• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Uğur, uğursuzluq, yoxsa yerində saymaq?

Aktual

5-11-2022, 15:0

Srağagün “Tofiq Bəhramov”da “Frayburq”la heç-heçə edən “Qarabağ” qrup ikincisi olmaq şansını əldən verdi.

Football-plus.az xəbər verir ki, əvəzində “Nant” səfərdə “Olimpiakos”u yenməklə Avropa Liqasının pley-offuna yüksəldi. Halbuki ilk 3 turdan sonra “Qarabağ” “Frayburq”la birgə qrupdan çıxmağa ən real namizəd göstərilirdi.

Bu yay ölkəmizi Çempionlar Liqasında təmsil edən ağdamlılar Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdıranda çoxları Qurban Qurbanovun yetirmələrinin Çexiya “Viktoriya”sına da eyni aqibəti yaşadacağını düşünürdü. Ancaq Şahruddin Məhəmmədəliyevin axmaq səhvi səbəbindən “köhlən atlar” Avropa Liqasına üz tutmalı oldu.



Yuxarıda qeyd etdiyimiz kimi, səviyyəsinə görə qitənin ikinci turnirinə də “Qarabağ” uğurlu start verərək, azarkeşləri sevindirdi. Lakin son üç oyunda uğursuzluq yaşayan komanda qrup üçüncüsü kimi yazda Konfrans Liqasının pley-offunda oynamaq hüququ qazandı. Bunu “Qarabağ”ın adına uğur kimi yaza bilərik? Bu sual ətrafında fikirlər haçalanır. Bəziləri Çempionlar Liqasının qrupunun astanasında olan komandanın sonda Avropa Liqsının da yox, Konfrans Liqasının pley-offuna yüksəlməsini uğursuzluq kimi dəyərləndirir. Bəziləri isə əksinə, bunu da kollektiv adına yüksək nəticə kimi qəbul edir. Maraqlıdı, idman mediası, futbol sahəsində çalışanlar bu mövzu ilə bağlı nə düşünür?



Ceyhun Əliyev (sport24.az saytının baş redaktoru):

“Məsələyə obyektiv yanaşmaq lazımdı. Ağdamlılar Çempionlar Liqasının qrupuna düşməyə çox yaxın idi. Bu aspektdən yanaşdıqda, fikrimcə, ÇL-in qrupunda oynamaq və mübarizəni məhz orda dayandırmaq daha parlaq qiymətləndirilməliydi. Lakin məlum “Şahani gediş” və yalnız Avropa Liqasının qrupu. Açıq deyək, həm ilkin mərhələlərdə, həm də qrup mərhələsinin püşkü atılandan sonra “bu da son” deyə fikirləşənlərin sayı ümumilikdə 50 faizdən çox olub. Ancaq “Qarabağ” cari avrokubok mövsümündə tam fərqli obrazda çıxış edir. Qurban Qurbanovun yetirmələrinin oyununa valeh olmamaq olmur. İsti başla hər büdrəmədən sonra konkret səhv buraxan oyunçuları tənqid etmək olar. Elə son matçdan sonra da yetərincə antiqəhrəman adı çəkmək mümkündü. O cümlədən belaruslu hakimi heç də Zelenkadan az yad etməmək haqqımızdı. Lakin bir gündən sonra məsələyə fərqli baxıram. Qurban Qurbanovun komandası yeni səviyyəyə qalxıb. O səviyyəyə ki, heç vaxt belə hündürdə dayanmayıb. Məni nəticədən çox məhz bu səviyyə maraqlandırır. Belə oyunla nəticənin gəlməsi qaçılmazdı. Sadəcə, istər məşqçilər heyətinə, istərsə də futbolçulara bir qədər də təcrübə lazım idi ki, fikrimcə, bu mövsum həmin çatışmazlığı aradan qaldırmaq üçün yetərli oldu. Cari avrokubok mövsümü start götürməmiş çempionumuzun yazda Konfrans Liqasında çıxış edəcəyini proqnozlaşdırırdım və bunu normal hesab edirdim. Ancaq bütün mərhələlər üzrə püşkdəki nəticələri və sərgilənən futbolu nəzərə aldıqda “Qarabağ”ın cari mövsüm avrokubokdakı çıxışını 5 ballıq şkala ilə 6 balla dəyərləndirirəm”.




Səbuhi Səfiyarlı (agent):

“Fikrimcə, “Qarabağ”ın vacib olan son oyunda qələbə qazana bilməməsinin, oyunçuların fərdi səhvlərə yol verməsinin səbəbi soyuqqanlı ola bilməmələridi. Bu həm ehtiyat oyunçular skamyasında oturanlara, həm də ilk dəqiqələrdən meydana çıxanlara aiddi. Ağdamlılar Avropa Liqasında pley-off oynayacaqlarını düşünüb, onun gətirdiyi basqının altında çıxa bilmədilər. İlk dəqiqələrdə komandanın oyunu alınırdısa, vaxt ötdükcə o həyəcan özünü göstərirdi. Futbolçular çox sadə səhvlərə yol verirdi. Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ” soyuqqanlı oyunu ilə seçilirdi. Biz bunu “Sürix”lə, “Ferentsvaroş”la matçlarda görmüşük. Niyə qeyd etdiyim mərhələlərdə Qurban Qurbanovun komandası özünü göstərə bildi? Çünki Ağdam təmsilçisi həmin mərhələlər üçün böyüyüb. Və ordakı gərginlik onun üçün həyəcan yaratmır. Ancaq Avropa Liqasında pley-off oynamağın gətirdiyi gərginlik səbəbindən vacib oyunda həyəcanı boğa bilmədilər. Qurban Qurbanovun təbirincə desək, komanda hələ o səviyyədə böyüməyib. Əslində qrupda qeyri-adi heç nə baş vermədi. Püşk atılarkən hamı Almaniya və Fransa təmsilçilərinin favorit olduğunu söyləmişdi. Hətta fikirləşirdik ki, “Qarabağ” 3-cü yer uğrunda “Olimpiakos”la mübarizə apara biləcəkmi? Həmin mübarizədən də təmsilçimiz alnıaçıq çıxdı. Bu üzdən Konfrans Liqasının pley-offuna vəsiqəni də böyük nəticə kimi qəbul edə bilərik. Qurban Qurbanovun yetirmələrinin bu uğurunu kiçiltmək, adi nəticə kimi qələmə vermək düzgün olmaz. “Qarabağ” ikinci dəfə bunu bacarmaqla ötənilki nəticənin təsadüf olmadığını da sübut etdi. Açığı, mən başa düşmürəm ki, niyə bəziləri komandanın Konfrans Liqasının pley-offuna yüksəlməsindən narazıdı? Bəli, Avropa Liqasında pley-off oynamaq daha yaxşı olardı. Ancaq reallıq hissini də itirmək lazım deyil. Hansı meyarı istəyirsiz, müqayisə edək. Oynadığı çempionat, klubun büdcsəi, futbolçuların ustalıq səviyyəsi, onların aldığı maaş – bunların hamısını götürsək, “Qarabağ” qrupdakı rəqiblərindən çox geri qalır və hətta turnir cədvəlində qabaqladığı “Olimpiakos”dan da bütün meyarlarda geridədi. Məncə, ağdamlıların bu nəticəsini belə, başından yuxarı tullanmaq kimi qəbul etmək lazımdı”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

29-10-2022, 12:0

Zirvə yarışında çətin duruma düşən "Qarabağ" - TƏHLİL

Avropa Liqası

8-09-2022, 14:0

"Viktoriya" layiq olmadığı şəkildə qalib gəldi" - "Frayburq"un baş məşqçisi

Yazarlar / Avropa Liqası

18-09-2022, 23:0

“Olimpiakos”dan alınacaq 4 xal qızıla bərabər olacaq - KÖŞƏ

Avropa Liqası

4-11-2022, 12:0

"Mərhələni "Qarabağ" keçsəydi, məyus olmazdıq" - Antuan Kombuare

Avropa Liqası

27-08-2022, 11:0

"Qarabağ" Avropa Liqasında ilk oyununu bu komandaya qarşı keçirəcək - SİYAHI

İdman

31-08-2022, 13:0

"Qarabağ"ın azarkeşləri sevindirəcəyinə inanıram" - Fərid Qayıbov

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə