Cordan Larssonun Rusiyaya qayıtmaq istədəyi məlum idi.
O, karyerasını Almaniyada davam etdirəcək. İyunda “Spartak”la müqaviləsini pozan isveçli hücumçu “Şalke-04” ilə anlaşıb. Azad agent olan Cordan Helzenkirhen klubuna təzminatsız başa gəlib. 25 yaşlı futbolçu müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb.
Qeyd edək ki, Cordan yeni komandasında Aleks Kral ilə birgə oynayacaq. Çexiyalı yarımmüdafiəçi də “Spartak”la müqaviləsinin icrasını 2023-cü il iyunun 30-na qədər dayandırmışdı.