"Milan"da İsmael Bennaserin taleyinə aydınlıq gəlmək üzrədi.
Football-plus.az xəbər verir ki, yaxın günlərdə yarımmüdafiəçinin agenti ilə klub rəhbərliyi arasında görüş keçiriləcək. Milanlılar 25 yaşlı futbolçu ilə müqavilənin uzadılması ilə bağlı razılığa gəlməkdə maraqlıdılar. "Rossonyeri"lər əlcəzairliyə 2027-ci ilin iyunun sonuna qədər sözləşmə təklif edir.