"Milan" futbolçusuna illik 3,8 milyon avro təklif edir

19.12.2022 10:50 303
Dünya futbolu
"Milan" bir futbolçusi ilə müqavilə yeniləmək istəyir.

Football-plus.az xəbər verir ki, bu məlumatı jurnalist Nikola Skira yayıb. Söhbət İsmael Bennaserdən gedir. "Qırmızı-qaralar" yarımmüdafiəçi ilə 2027-ci ilə qədər müqavilə imzalamaq istəyir. Futbolçunun maaşı da artacaq. O, mövsüm ərzində 3,8 milyon avro qazanacaq.

Qeyd edək ki, Bennaserin "Milan"la 2024-cü ilə qədər müqaviləsi var. Yarımmüdafiəçi bu mövsüm 15 qarşılaşmada 1 qol vurub, 1 məhsuldar ötürmə edib.