Avropa çempionu işsizə çevrildi

2.07.2022 20:13 426
Dünya futbolu
Gözlənildiyi kimi, Andrea Belotti “Torino”dan ayrılıb.

28 yaşlı hücumçu Turin klubu ilə müddəti sona çatan müqaviləsini yeniləməyib. 2015-ci ilin yayından “Torino”da çıxış edən Belotti ötən müddətdə komandada 251 oyuna 113 qol vurub. Onun 2021-ci ildə İtaliya millisi ilə Avropa çempionu olduğunu da bildirək.