı təxirə salmaqla “Qarabağ”ı yüksək hədəflər uğrunda mübarizə aparan başqa komandalardan üstün duruma çıxarmasına niyə göz yumursuz? Cümə axşamı sizinlə eyni vaxtda meydana çıxan qalan 7 komandanın əksəri şənbə-bazar oynayacaq. Belədə nədən “Qarabağ” “Neftçi” ilə bazar ertəsi qarşılaşmalıdı?

7. Komandanın inkişafdan qaldığının, yüksək hədəflərə uyğunlaşmaq prosesinin ləng getdiyinin fərqindəsizmi? “Qarabağ” 2021-ci ildə, 8-ci cəhddə qrupdan çıxmağı bacardı. İndi belə çıxır ki, ilk pley-off mərhələsini adlamaq üçün də daha 8 il gözləməliyik?

Əlbəttə, belə ritorik sualların sayını artıra bilərəm. Təəssüf ki, indi bunun heç bir əhəmiyyəti yoxdu. “Qarabağ” hər kəsi elə xəyal qırıqlığına uğradıb, hər kəsin içində elə böyük mənəvi-psixoloji boşluq yaradıb ki, sanki ən yaxın adamımızı itirmişik. Amma yenə də bir sualı verməkdən özümü saxlaya bilmirəm: Qurban bəy, nə günahı öz boynunuza götürdüz, nə də futbolçulardan narazı qaldız.

Bəs onda kimdi günahkar?

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

31-08-2022, 13:0

“Qarabağ”ın bizə rəqib olmasını istəməzdim” - “Olimpiakos”un futbolçusu

Konfrans Liqası

9-11-2022, 10:0

"Qarabağ" möhkəm komandadı" - "Gent"in baş məşqçisi

Avropa Liqası

27-08-2022, 11:0

"Qarabağ" Avropa Liqasında ilk oyununu bu komandaya qarşı keçirəcək - SİYAHI

Manşet / Avropa Liqası

9-09-2022, 02:0

"Frayburq"un baş məşqçisindən Qurbanova səmimi etiraf: "Bu gün bəxtimiz gətirdi"

Aktual

5-11-2022, 15:0

Uğur, uğursuzluq, yoxsa yerində saymaq?

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 130
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə