• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mircavadov işğal vaxtı “Ararat”ı da çalışdırardı! - KÖŞƏ

Manşet / Yazarlar

18-01-2023, 11:0

Ukrayna prezidenti Vladimir Zelenski yanvarın 7-də məşhur futbolçu həmvətəni Anatoli Timoşukun “vətən xaini” statusunu, belə demək mümkünsə, rəsmiləşdirdi.

Yığmanın oyun sayına görə rekordçusunun belə sərt cəzalandırılmasının, bütün imtiyaz və titullarının əlindən alınmasının səbəbi aydındı; ötən il fevralın 24-də Rusiya ordusu Ukrayna ərazisini ələ keçirmək üçün müharibəyə başlayıb, Ukrayna ordusu Qərbin də yardımı ilə müdafiə olunmaqdadı. Əslində belə ifadə etmək daha doğru olar: Ukrayna bu gün bütün postsovet məkanının, eləcə də Azərbaycanın azadlığı uğrunda vuruşur. Belə durumda Timoşukdan gözlənilən o idi ki, Rusiya futbolunda çalışan başqa ukraynalılar kimi hərəkət etsin, Vladimir Putin rejimini mühakimə edə bilməsə də belə, uzun illərdi xidmət etdiyi “Zenit”dən ayrılsın. Necə deyərlər, uman yerdən küsərlər! Amma Timoşuk belə etmədi, yəni nə rusların başlatdığı bu ədalətsiz müharibəni lənətlədi, nə də “Zenit”dən ayrıldı, beləcə tarixdəki yerini müəyyənləşdirdi.

Zelenski Timoşukla bağlı qərar verəndən sonra “Futbol+”in iclasında düşündük ki, yerli futbol adamlarının bu məsələyə münasibətini öyrənək. İlk növbədə ona görə ki, biz də təxminən 30 il sürən erməni-rus işğalını yaşamışıq, torpaqlarının bir hissəsindən məhrum olmağın, bu qaxınc altında yaşamağın necə ağır mənəvi-psixoloji yük olduğunu – xüsusən də ölkə xaricinə yolumuz düşəndə! – hamıdan yaxşı bilirik. Zelenski Timoşukdan nəsə umduğu kimi, biz də azərbaycanlı futbol adamlarından adekvat reaksiya umurduq. Amma həmsöhbət kimi seçdiyimiz Vəli Qasımov, Əfqan Talıbov və Ağasəlim Mircavadovun heç birindən məntiqli cavab eşitmədik. Daha doğrusu, onların cavabını oxuyan istənilən şəxsin, sadəcə, əlinə bir dəsmal götürüb, Azərbaycan futbolunun halına ağlaması lazımdı! Yoldaşlar, bizim futbol mütəxəssis yox, çox ciddi şəxsiyyət problemi yaşayır! Əvvəla, bizim futbol adamlarının beynində yer alan çox saxta bir düşüncəyə toxunmaq lazımdı. Tutuquşu kimi deyirlər ki, idman siyasətə qarışmır! Necə yəni qarışmır?!
Qarışmırsa, onda Azərbaycanla Ermənistanı, Rusiya ilə Ukraynanı istər klub, istərsə yığma səviyyəsində eyni qruplara salmayan, avrokuboklarda bir-birinə rəqib etməyən FİFA və UEFA rəsmilərinin başı qaçıb? İdmanla siyasət bir-birinə qarışmır yox e, tam elə bir-birinin içindədi, qovuşub və Siam əkizləri kimi bir-birindən ayrılmazdı!

Mircavadov deyir ki, uzun illər Ermənistanla müharibə vəziyyətində olmuşuq, amma bir dəfə də “Neftçi”nin məşhur siması Eduard Markarova qarşı repressiya həyata keçirməmişik, hətta Prezident İlham Əliyev Ermənistan ictimaiyyətinin nümayəndələrini Bakıda qonaq edəndə adı çəkilən futbolunun təqdimata ehtiyacı olmadığını demişdi. Bəli, Ağasəlim bəy, belə də olub. Amma niyə siz bu məqamları unudursuz ki, ötən yay 80 yaşını tamamlayan Markarov heç vaxt həmvətənlərinin müharibəyə başlamasını dəstəkləməyib, ermənipərəst müsahibə verməyib, ən azı mən bu haqda heç nə oxumamışam, eşitməmişəm. Üstəlik şəxsən mən bir neçə il əvvəl Moskvada olanda üzərimdə olan “Neftçi” şərfini ona təqdim etdim, çox həvəslə boynuna keçirməyə də razılıq verdi, adam artıq illərdi İrəvanda yox, Moskvada yaşayır. Bəlkə ona görə ki, həmvətənlərinin gerçək keyfiyyətlərindən xəbərdardı, əl üstə gəzdirildiyi, hər cür naz-nemətlə əhatə olunduğu Bakıdakı münasibəti ermənilər arasında görmədi, bu gün ermənilərin xeyrinə nəsə deməsinə də məhz Azərbaycanda və azərbaycanlılardan gördüyü münasibət mane olur. Mən bu mövzunu bir qədər də inkişaf etdirib, Ağasəlim Seyidəhməd oğluna hətta belə bir sual ünvanlamaq istəyirəm: Timoşukun bu gün “Zenit”də qalmasına və ya ən azı müharibəni lənətləməməsinə laqeydsizsə, normal yanaşırsızsa, onda belə çıxır ki, Qarabağ işğal altında olduğu dövrdə “Ararat”ı çalışdırmaq təklifi alsaydız, müsbət cavab verəcəkdiz? Axı azərbaycanlı futbol adamlarının yanaşmasına görə, idman siyasətə qarışmır. Gözəl, maliyyə baxımından cəlbedici təklif olardısa, niyə də İrəvanda çalışmayaydıq?! Nə olsun ki, torpağımız işğal altındaydı, peşəkar münasibətlər dünyasında pul öndə gəlmirmi? Cavab verin, Ağasəlim Mircavadov! Cavab verin, Vəli Qasımov! Cavab verin, Əfqan Talıbov!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-01-2023, 16:0

Timoşukun vətən xaini olması rəsmiləşdi!

Dünya futbolu

10-03-2022, 21:0

Timoşik hər şeydən məhrum ediləcək?

Dünya futbolu

23-05-2022, 11:0

“Nə qədər ki, mən baş məşqçiyəm, Rusiya ilə Ukrayna qarşılaşmayacaq”

Dünya futbolu

13-03-2022, 18:0

Timoşuk vətəni Ukraynada nələrdən məhrum edildi?

Aktual / Manşet

12-01-2023, 16:0

Mütəxəssislər Timoşuku “silən” Ukraynaya haqq qazandırmadı

İdman

3-07-2022, 12:0

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə