"Liverpul"dan Firmino qərarı

25.12.2022 11:15 304
Dünya futbolu
"Liverpul" Roberto Firmino ilə bağlı qərarını verib.

Football-plus.az xəbər verir ki, klub hücumçunun müqaviləsini uzatmağı düşünür. Braziliyalı futbolçu ilə hazırkı sözləşmə 30 iyun 2023-cü ilə qədərdi.

Firmino bu mövsüm bütün yarışlarda 21 oyuna çıxıb. O, 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.