• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbolumuzun talan edilməsinə imkan verməyək!

Manşet / Yazarlar

11-02-2023, 11:0

Azarkeşlərə gecikmiş müraciət

25-30 il öncə olsaydı, bugünü hamı həsrətlə gözləyərdi. Ölkənin müxtəlif yerlərində hamı qərb derbisi haqda danışardı, futbolçuları bir-biri ilə müqayisə edərdi. Kimisə digərindən güclü çıxarmağa çalışardılar. Bu söhbətlərin hamısı “Turan Tovuz” – “Kəpəz” oyunu ətrafında baş verərdi. Adama çox pis təsir edir bu ajiotaj barədə keçmiş zamanda danışmaq. İndiki dövrdə idman jurnalisti olmaq da bir şey deyil. Stajlı həmkarlar, müstəqilliyin ilk illərindən çalışanlar stadionlardakı ab-havadan, “Turan” – “Neftçi”, “Kəpəz” – “Qarabağ”, “Neftçi” – “Kəpəz”, “Turan” – “Kəpəz” oyunlarında başverənlərdən bəh-bəhlə danışır. Düzdü, mən də belə oyunlar görmüşəm. “Xəzər Lənkəran” – “Neftçi”, elə “Kəpəz” – “Neftçi”, “Kəpəz” – “Qarabağ” matçlarında qeydə alınan azarkeş rekordlarının jurnalist kimi şahidi olmuşam. Amma bu, komandaların iddialı olmadıqları vaxtlara təsadüf edib. Bir sözlə, belə gözəl xatirələri olduqları üçün stajlı həmkarlarıma yaxşı mənada paxıllıq edirəm.

Bu gün Azərbaycan futboluna yüzlərlə istedad bəxş edən iki şəhərin komandası üz-üzə gələcək. Qərb derbisi! Necə də əzəmətli səslənir. Amma komandaların bu əzəməti qalıb? Yox! İnsanlar bu görüşə maraq göstərmirlər. Hətta “Turan Tovuz” rəhbərliyi satışa çıxarılan biletlərin pulunu Türkiyədə baş verən zəlzələ qurbanlarına yardım üçün göndərəcək. Bu təşəbbüs oyuna marağı bir qədər artırıb. Media yazdı, dəstək oldu, insanlarda maraq yarandı. Amma nə qədər belə davam edər? Ölkə futbolunun beşiyi sayılan iki şəhərin komandası son pillələr uğrunda mübarizə aparır. “Turan Tovuz” yeni sponsor tapıb deyə sevinirik. Bu komanda ilə adı birgə çəkilsin deyə şirkətlər sıraya düzülməlidi. Ölkəmizi avrokuboklarda ilk təmsil edən məhz “Turan” olub.

“Kəpəz”dən danışmağa ehtiyac yoxdu. Klub qalıb ortalıqda. Kimlərsə vəzifədə qalsın deyə adı hər gün qalmaqallarda hallanır. Hər şeyi kənara qoyaq. “Kəpəz”in stadionu yoxdu. O stadion məhv olub. Zorla qəbul etdirməyə çalışırlar ki, Gəncə şəhər stadionu deyə bir yer var. Yoxdu elə bir yer. Ora xarabaxanadı. Bəlkə də əcnəbi futbolçular dost-tanışları ilə söhbətlərdə bizimlə məzələnirlər. Necə ki “Sabah”ın baş məşqçisi Murad Musayev futbolçuların konteynerdə paltarlarını dəyişməsini biabırçılıq adlandırmışdı.

Tez-tez adı çəkilən stadionlara səfər edirəm. Adam dəhşətə gəlir. Şəxsən mən Benzyanın yerində olsaydım, düşünərdim ki, hara gəlmişəm? Azərbaycanda belə xarabalığa bənzəyən stadionlar var? Bəs “Qarabağ”? Ardıcıl 9 il avrokubokların qrup mərhələsində iştirak etmək? Yəni əcnəbi futbolçuların gözləri ilə dediklərini, baxışlarını anlamaq bu qədər qəlizdi? Utanmırlar “klub rəhbəriyəm” deyərək ortalıqda gəzən kostyumlu, özünə savadlı deyən şəxslər? Sözdə futbolun inkişafını düşünüb, amma transferlərdən onminlər, yüzminlər mənimsəyənlər?

Stop! Əndazəni aşmaq olmaz! Amma bu, mənə aid deyil. Əndazəni aşmağa cəhd edənlərədi sözüm. Utanmağınız yoxdusa, azarkeşlərin qəzəbindən qorxun! Onminlərlə, yüzminlərlə azarkeşi olan “Turan Tovuz”la “Kəpəz”in əzəmətindən çəkinin. Bu fanatlar sizə elə toy tutar ki...

Bu gün qərb derbisi var. Azərbaycan futbolunun beşiyi sayılan Tovuzda iki adlı-sanlı klubumuz qarşı-qarşıya gələcək. Bəlkə də bu çağırış üçün gecdi. Amma tovuzlulardan, gəncəlilərdən xahiş edirəm ki, 6500 yerlik stadionu doldursunlar. Bunu etmək o qədər də çətin deyil. Şənbə günü, istirahət vaxtı. Bu say Azərbaycan futbolu üçün nədi ki? Qərb derbisində ajiotaj yaradın ki, ölkəmizdə bu idman növünü sevdiklərini görsünlər. Azərbaycan futbolunun sahibsiz olduğunu sanıb, talan etməyə cəsarət etməsinlər!

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Premyer-liqa

22-07-2022, 16:0

Azərbaycan premyer-liqasında yeni mövsümün təqvimi açıqlandı

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə