“Milan” iki futbolçusu ilə yenidən anlaşıb: Rade Kruniçlə Sandro Tonalinin müqaviləsi yenilənib.
Football-plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kruniçlə 3 illik yeni sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər idi. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm A seriyasında 1 oyun keçirib.
Tonali də rəhbərliyin yeni təklifini qəbul edib. 22 yaşlı yarımmüdafiəçi müddəti 2027-ci ilin yayına qədər razılaşdırılan sözləşmə imzalayıb. Tonalinin məvacibi isə mövsümə 2,8 milyon avro olacaq. Sandro “Milan”da 2021-ci ilin yayından çıxış edir. O, bu mövsüm ölkə çempionatında 5 matça çıxıb.