Cordan Larsson “Spartak”a qayıtmayacaq.
O, Rusiya klubunu birdəfəlik tərk edib. 25 yaşlı hücumçu çıxışını vətəni İsveçdə davam etdirəcək.
Xatırladaq ki, Larsson aprelin 4-də moskvalılarla müqaviləsini müvəqqəti dayandıraraq AİK-in sıralarına keçmişdi. Cordan artıq “Spartak”la anlaşmasını qarşılıqlı razılıq əsasında pozub. Bu kluba 2019-cu ildə “Norçöpinq”dən transfer olunan futbolçu iştirak etdiyi bütün turnirlərdə 83 oyunda 27 qol vurub.