• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Leaonun futboldan başqa nəyə marağı var?

Dünya futbolu

2-07-2022, 20:0

Üç il əvvəl “Milan”' bu futbolçunu 35 milyon avroya ''Lill''dən transfer etmişdi.

O vaxt, sadəcə, gənc və potensiallı istedadlardan biri sayılırdı. Amma bu gün o artıq superulduzdu və ''Milan''ın 11 illik fasilədən sonra qazandığı çempionluqda mühüm rol oynadı. Söhbət portuqaliyalı vinger Rafael Leaodan gedir. Ötən mövsüm A seriyasında 34 oyunda 11 qol, 10 məhsuldar ötürməlik mükəmməl performans sərgiləyən 23 yaşlı futbolçu 2021/22-nin ən parlaq oyunçularından biri oldu. Təsadüfi deyil ki, Leao bir çox Avropa nəhənginin hədəfindədi. Leao bugünlərdə ''Corriere della Sera'' nəşrinə müsahibə verib.

- Çoxlarının fikrincə, indiki dəyərin ən azı 100 milyon avrodu. Bu haqda nə düşünürsən?

- Mən heç vaxt belə şeylər haqda düşünməmişəm. Mənim əsil dəyərim tam başqa şeylərdədi. Tanrı mənə bu istedadı veribsə, ona minnətdar olmalı və bu istedadı itirməmək üçün üzərimdə daim çalışmalıyam.

- ''İnstaqram''da 1 milyondan çox izləyicin var. Bu da sənin üçün qürur mənbəyi deyil?

- Təbii ki, bu durumdan xoşum gəlir. Gənclər üçün örnək olmaq qürur mənbəyidi. Onlar məni tək həyat tərzimə görə təqib etmirlər. Çox güman, paylaşımlarım onların xoşuna gəlir. Amma bunlar ikinci dərəcəli şeylərdi. Mən ilk növbədə peşəkar futbolçuyam. Ona görə də məni sosial şəbəkələrdəki rəqəmlərdən çox meydandakı rəqəmlər maraqlandırır.

- Amma digital dünyaya və yeni texnologiyalara böyük marağın var.

- Mənim gündəlik həyatım elə real və digital dünyanın qarışığıdı. Ola bilər ki, siz belə şeylərə öyrəşməmisiz. Məsələn, anamla, demək olar, hər gün görüntülü danışıram. Bəzən, sadəcə, gün ərzində nə yediyimi soruşmaq üçün zəng vurur. Sosial şəbəkələr sayəsində ailəm, dostlarım və yaxınlarım ilə daim əlaqədə oluram. Ekranda da olsa, sevdiyim insanları görə bilirəm.

- Yeni izləyicilər cəlb etmək üçün güclü digital strategiya lazımdı. ''Milan''ın bu baxımdan gördüyü işləri necə qiymətləndirirsən?

- ''Milan'' bütün dünyada 500 milyondan çox azarkeşi olan böyük və tarixi bir klubdu. Fikrimcə, yeni nəsildə kluba maraq oyatmaq, onları prosesin içinə daxil etmək yaxşı ideyadı. Ümumiyyətlə klubun azarkeşlərlə qurduğu münasibət və bu məsələdə inkişafa nail olması xoşuma gəlir. Müxtəlif digital kanallar fanatlara hər an özlərini kluba və sevimli oyunçulara yaxın hiss etməyə imkan verir.

- Sən bir tərəfdən meydanda komandanı çiynində daşıyırsansa, digər tərəfdən meydandan kənarda inanılmaz dərəcədə pozitiv həyat tərzinlə gənclərə örnək olursan.

- Bu baxımdan özümlə fəxr edirəm. Amma hələ gəncəm və bir çox aspektdən inkişaf etməli olduğumu bilirəm. Az öncə də dediyim kimi: gənclərə örnək olmaq çox xoşdu. Amma bu həm də üzərimdə əlavə məsuliyyət yaradır və bu amili heç vaxt unutmamalıyam.

- Sanki məsuliyyətli olmaq və üzərindəki öhdəliklərə ciddi yanaşmaq sənin həyat şüarındı.

- İnsan həyatında baş verən hər şeyə qarşı ciddi və qərarlı olmalıdı. Həyatında hər yeni dalğanın öhdəsindən gəlmək üçün güclü ruha malik olmalısan. Çünki həmin dalğadan sonra növbəti dalğa gəlir və buna da hazır olmalısan. Futbol və həyat bu baxımdan bir-birinə çox bənzəyir. Nəyə qadir olduğunu özün üçün müəyyənləşdirdikdən sonra üzərində durmadan işləməlisən.

- Sən həm də ailənə çox bağlı insansan. Sənin geyim brendinin devizi ''hardan gəldiyini unutma'' mənasını verir. Nə üçün məhz bu ifadəni seçmisən?

- Mənim üçün ailəm həyatda hər şeydən önəmlidi. Öz oyunumla onlara sevinc bəxş etmək, üzlərini güldürmək istəyirəm. Anamla münasibətlərim xüsusidi. Az öncə qeyd etdim ki, mənim durumumu öyrənmək üçün hər gün zəng vurur. Atamın isə bir qədər fərqli xarakteri var. Onun üçün düzgünlük böyük önəm daşıyır. Bu üzdən mənim də hər bir şeydə düzgün olmağımı istəyir. Valideynlərimə çox bağlıyam. İlk maaşımdaca onlara ev aldım.

- ''Latsio''nun üzvü olan Covane Kabral sənin ən yaxın dostundu. İkiniz də rep dinləməyi sevirsiz, sən hətta öz albomunu da buraxmısan. Orda uşaqlığın və əslin barədə məlumatlar vermisən.

- Bəli, repi çox sevirəm. Futbola görə bu sahəyə çox vaxt ayıra bilmirəm. Amma fikrimcə, karyeramı bitirdikdən sonra replə ciddi şəkildə məşğul olacam. Hələlik buna yalnız hobbi kim baxıram. Mahnılarımda öz həyatım və bu səviyyəyə çatmaq üçün nələrdən keçməli olduğum barədə danışıram. Kabralla bu məsələləri tez-tez müzakirə edirəm. Boş vaxtımız bir yerdə keçir. Dostluq da həyatda çox önəm verdiyim məqamlardan biridi. Həm ''Milan''da, həm də başqa komandalarda dostlarım çoxdu. Bu, eyni hədəfi, marağı, dəyərləri olan insanlar tərəfindən yaradılan bir qrupa bənzəyir. Şadam ki, ''Milan'' sosial məsuliyyət kimi məsələlərə ciddi yanaşır və ədalətin yerini tapması üçün çox iş görür.

- Sənin sənətdəki adın ''Way 45''di. Bunun mənasını bizə izah edə bilərsənmi?

- 45 Portuqaliyada doğulduğum və böyüdüyüm ərazinin poçt indeksidi. ''Way'' isə yol mənasını verir. Yəni mənim irəlilədiyim yol. Bu bir növ mənim yetişdiyim yer ilə indi olduğum yerin sintezidi. Doğulduğum yerin həmişə qəlbimdə xüsusi yeri olacaq. Çünki həyatımda ən vacib insanlar ordadı və topla ilk dəfə oynamağa da orda başlamışam.

- Videooyunları da çox sevdiyini bilirik. Kiberidman dünyası haqda nə düşünürsən?

- ''Play Station'' oynamaq ən sevimli hobbilərimdən biridi. Karantin vaxtı biz ''İnter''in üzvlərinə qarşı oynayırdıq. Müəyyən mənada digital bir derbi yaratmışdıq və insanlar da canlı şəkildə bunu izləyə bilirdilər. Fanatlara göstərmək istəyirdik ki, çətin anlarda onlarla birlikdəyik. Kiberidman sürətlə inkişaf edən maraqlı sahədi. Qarşıdakı illərdə onun inkişafı daha da sürətlə davam edəcək. Amma istənilən halda əsl futbolun yerin vermir. Real futbol insanlara tam fərqli və heç nə ilə müqayisə oluna bilməyən emosiyalar bəxş edir.

- Son turda ''Sassuolo''ya qarşı səfər oyununda stadionda boş yer yox idi. Pandemiya zamanı isə oyunlar boş və ya yarıya qədər dolu olan tribunalar önündə keçirilirdi. Bu iki durum arasında əsas fərq nədədi?

- Yalnız onu deyə bilərəm ki, azarkeşsiz futbol tam başqa şeydi, vəssalam. Ötən mövsümün gedişində bizi dəstəkləmək üçün ''San Siro''ya ümumilikdə 1 milyondan çox fanat gəldi. Onların sayəsində həm də dəfələrlə səfər matçlarında özümüzü evdəki kimi hiss edirdik. Bəli, son turda Recco-Emiliyada möhtəşəm ab-hava var idi. Sanki oyun Milanda keçirilirdi. Final fitindən sonra hamı meydana axışdı. Hələ növbəti gün çempionluğa həsr olunan paradda bizi minlərlə insan qarşıladı. Bu hissləri nə pandemiya vaxtı, nə də kiberidmanda hiss etmək mümkündü!

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-06-2022, 21:0

"Milan"ın futbolçusu "Real"a keçə bilər

Dünya futbolu

23-05-2022, 15:0

İtaliyada ən yaxşı futbolçu seçildi

Dünya futbolu

25-06-2022, 13:0

''Nyukasl'' ərəblərin milyonları ilə keyf edir

Dünya futbolu

7-06-2022, 23:0

''Lill''dəki sonuncu türk də ayrıla bilər

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə