• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahsız, amma iştahlı! - KÖŞƏ

Manşet / Yazarlar

19-01-2023, 16:0

“Qarabağ”la “Gent” arasında Bakıda keçiriləcək oyuna düz bir ay qalmış Şahruddin Məhəmmədəliyev biləyini yerə qoydu.

Daha çox güləş yarışlarını işıqlandırmaq üçün istifadə olunan, məcazi mənada işlənən bu ifadənin açması “məğlubiyyətlə barışdı” deməkdi. Amma mən nə Şaha pislik arzulayanlardanam, nə də onun yarıtmaz qapıçı olduğunu düşünənlərdən…

Kadini itirən, Ovusunu elə bu qış əldən verməsi tam real görünən, Leandro Andradeni itirəcəyi gözlənilən, üstəlik əsas qapıçısının xidmətindən məhrum olan, əvəzində yalnız uzun müddət futbolsuz qalan Diakabi ilə anlaşan Azərbaycan çempionunun indiki durumu şəxsən mənə heç bir nikbinlik aşılamır. Nədənsə mənə elə gəlir ki, Qurban Qurbanov da bu məqamın fərqindədi. Elə buna görə də yanvarın 15-də keçirilən “Gent” – “Kortreyk” oyununu izləmək üçün köməkçisi Elçin Rəhmanovu göndərmədi, özü Belçikaya getdi. Baş məşqçi, Allah eləməmiş, Konfrans Liqasının pley-off oyununda mümkün uğursuzluq halında bir başqasının yox, məhz özünün tənqid dalğası ilə üzləşəcəyini də yaxşı bilir və anlayır. İndi kimsə durub izah etməyə çalışsa ki, yox, “Gent”lə dueldə mübarizəni dayandırmaq uğursuzluq deyil, onda mən də beləsi üçün onlarla dəlil göstərə bilərəm. Ona qalsa, Çempionlar Liqasının qrupunun, dolayısıyla həm də milyonların astanasından qayıdan komandanın məhz Şahruddinin kobud səhvi üzündən indi yola Avropa Liqasında da yox, Konfrans Liqasında davam etməsi heç də uğur deyil.

Uğur, yoxsa uğursuzluq – indi artıq bu sual üzərində düşünməyə dəyməz. Çünki qarşıda belçikalılarla çox vacib oyun var. Əlbəttə, mən onu da bilirəm ki, “Qarabağ”ı hətta turnirin gələcək qalibi kimi görmək istəyənlərin də sayı çoxdu. Hərçənd “Fiorentina”, “Latsio”, “Anderlext”, “Braqa” kimi güclülərin hələ də mübarizəni davam etdirdiyi məqamda belə hədəf bir qədər çətin, hətta bəlkə də əlçatmaz görünür. Amma bütün hallarda ağdamlılar oyundan-oyuna prinsipi ilə hərəkət etməli, ilk hədəf kimi də “Gent”i aşırmalıdı. Son 8 komanda sırasında yer alandan sonra bəlkə bəxt üzümüzə güləcək, bəlkə Diakabi parlayacaq və ya başqa bir parlaq futbolçu görünəcək?! Belə xəyallar-düşüncələr də var, ancaq yenə də vurğulayıram ki, ilk növbədə “Gent”i sıradan çıxarmaq lazımdı.

Məni artıq günlərdi düşündürən başqa bir sual da var ki, onu oxucu ilə bölüşmək istəyirəm. Sanki “Qarabağ”ın rəhbərliyi, baş məşqçisi, skautları, bir sözlə, camiə Konfrans Liqasının pley-offunu son dayanacaq kimi görür, “bu bizim maksimumdu, daha irəli boylanmağa dəyməz” düşüncəsi ilə yaşayır, maaş-transfer siyasətini buna uyğunlaşdırırlar. Dostlar, mən belə düşüncələrə görə dəhşətli dərəcədə narahat oluram, hətta deyərdim ki, xəyal qırıqlığı yaşayıram. Baxın, söhbət sıradan bir komandadan yox, ardıcıl 9 dəfə avrokubokların qrupunda oynayan, ən azı postsovet məkanında brendə çevrilən, artıq bütün qitədə Azərbaycan futbolunun firma nişanı kimi tanınan “Qarabağ”dan gedir. Uzun müddət biz Avropanın istənilən təmsilçisinin adını eşidəndə qorxuya düşürdüksə, indi qoy avropalılar qorxsun, çəkinsin, “Qarabağ”la qarşılaşmaq istəməsin. Kadini, Vacini, Şahruddini itirsə də belə, bu, yayda “Lex”i, “Sürix”i, “Ferentsvaroş”u ÇL-dən qovan, “Viktoriya”ya bəxtsizcə uduzan komandadı. Şah getdi, fəqət iştahımız itmədi ki! Fikir vermisizsə, “Qarabağ”la “Gent”in bir-birinə rəqib olduğunu bilən istənilən futbol adamı belçikalıları yox, məhz Azərbaycan klubunu daha şanslı görür, ağdamlıların təcrübəsinə güvənirlər.

Necə deyərlər, müqəddəs yer boş qalmır! Şahın sıradan çıxması dünyanın sonu deyil. Ölkəmizdə də, Avropanın başqa klublarında da onu layiqincə əvəz edə biləcək qapıçıların sayı çoxdu. Onsuz da oyunu birmənalı qiymətləndirilməyən qapıçıya şəfa arzulamaq, iştahı itirmədən Konfrans Liqasında irəliləmək lazımdı. İrəli və ancaq irəli! Geridə “Qarabağ”ı premyer-liqa gözləyir ki, bura da Qurban Qurbanovun çoxdankı seyrangahıdı.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-11-2022, 09:0

"Qarabağ"ın rəqibindən darmadağın

Konfrans Liqası

9-11-2022, 10:0

"Qarabağ"ın "Gent"lə oyunlarının saatı bilindi

Dünya futbolu

19-01-2023, 16:0

“Gent”: biri getdi, biri gəldi, kapitan zədələndi

Dünya futbolu

16-01-2023, 10:0

"Gent"in liqa sevinci

Manşet / Konfrans Liqası

7-11-2022, 17:0

"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi bilindi - YENİLƏNİB

Dünya futbolu

12-12-2022, 13:0

Dünya reytinqində dəyişiklik: "Gent" "Qarabağ"ı qabaqladı

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 252
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə