Dünya reytinqində dəyişiklik: "Gent" "Qarabağ"ı qabaqladı

12.12.2022 13:10 383
Dünya futbolu
İFFHS klubların növbəti reytinq cədvəlini açıqlayıb.

Football-plus.az xəbər verir ki, cədvəldə Azərbaycan bir klubla təmsil olunub.

“Qarabağ” 137 xalla dünyada 85-cidi. Son ölkə çempionu ötən ayla müqayisədə 2 pillə geriləyib.

Konfrans Liqasının pley-offunda Ağdam təmsilçisinin rəqibi olan "Gent" 87-ci sıradan 84-ə yüksəlib.

Qeyd edək ki, cədvələ 305 xala malik “Flamenqo” başçılıq edir.