"Qarabağ"ın rəqibindən darmadağın

14.11.2022 09:55 325
Dünya futbolu
"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" Belçika çempionatında növbəti matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Heyn Vanhazebrukun rəhbərlik etdiyi kollektiv səfərdə "Kortreyk"lə qarşılaşıb. Görüş "Gent"in 4:0 hesablı qələbəsiylə başa çatıb.

Komandanın qollarına Endryu Hyuslager, İbrahim Salah (2) və Loran Depuart vurub.

"Gent" bu qələbədən sonra 18 komanda arasında 30 xalla 5-cidi.