Avropa Liqasının qrup mərhələsinin G qrupunda "Qarabağ" səfər "Frayburq"a məğlub oldu - 1:2.
Football-plus.az-ın Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Qurban Qurbanovun mətbuat konfransından sonra Kristian Ştrayxtla azərbaycanlı məşqçi ayaqüstü yenidən söhbət ediblər. Alman mütəxəssislə "Qarabağ"ın çalışdırıcısın dialoqunu təqdim edirik...
K.Ş: "Mən sizin Çempionlar Liqasının təsnifat mərhələsində "Sürix", "Ferentsvaroş" və "Viktoriya" ilə oyunlarınızı izləmişəm. Həqiqətən çox yaxşı komanda formalaşdırmısınız. Taktiki və texniki baxımdan əla kollektivsiz. Plzenlilərlə oyunda bəxtiniz gətirmədi. Onlar qapıya 2 zərbə vurdular və onlar qol oldu. Bu gün də həmçinin. Sizin həmin oyunda da, indi də bəxtiniz gətirmədi".
Q.Q: "Bəxt həmişə güclünün yanında olur".
K.Ş: "Bu gün belə olmadı"
İLKİN SULTANLI