"Milan"ın futbolçusu "Real"a keçə bilər

16.06.2022 21:57 485
Dünya futbolu
"Milan"ın hücumçusu Rafael Leao komandadan ayrılacaq.

"Football-plus.az" "La Stampa" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu "rossonyeri"lərlə müqaviləni yeniləməkdən imtina edib. Klub portuqaliyalı futbolçuya maaşının artırılması şərti ilə 2026-cı ilə kimi nəzərdə tutulan sözləşmə təklif etsə də, müsbət cavab almayıb.

Hücumçu başa çatan mövsümdə bütün turnirlərdə 42 oyunda 14 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliya millisinin futbolçusunun "Real"a keçəcəyi gözlənilir.