“Krasnodar”dan Danimarka klubuna keçdi

3.04.2022 18:59 623
Dünya futbolu
“Krasnodar”dan ayrılan Viktor Klasson özünə yeni iş yeri tapıb.

İsveçli yarımmüdafiəçi “Kopenhagen” ilə anlaşıb. “Krasnodar”la müqaviləsini martın 5-də qarşılıqlı razılıq əsasında pozan 30 yaşlı futbolçunun Danimarka klubu ilə müqaviləsinin müddəti iyunun 30-na qədər nəzərdə tutulub.